writer1

Nərmin Kamal

Məqalə sayı

24
clock02:07 calendar-gray 21 Sentyabr 2011 view-gray3616 dəfə oxunub
view-gray3616 dəfə oxunub

Qadınların söyüş söyməsi

Başqa ölkələrdəki kimi, bizim cəmiyyətdə də kişilər çox söyüş söyürlər. Qadınların söyüş söyməsi isə yaxşı qəbul olunmur. Kişilər öz aralarında söyürlər, yanlarından qadın keçsə, söyüş söyən kişilər dərhal susur və ya başqaları ona qaş-göz edib söyüşü saxladırlar. Söyüş və arqo kəlmələr hər bir dilin bir hissəsidir. Bu cür kəlmələrə ayrıca lüğətlər həsr olunur. Kitabda A-dan Z-ə qədər dilin söyüş yaddaşı bir-bir yazılır və adi sözlərlə izah olunur ki, hansı hallarda bu söyüşü söyürlər. Çünki, söyüş dilə məxsusdur, arqo-deyimlərsə folklora. Söyüşü adamlar daha çox əsəbləşəndə söyürlər.

Mədəni ailələrdə söyüş söymək tabudur. Mən özüm də söyüş söyən bir uşaq görəndə xoşlamıram, uşaqların söyüş söyməsinə qarşı liberal deyiləm və xoş hisslər keçirmirəm. Ancaq heç söyüş söyməyən uşaq da böyüyəndən sonra söyüş bilir, ildə bir dəfə də olsa, yüngül və ya ağır, – söyüş söyür. Deməli, söyüş nə qədər kobud, nə qədər pis də olsa, insanın özünüifadəsində qaçılmazdır. Necə deyərlər, hamımız nə vaxtsa bu bulaqdan su içirik.

Söyüşlər müxtəlif cürdür. Şəhər, metropol küçə mədəniyyətindən gələn söyüşlər, əyalət, kənd-kəsək söyüşləri… Xülasə, söyüş insan hislərinə və hirslərinə məxsusdur. Lakin bizim mədəniyyətdə söyüşü kişilər mənimsəyiblər. Biz gəlib çatanda məlum oldu söyüş, kişi cinsinin kompetensiyasındadır, söyüş yalnız bir cinsə məxsusdur.

Qadınlara söyüş söymək ayıb sayılır. Qadınlar incə, gözəl, mələk kimi olsunlar, söyüş onlara yaraşmır – deyərək onların sözlərinin “başına hicab bağlayır”. Bu gözəl sözlərə xumarlanıb razılaşmaq olardı. Lakin minlərlə qadın var ki, ömründə bir dəfə də söyüş söyməyib, fəqət söyülüb. Kişilər söyüş silahından qadınların pisikdirilməsində geniş istifadə edirlər.

Bir məsələ vardı və o məsələdə haqlı olan bir qadın. Ancaq çox mübahisə etmədən razılaşdı, güzəştə getdi. Mübahisəni sona çatdırmadan geri çəkilməsi barədə suala isə qadın belə cavab verdi: “Birdən camaatın içində məni kişi söyüşülə söyərdi, abrım gedərdi.”

Söyülmək qadının böyük qorxusuna çevrilib. Nə qədər gülməli görünsə də, ölkəmizin ictimai həyatında tanınmış kişilər, siyasi məsələlərdə fikir ayrılıqlarından dolayı, qadın həmkarlarına sms-lə söyüş yazıb göndərirlər. Sms-in hələ olmadığı vaxtlarda isə bunu birbaşa deyirdilər.

On altı yaşım olanda “Əski əlifba” müəllimimdən eşitdim ki, Əlyazmalar İnstitutunun böyründə restoran açıblar, kababın tüstüsü, qoxusu tarixi əlyazmalara ziyan edir. Qəzetə yenicə yazılar yazmaga başladıgım dövrdə həmin restorana gedib təcrübəsiz şəkildə dedim: “Filan qəzetdən gəlmişəm. Sizin kababın tüstüsü əlyazmalara ziyandı axı! Bu barədə nə fikirləşirsiz?” Restoranın müdiri olan kişi mənim üzümə baxdı və sakit səslə məşhur bir söyüş söydü. Həmin dəqiqə mənə elə gəldi ki, üstünlük məndə yox, müdirdə idi. Söyüş, onun dilində hədə idi, o, kökləri babalarımızın həyat ənənələrinə gedib çıxan patriarxal söyüş fəlsəfəsinə söykənərək özünü çox güclü hiss edir. Qadını zərərsizləşdirməyin yolu söyüş söymək qədər asan idi.

