writer1

Şərif Ağayar

Məqalə sayı

497
clock12:41 calendar-gray 21 Fevral 2017 view-gray106 dəfə oxunub
view-gray106 dəfə oxunub

Cəbiş müəllimin qeyrətini çəkənlər

Farizi 1 nömrəli yataqxanadan tanıyıram. Xocavənddən məcburi köçkündür. Bakıya gələndən jurnalistika ilə məşğul olurdu.

Deyəsən, təhsili yox idi. Etika xatirinə ondan heç vaxt diplomu olub-olmadığını soruşmamışdım. Məncə, 90-ların boşluğundan istifadə edib mətbuata soxulanlardan idi.

Bircə cümləsi yadımda deyil. Ümumiyyətlə, nə yazırdı, nə pozurdu, hansı qəzetdə işləyirdi, bilmirəm. Amma yaxşı dolanırdı. Əlinin papağının Vəliyə, Vəlinin papağını Əliyə qoya-qoya ən ağır vəziyyətlərdən çıxmağı bacarırdı.

Amma təbii, Əlinin-Vəlinin boş qalası papağı ilə özünə binəgüzarlıq qurabilməzsən. Otuz ildir, beş nəfərlik ailəsi ilə on iki kvadratmetrlik yataqxana otağında qalır.

Mətbuat Şurası reket jurnalistlərə hücuma keçəndə Farizin eşşəyi öldü, bir loxma çörəyə həsrət qaldı.

Yaxşı ki, köhnədən qalma “07”-si var. “20 Yanvar” dairəsindən “Binə”, “Sədərək” bazarına adam daşıyır...

Yolum tez-tez oralardan düşür deyə, hərdən “Binə” bazarına manatdan iki nəfər!” - deyib qışqıran Farizlə rastlaşıram. Boğazının damarları zol durur, səsi zoğallayıb. Çox vaxt üzü tüklü olur.

Məni görəndə utanır...

Çox istərdim, izah edəm ki, halal zəhmətlə dolanmaq üçün utanmamalı, əksinə fəxr etməlisən. Nə qədər əziyyətli olsa da sənin bu işin, o biri işindən daha gözəldir. Amma deyə bilmirəm. Məncə, Farizdə bu sözləri anlayacaq zəka yoxdur.

Bir üstün cəhəti var ki, heç nəyi ürəyinə salmır. Əslində, Farizin bu şakəri Tanrının on iki kvadratmetrlik otağa sığınmış beş nəfərlik ailəyə iltifatıdır. Yoxsa, o da arvadı kimi xəstəlik tapıb arı yeşiyi boyda otağın bir küncünə uzanar...

O gün məni saxlayıb xoş xəbər verdi: “Arvada pensiya düzəltdim axır ki! Ayda 60 manat!” Elə sevinirdi! Dedim, niyə belə az? “Stajı yoxdu dana!” – sevinə-sevinə deyirdi və sanki arvadının stajının olmaması çox sevindirici hadisə idi.

Xasiyyətini bilirəm, düşdüyü çətinliklərə məntiqi səbəb tapanda rahatlayır. Ən azı bəhanəsi olur...

Bir müddət sonra qəfil rastlaşanda çox dilxor gördüm. Səbəbini soruşdum, məlum oldu ki, həmişə dayandığı yerdə “Səhv park eləmə” maddəsi ilə cərimə yazıblar və o gün axşamacan qazandığı 30 manatı büdcəyə ödəməli olub.

Arvadının ürəyi xəstədir. Əməliyyat olunmalı, sinəsinə aparat qoyulmalıdır. Vur-tut iki-üç min dollara... Təbii, pul tapa bilmir. Varlı qohumları çox olsa da heç kim əl tutmur onlara.

Və Fariz qara kostyum, ağ köynək geyinib, qırmızı qalstuk taxıb həmin o varlı qohumların qız-oğlan toylarında böyük həvəslə iştirak edir.

O toylarda ki, aşağı yeri iki-üç min dollara atəşfəşanlıq düzəldirlər. Fariz də o atəşfəşanlığa baxıb şənlənir, ayağa qalxıb gülə-gülə əl çalır, işıqların parıltısı heyrətdən böyümüş gözlərində əks olunur.

Adətən, Farizi görəndə özümü yayındırıram ki, utanmasın. Bir az da özümə görə edirəm bunu. Yüklənmək istəmirəm. O, mənə hüdudsuz qüssə bəxş eləyir.

Bu səhər qaça-qaça gəlib metronun girişindəcə qolumdan yapışdı. Çaşdım. Elə bildim, polis-zad qovalayır bunu. Nəfəsini dərib nə desə yaxşıdır:

“Müəllim, eşitdim Cəbiş müəllimin arvadının biədəb videosu yayılıb!”

Əlim üzümdə qaldı.

Cavabımı gözləmədən əlavə etdi:

“Hər şeyin zibilini çıxardıblar eee... Adam da belə iş eləyər? Yüz il qala o kişinin arvadının pis yola getdiyinə inanmaram!” – duruxub gözlərini döydü – “Sən baxmısan o videoya?”

Nə deyəcəyimi bilmədim və hələ də bilmirəm...

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

"Yuğ"da yenə "Vəsvəsə" olacaq
18:00 07 Dekabr 2019
Müdirinin katibəsi ilə evlənən kişi - İkinci Mahmudun hekayəsi
17:00 07 Dekabr 2019
İngiltərə Elif Şafakın bu romanını ilin ən yaxşısı elan etdi
16:00 07 Dekabr 2019
Məşhur aktyor sətəlcəmdən dünyasını dəyişdi
15:00 07 Dekabr 2019
Tanınmış şairin qızı Qüdsdə konsert verdi - Foto
14:01 07 Dekabr 2019
Azərbaycanlı naşir: “Kitablarımız Fransanın 70 min kitab mağazasında satılacaq” – Müsahibə
13:28 07 Dekabr 2019
Əlil aktyorların iştirakı ilə "Solğun çiçəklər" nümayiş olundu - Foto
12:30 07 Dekabr 2019
Azərbaycanlı dramaturq 65 yaşında vəfat etdi
12:00 07 Dekabr 2019
Ermitaj Muzeyi Çingiz xan daş kitabəsini Monqolustana hədiyyə etdi
11:20 07 Dekabr 2019
"Bu şəhərdə" 200 minlik "Şabaş"ı təqdim etdi - Foto
10:40 07 Dekabr 2019
"Qaranlıqdan reportaj" təqdim olunacaq
10:00 07 Dekabr 2019
Arvadbaz, dəlisov, qadın düşkünü... - Yeni layihə
09:00 07 Dekabr 2019
Cəmi 1 saata həyatınız dəyişə bilər
21:00 06 Dekabr 2019
"Mələk" filmi nümayiş olunacaq
18:53 06 Dekabr 2019
"Audio Kitab" layihəsində Nəsiminin qəzəlləri səsləndirilib
18:20 06 Dekabr 2019
Bütün dualara əngəldi İsa - Rəşad Nağı şeirlərini oxuyur - Video
17:46 06 Dekabr 2019
Məktəbli qızın oğurlanmasından bəhs edən roman çap olunub
17:21 06 Dekabr 2019
“Sözlər və nəsnələr” kitabı təqdim edildi - Fotolar
16:51 06 Dekabr 2019
Kənan Hacı ABŞ-ın nüfuzlu mükafatını qazanıb
16:20 06 Dekabr 2019
Nizami Gəncəvinin türk dilində nəşr olunan "Xəmsə"si təqdim olundu - Foto
15:37 06 Dekabr 2019