Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı
8 oktyabr 2026
# 17:30

Milli Kitabxanada klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir, Əfzələddin Xaqani Şirvaninin “Böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvani - 900” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, sərgidə şairin əsərləri, qəzəlləri, rübailəri, poemaları, şeirləri, həyat və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Xaqani Şirvani Azərbaycan ədəbiyyatının nəhəng simalarından biridir.

XII əsrdə yaşayıb-yaratmış böyük şair Azərbaycan ədəbiyyatında təsəvvüf və sufi düşüncəsinin, eləcə də dövrü üçün fərqli sayılan bir sıra poetik janr və mövzuların inkişafında mühüm rol oynayıb.

Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divani, "Töhfətül-İraqeyn" poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir.

Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə "Şiniyyə" və "Mədain xərabələri" qəsidələri, "Həbsiyyə" şeirləri və "Töhfətül-İraqeyn" poeması daxildir.

# 74 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
Bu gün Nobel mükafatına layiq görülən Enn Karson kimdir?

Bu gün Nobel mükafatına layiq görülən Enn Karson kimdir?

15:24 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər