news-inner
clock15:51 calendar-gray 19 İyul 2017 view-gray529 dəfə oxunub
view-gray529 dəfə oxunub

Aktrisa

Ziya Alar

Məşqlərinin başlamasına az qalmış rejissor gözlənilmədən qərarını dəyişdi. O ulduz aktrisa Çinarənin tərəf müqabili kimi əvvəlcə tələbə aktyor Nicatı seçsə də sonra fikrindən daşındı.

- Nicat, incimə, hələ Çinarəylə oynayacaq təcrübən yoxdur, - dedi. - Sən məşqləri izlə və inanıram, bu məşqlərin içində yetişib yaxşı aktyor olacaqsan. Özün şahidi olacaqsan...

Gözlənilməz qərardan pərt olan Nicatın baxışları öncə etiraz sərgilədi. Lakin rejissorun onun həyatını dəyişən yaxşılığını xatırladı: həmin vaxt Nicat İncəsənət universitetinin tələbə truppasında aktyor kimi kiçik rol almışdı. Bu kiçik rol ona böyük qapı açdı. Tamaşaya fəxri qonaq kimi çağırılan tanınmış rejissor Nicatı burdan tanıdı. Yeni istedadı baş rejissoru olduğu teatra çağırdı. “Bu uşaq aktyor doğulub, ona təkan lazımdır.” - Nicatı sənətçilərə təqdim eləyərkən deyirdi. O gündən bu günə kimi rejissoru olduğu teatr truppasına cəlb eləmiş, beləcə, professional səhnəyə yolunu açmışdı. Qayğıkeş müəllim kimi daim üstündə əsər, yetişməsi üçün əlindən gələni əsirgəməzdi. Rejissorun son qərarının Nicatı məyus eləməsinə baxmayaraq, o, bir söz demədən geri çəkildi. Hər halda rejissor pis insan deyildi: buna əmin idi. Qərarına isə hamı kimi baş əymək məcburiyyətindəydi. Gözləməyi seçdi.

Səhnələşdiriləcək pyesin məşqlərinin birinci günü sevgililərin ilk görüşündən ibarətiydi.

Onlar görüşün sonunda əl-ələ tutub ayrılmaq istəmədiklərini deyəcək və qız oğlanın dodaqlarına ilk və xam öpüşünü verəcəkdi.

Birinci günün məşqləri sona çatdıqda Çinarə tamaşaçı stolunda ön cərgədə əyləşib onu izləyən Nicatı səslədi:

- Mənimlə bir az Milli Parkda gəzərsən? Ordan da şam yeməyinə gedərik? - Nicatın əlinə toxundu. -Bunları mənimçün edərsən, Nicat?

- Əlbəttə edərəm. Amma... ancaq... - Nicat inana bilmirdi. Çinarənin yaxınına gəldi, onunla üz-üzə dayanıb gözlərinə baxdı. Zərrə qədər yalan sezmədi o gözlərdə.

- Çinarə, sən ulduz sənətçi sayılırsan. Parkda, həm də mənimlə... Bunlar nəyə lazımdı axı?

- Səndən bu günə kimi saxlamışam. “Ulduzam,” - deyə-deyə bu sevgidən həmişə vaz keçməyə çalışmışam. Səni sevdiyimi deyə bilməmişəm, - Çinarənin od saçan gözləri gülümsədi.

Nicatın deməyə sözü qalmadı. O bütün suallarının cavabını almışdı. Məmnuniyyətlə gəzinti və şam yeməyi təklifiylə razılaşdı. Təklikdən, sevgilisizlikdən həmişə şikayətlənən tələbə aktyor gənc, həm də tanınmış aktrisa ilə görüşəcək, sevgili olacaqdı.

Onlara rahatsızlıq verən ətrafdakı insanların həsədli baxışları olmasa gəzintiləri çox maraqlı keçirdi. Nicat isə bütün həsədli baxış və utancaqlığından qurtulmaq üçün sevgilisinin ona zillənən xoş təbəssümünə bircə dəfə baxardı.

Şam yeməklərini Milli Parka yaxın dəbdəbəli restoranlardan birində yedilər. Sonra Nicat sevgilisini gəmi turuna çıxarmaq istədi. Çinarə razılaşmadı.

- Yox, canım, yarım ay, yarımca ay mənim istədiyim kimi keçsin görüşlərimiz. Sonra sən necə desən elə olar. - Nicatın qolunu sinəsinə sıxdı.

Nicat razılaşdı və onlar evə yollandılar. İlk qısa ayrılıqları Çinarənin evi qarşısında oldu. Hər ikisi ayrılmaq istəmədiklərini dönə-dönə təkrarladılar. Nəhayət məqam yetişdi: qız getmək istəyir, amma oğlan incə əlləri özündən ixtiyarsız möhkəmcə sıxıb saxlayır, buraxmaq istəmirdi. Qız əlini ondan bir təhər qoparıb evə tərəf üz tutdu və bir az uzaqlaşdıqdan sonra qəflətən ayağını saxlayıb geriyə çevrildi. Nicat hələ də onu böyük sevgi ilə süzürdü. Çinarə geri dönüb təkrar onun yanına yürüdü. Sevgilisinin hər iki əlindən tutaraq dodaqlarından öpdü və yenə evə sarı qaçdı. Çantasını kənara atıb özünü çarpayıya tulladı. Rahatlanmırdı.

Sevgilisinin öpüşündən həyəcanlanan Nicat gecəni yatağında hərlənərək, yatmadan -dodaqlarını yalayaraq keçirtdi. Səhər açılanda yemək üçün bir şeylər alsın deyə ciblərini axtardı. Amma atasının onun üçün göndərdiyi bir aylıq kirayə, yemək və yol xərcliyindən bir qəpik də qalmamışdı. Borc tapmalıydı. Təkcə öz xərclərinə görə yox, eyni zamanda ulduz aktrisanın da xərclərini qarşılamalıydı. Axı, bu gün məşqlərdən sonra yenidən görüşəcəkdilər.

Səhnələşdiriləcək pyesin məşqlərinin ikinci həftəsi daha qızğın keçirdi. Sonuncu pərdənin mətninin məzmununa görə sevgililərin alovlu eşqi onların məhrəmcəsinə ehtiraslı yaxınlaşmalarından və sonunda erotik səhnəylə bitməsindən ibarətiydi.

Məşqlərdə ehtirasın ağuşuna düşən Çinarənnin ehtirasını məşqlərdən sonra Nicat qarşılayardı. Aktrisa dar çərçivədən çıxan kimi birbaşa Nicatın sonuncu şansı olan tələbə kreditindən istifadə etməklə onun vəhşi ehtirasını qarşılamaqdan ötrü kirayələdiyi otel nömrəsinə qaçardı və təsirinə düşdüyü obrazın həyatının tamamını onunla yaşayardı.

Tamaşanın nümayiş olunduğu gün Nicat birinci pərdə salınana qədər bütün tamaşaçılar kimi sevgilisini həvəslə, ayaq üstə alqışlayaraq izləyirdi. İkinci pərdədə sevgili obrazların ehtiraslı yaxınlaşmasını görən Nicat qısqanmağa başladı. Son erotik göstəridə sevgilisinin tərəf müqabili ilə çəkinmədən sevişməsinə dözmədi. Bədənini hərarət bürüdü. Yerindən xam dayça kimi qəfil götürüldü. Tamaşa zalının qapısını ikiəlli özünə tərəf çəkdi. Bayıra atılaraq köynəyinin üst düymələrini açdı, dəsmalla sinəsinin və boynunun tərin sildi. Dayanacağa cumdu. Avtobus gözləməyə səbri çatmadığından taksi çağırdı.

Yol boyu və bütün gecəni səhnədəki xəyanətinə görə sevgilisini qınadı. Nicat düşünürdü ki, Çinarə hərəkətindən peşman olacaq, uzaq başı sabah zəng vuracaq, bağışlanmağını diləyəcək. Amma ayrılıqlarının dörd günü tamam oldusa belə Çinarədən xəbər-ətər çəxmadı. Nicat dişini-dişinə qıcayıb bir gün də gözlədi. Heç bircə zəngi belə gəlmədi sevgilisinin. Nəhayət, dözməyib özü axtardı. Çinarənin telefon nömrəsinə zəng çatmırdı.

Teatr binasına gəlib rejissordan soruşdu. Rejissor çağrı yolladı aktrisaya:

- Nicatdır... Gör nə deyir, Çinarə.

- Rejissorum, mən ki sizə demişəm, tamaşadan sonra bir neçə gün məni axtarmayasız. - Onu şirin yuxudan oyadan rejissora acığı tutmuşdu.

Rejissor Çinarəyə Nicatın yaxşı vəziyyətdə olmadığını söyləyib anlayış göstərərək onunla danışmasını rica eləyirdi. Bu an Nicat telefonu onun əlindən qapıb iki əl ilə qulağına dayadı.

- Alo, Çinarə, həyatım, sənə bir şey olmayıb?

- Nicat, nə danışırsan, nə həytım...? Heç nə başa düşmürəm... -Çinarə təəcübləndi.

Nicat telefonu digər qulağına aparıb. Bir əliylə alnını sıxdı.

- Necə yəni, Çinarə, ələ salırsan məni? Məgər sevgili olduğumuzu unutmusan!?

- Anlamadım... Başın xarab olub, deyəsən! - Çinarə əsəbindən qışqıra-qışqıra danışırdı. Elə bil kimsə ona böhtan atmışdı.

- Mənə sevgini etiraf eləməyin, ilk öpüşümüz, oteldə keçirdiyimiz sənli-mənli gecələr, dəli-dəli macəralar, daha demirəm. Özün yaxşı bilirsən! - Nicat məhbuslar tək o yan-bu yana gərdiş eləyirdi.

- Xatırlamıram, Nicat, canım. - Çinarə sözlərini zorla eşidiləcək səslə tamamladı. - Yəqin obrazda olmuşam daa, caaan...

Onu cin atına mindirən bu oyunun acığını rejissordan çıxmaq qərarına gəldi.

- Bu nə oyundur, siz necə müəllimsiz axı! - Nicat rejissora sarı addımladı.

- Oyunu oynayan mənəm, düz deyirsən, Nicat. Çinarənin heç bir günahı yoxdur. Çünkü o həqiqətən də oynadığı obrazı yaşayaraq oynayır, yaşananları isə çox gec xatırlayır-bir neçə həftəlik depresiyadan sonra. - O, Nicatın dağınıq saçını səliqəyə saldı. - Ən istedadlı tələbəmiz olduğun üçün özüm Çinarənin qurbanına çevirdim səni. Əsl aktyor kimi yetişməyin üçün Çinarənin cənginə mən buraxdım səni. Artıq sən ən təcrübəli aktrisalarla belə tərəf müqabili ola biləcəksən. Demək olar ki, bir aktyor kimi tam yetişdin, bu dərslə... - Rejissorun qəh-qəhəsiylə əllərinin şappıltısının sintezindən yaranan vahiməli səs Nicatın borclarını yadına salırdı. Atası onun bu qədər borca düşdüyünü eşidəndə nə hallar keçirəcəyini, üstünə qışqıracağını - rejissor kimi qəribə səslər çıxaracağını canlandırdı təsəvvüründə.

