news-inner
clock13:08 calendar-gray 29 Mart 2017 view-gray393 dəfə oxunub
view-gray393 dəfə oxunub

Üşütməz pencəyim məzar daşını

Azər Allahverdiyev

Şər yeni qarışırdı. Hava dumanlı idi , narın-narın yağış yağırdı. Bəzi evlərin çırağı söndürülmüş, əl-ayaq çəkilmişdi. Məni tənhalıq darıxdırırdı. Havanın dumanlı olmağına baxmayaraq, pençəyimi geyinərək sahilə doğru yavaş-yavaş irəlilədim. Sahilin mehi məni dərin xəyallara aparmışdı. Aradan bir neçə saat keçmişdi. Dumanlı, çiskinli hava getdikçə bərk yağışa çevrilirdi. Şər tam qarışmışdı, evə doğru gəlirdim. Bir anlığa ağacların arasından, hıçqırtı səsi eşidildi. Oyan-buyana boylanaraq bu səsin haradan gəldiyini dinliyirdim. Bir az sonra ağacların arasında bükülərək başını dizlərinə söykəyib, hıçqırtı ilə ağlayan qıza yaxınlaşdım. Onun qıvrılaraq soyuqdan titrədiyini görəndə bütün vücudumu soyuq tər basdı, elə bil bütün dünyanı başıma yıxdılar. Asta-asta ona yaxınlaşıb, xəbəri olmadan pencəyimi onun çiyninə saldım. Bütün paltarı islanmışdı, soyuqdan dili kəkələyirdi. Əlindən tutaraq ayağa qaldırdım, başını tumarlayaraq evə doğru gəldim. Sobanı yandırdım, çay istidib ona isti çay verdim, canına çökmüş soyuğun havasını almağa çalışdım, onun qırışmış vücuduna baxanda məni qəhər basırdı. O ayağa qalxaraq odun sobasının yanına yaxınlaşıb, vücudunu isitməyə çalışır, əllərini ovuşdurur, iki əlini qoynuna qoyub yığcam halda sobanın yanında qıvrılıb dərin fikrə daldı. Yağışın şiddətli yağmağı, pəncərənin taqqıldadır, onun gözünü, fikirini, taqqıltıya yönəldirdi. Hiss edirdim ondakı dərin düşüncəni...

Mən sobanın yanına yaxınlaşıb, onunla üz-üzə oturub çay içməyə başladım, onu sual atəşinə tutmaq istəyirdim, ancaq bilmirdim ki, nədən başlayım. Bir neçə qurtum çay içmişdik ki, soruşdum isinmisən, üzümə baxaraq gülümsədi, gözüm yaşla doldu, özümü güclə saxladım, içimdə boğulurdum, dəhşət idi o an hisslərim.

- Adınız nədir?

- Azər!

- Bəs sizin? - dinmirdi, susurdu.

Qəmgin gözlər, soyuqdan qırışmış üz məni çox məyus etmişdi, hiss edirdim boynundakı yükü.

Aram-aram danışırdıq, danışdıqca təkrar sual verirdim, ismin nədir? Fikirimdən yayındırmaq istəyirdi, nədənisə adını bildirmək istəmirdi, buna baxmayaraq mən israr edirdim, adın nədir? Bahar!

Bahar siz niyə, cisginli, dumanlı havada bükülərək məyus halda, hıçqıra-hıçqıra ağlayırdınız?

Mən körpə olanda atam, anam yol qəzasında dünyasını dəyişib. Atam yazıçı, anam şairə xanım olub, hər ikisi Ədəbiyyat müəllimi idi, vaxtsız əcəl hər ikisini məndən ayırıb. Nənəmin himayəsində yaşayırdım, ağbirçək nənəm təqaüdlə mənə baxırdı. Artıq bir neçə ildir ki, o da dünyasını dəyişib, kimsəsizəm.

Baharın acı taleyi məni bir anlıq uşaqlıq xatirələrimə yönəltdi, ailəmdə atam dünyasını dəyişib, anamla yaşayıram. Uşaq olarkən, mən də Bahar kimi yağışda islanmış, acılı xatirələrim olub, bağcanın qarşısında anamı gözləyərdim, dumanlı, cisginli havalarda, ağaclara qısılardım.

Çox illər keçib, çox, indi ali məktəbdə işləyirəm.

Baharla söhbətimiz gecə yarısına kimi olub, xəbərim olmadan odun sobasının yanında yuxuya dalmışam.

Dan yeri yeni sökülmək istəyirdi, azan səsi məni qəflət yuxusundan oyatdı, gözümü açanda tək pencəyimin qıvrılmış halda üzərimə atıldığını gördüm. Odun sobası sönmüş, məni "Bahar"ın soyuq təri bürümüşdür. O, yox idi, odun sobasının yanından evi tərk etmişdir.

Bir neçə gündən sonra onun intihar etməyini mediada oxudum. Çox sarsıldım.

Pencəyimi çiynimə atıb, onun məzarını axdarmağa çalışdım, çətinliklə olsa da tapa bildim, o an özümdə deyildim, gözlərim dolub, içərim isə hönkürürdü, həyacandan boğulan kimiydim. Qəmgin və soyuq məzarı görəndə içərimdən qəribə gizilti keçir, düşünürdüm ki, biranlığa o məzar mənim məzarımdır, soyuq tənha məzar. Addım-addım, ağrı-acı kəsə-kəsə, yaxınlaşdım məzar daşına, Dərdin, qəmin ağırlığı üstümə çökmüş halda məzarın başına dolanıram. Baharın intiharı məni çox sarsıtmışdı. Axund "QURAN" oxuduqca məni qəhər basır, göz yaşım damla-damla yanağımdan ətəyimə tökülürdü. Hava cisginli, narın-narın yağış yağırdı, şarpım islanmışdı, islanmış şarpımla məzar daşının üzərini silib, pencəyimi baş daşının çiyninə salaraq onunla vidalaşdım. Vidalaşıb məzardan ayrıldım. Məzarlıqdan çıxanda qoruyucunu görürəm, düz qapının yanında dayanıb. Mənimlə salamlaşır, ondan soruşuram ki, siz hər günmü burda olursunuz? Yaşlı qoruyucu təəccüblə və qəribə heyrətlə deyir:Bəli. Nə olub ki? Əlimlə Baharın məzarını nişan verirəm ki, o məzardan müğayat ol! Gözlə o qəbir-məzarı! deyib tərk edirəm məzarlığı.

Məndən Baharın, məzar daşına tək pencəyim hədiyyə qaldı.

Üşütməz pencəyim məzar daşını...

news-inner-user
Kulis+

627 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020