Kişiyə həmişə elə gəlir ki, söyüş onunkudur, onun silahıdır. Qadın isə söyüş söyəndə, ona deyirlər: “özünü kişi-kişi aparma!”. Buna qarşı ən gözəl üsulu, dostumuz, bu gün bütün fəal Azərbaycan gənclərinin tanıdığı sosial aktivist Vəfa Cəfərova tapıb. Vəfa son zamanlar sosial şəbəkələrdə bir qadının da “fuck” deyə və yaza bilməsinin nümunəsini göstərir.

Onun söyüş söyməsi çox xoşuma gəlir. Kişilərdən eşitməyə alışılan söyüşləri “əlini uzadıb götürür”, özü söyür. Cinsi əlaqəni, kişinin qadını təhqir etməsi kimi qavrayan ibtidai şüurlara meydan oxuyur. Onun söyüş söyməsinin bu mövzudakı stereotiplərin aşılmasında çox böyük rolu var. Artıq onu bir “kişi söyüşü” ilə təhdid etmək olmaz. Çünki həmin söyüşdən onda da var. Vəfa ilk növbədə sosial aktivistdir və sosial kontekstlərdə söydüyü söyüşlər adamda ikrah doğurmur, o, bunu lazım olan kimi edir. Qadınlar isə baxıb görürlər ki, bizim də söymək haqqımız var.

deffektiv.com

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

"Yuğ"da yenə "Vəsvəsə" olacaq
18:00 07 Dekabr 2019
Müdirinin katibəsi ilə evlənən kişi - İkinci Mahmudun hekayəsi
17:00 07 Dekabr 2019
İngiltərə Elif Şafakın bu romanını ilin ən yaxşısı elan etdi
16:00 07 Dekabr 2019
Məşhur aktyor sətəlcəmdən dünyasını dəyişdi
15:00 07 Dekabr 2019
Tanınmış şairin qızı Qüdsdə konsert verdi - Foto
14:01 07 Dekabr 2019
Azərbaycanlı naşir: “Kitablarımız Fransanın 70 min kitab mağazasında satılacaq” – Müsahibə
13:28 07 Dekabr 2019
Əlil aktyorların iştirakı ilə "Solğun çiçəklər" nümayiş olundu - Foto
12:30 07 Dekabr 2019
Azərbaycanlı dramaturq 65 yaşında vəfat etdi
12:00 07 Dekabr 2019
Ermitaj Muzeyi Çingiz xan daş kitabəsini Monqolustana hədiyyə etdi
11:20 07 Dekabr 2019
"Bu şəhərdə" 200 minlik "Şabaş"ı təqdim etdi - Foto
10:40 07 Dekabr 2019
"Qaranlıqdan reportaj" təqdim olunacaq
10:00 07 Dekabr 2019
Arvadbaz, dəlisov, qadın düşkünü... - Yeni layihə
09:00 07 Dekabr 2019
Cəmi 1 saata həyatınız dəyişə bilər
21:00 06 Dekabr 2019
"Mələk" filmi nümayiş olunacaq
18:53 06 Dekabr 2019
"Audio Kitab" layihəsində Nəsiminin qəzəlləri səsləndirilib
18:20 06 Dekabr 2019
Bütün dualara əngəldi İsa - Rəşad Nağı şeirlərini oxuyur - Video
17:46 06 Dekabr 2019
Məktəbli qızın oğurlanmasından bəhs edən roman çap olunub
17:21 06 Dekabr 2019
“Sözlər və nəsnələr” kitabı təqdim edildi - Fotolar
16:51 06 Dekabr 2019
Kənan Hacı ABŞ-ın nüfuzlu mükafatını qazanıb
16:20 06 Dekabr 2019
Nizami Gəncəvinin türk dilində nəşr olunan "Xəmsə"si təqdim olundu - Foto
15:37 06 Dekabr 2019