- Bəs mənim ondan ötrü aldığım borclar, kreditlərim? - Nicat rejissorun qollarından tutdu, onu silkələdi. - Bunları ki bilirsiz, müəllim! Niyə bilə-bilə məni oda atdız, siz ki onun hansı yuvanın quşu olduğundan xəbərdarıymışsız? Necə çıxacam borcların altından!? - Rejissorun qollarını buraxıb dizləri üstə döşəməyə çökdü. Əllərini boynunun ardında çarpazladı və hıçqırdı.

Rejissor bu dəfə səsini yüksəltdi:

- Sən bilmirsən axı hər işin əvəli sərmayə-pul və təcrübə tələb eləyir?! Çinarənin yolunda xərclədiyin pullar elə san ki, təhsilinə-təliminə yatırtdığın sərmayədir-batırmamısan! - Rejissor tələbəsinin dirsəklərindən tutub onu ayağa qaldırdı.. - Səncə mən əclfam? - O, səs tonunu aşağı saldı. - Eh... Nicat, təbrik edirəm, filmə çəkiləcəksən. Alacağın avans borclarını bağlamağa yetər.

Nicat teatr binasından başıaşağı çıxdı: heç kimin mane olmayacağı sakit bir guşədə gecələyib çəkiləcəyi filmin xəyallarını qurmaq barədə fikirləşə-fikirləşə...

Aktrisa onu axtaranda həmin tamaşanın nümayişindən bir aydan çox ötmüşdü. Depresiydan ayılıb hər şeyi xatırlamağa başlayan aktrisa Nicata ondan hamilə qaldığını deyəcəkdi. Amma Nicat aktrisanın zənglərinə əhəmiyyət vermədən çəkilməkdə olduğu filmin məşqlərində oynadığı obrazın həyatını yaşayırdı. Çox güman ki, o da öz qurbanıyla...

news-inner-user
Kulis+

627 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Berlin Film Festivalı açıq havada keçiriləcək
17:35 10 May 2021
Musa Dədə əbədiyyət yaşında - Fərid Hüseyn yazır...
15:51 10 May 2021
Çingiz Qənizadə: “Kəramət Böyükçölü maliyyələşdirib üstümə göndərənləri yaxşı tanıyıram” – Müsahibə
14:30 10 May 2021
Leonardo da Vinçinin çəkdiyi rəsm hərraca çıxarılacaq
13:45 10 May 2021
Məşhur yazıçı vəfat etdi
12:30 10 May 2021
Allah üçün bənna kimdir? - Şəhriyar Del Gerani yazır...
11:30 10 May 2021
Türkiyəli bəstəkar Qarabağ Zəfərinə mahnı bəstələdi - Video
10:20 10 May 2021
Kimi Kreml xəstəxanasına müalicəyə göndərdi, kimi "KQB"-nin qəzəbindən qorudu? – Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələr
09:30 10 May 2021
Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi
19:45 09 May 2021
Ədəbiyyatımızın ən gözəl müharibə şeirləri - Mətnlər
14:28 09 May 2021
9 May qələbəsində rus arağının rolu - “Tamamilə məxfi” sənədlər
10:30 09 May 2021
Paşinyan Cıdır düzündə “Yallı” gedəndə – Bircə yazır...
09:01 09 May 2021
Şuşa haqda məşhur şeirin müəllifindən Qələbə Şeiri
08:01 09 May 2021
Yeni filmin nümayişi təşkil olunub
18:01 08 May 2021
Ədəbiyyat tariximizə qızıl hərflərlə yazılan misralar: 5 seçmə şeir
17:20 08 May 2021
Azərbaycanlı musiqiçi vəfat etdi
16:20 08 May 2021
Gənc yazardan yeni hekayə: Şlaqbaum
15:39 08 May 2021
Aktyor kitabxananın qonağı oldu
15:01 08 May 2021
Musa Yaquba sevgi və iztirabla
14:20 08 May 2021
Çingiz Hüseynovun ən çox sevdiyi 10 roman - Siyahı
13:36 08 May 2021