news-inner
clock16:14 calendar-gray 20 Fevral 2017 view-gray294 dəfə oxunub
view-gray294 dəfə oxunub

Toyuna çatmadığım qızlar...

Şahin Sərdarlı


Canımda ağrılar tüğyan edir...

Gözlərim saatın əqrəblərinə zillənib. Hər ötən saniyə, hər ötən dəqiqə canımdan can alır sanki. Heçnəyi xatırlamıram. Nə səni, nə özümü, nə bu günü, nə də dünəni. Görürsənmi nə etibarsızam?! Eh, ay olmayan məhəbbətim...

Səssiz-səmirsiz oturub bir-iki bənd şeir yazmaq istəyirəm. Nə bilim, sevgidən, dağdan, dərədən, çəmənlikdə otlayan quzulardan, məsum çobandan... Yaradan əllərimi zəncirləyib, dilimi bağlayıb, gözlərim görmür, heç nəyi dəeşidə bilmirəm. Qəribədir, yeri-göyü yaradan kişi verəndə də birdən verir, alanda da birdən alır. Bir neçə dəqiqə keçib, indi hər şey gözlərimin önündə canlanır. Tanrı əsəri, bir rejissor işi kimi...

Təsəvvür edirsiniz, xatırlaya biləcəyim hər şeyi, hər kəsi, hətta uşaqlıq sevdalarımı belə xatırlayıram. Bəli, uşaqlıq sevdalarımı. Bir deyil, beş deyil ki... Hətta adlarını, üzlərini də xatırlaya bilirəm. Məndən nə az, nə çox düz 3-5 yaş böyük qızlar idi hamısı da. Xatırlayıram, bircə-bircə xatırlayıram. Həyətlərində gizlənqaç oynadığım qızları deyirəm. Zalım balaları elə göyçək qızlar idi ki. Lənət olsun, heç toylarına da çata bilmədim...

Gözlərim saatın əqrəblərindədir. Uşaqlığımı xatırladır mənə. Əlimdə dəsmal, uşaqların başına fırlandığım günlərə, illərə qaytarır məni. Nə qəribədir, zaman irəli getdikcə məni də keçmişimə aparır...

Bizim uşaqlıq...

Müqəddəs günlər idi. Məftildən maşın düzəldib kəndin bütün küçələrində sürürdük. Qar-boran demədən xizəklə nələr etmirdik ki... Novruz bayramlarında papaq atmadığımız, qapısını döymədiyimiz ev qalmazdı. Hətta Qara bayramlarda qəbiristanlığın çəpərlərini döyənək etmişdik. Konfetləri, şirniyyatları yığıb meşəyə aparardıq. Palıd ağacının budağından yaxşı bir çay dəmləyər, kəmərimizin altını bərkidib sonra evə gələrdik. İndi varmı o uşaqlıq?! “Qoz-qoz” oynadığımız, yumurta döyüşdürdüyümüz, tonqal başına toplaşdığımız günlər də var hələ...

Bir dəfə də qonşuya hasar hörmüşdük. Təzə-təzə sevən vaxtlarımız idi. Qonşumuz Elnurla hasarı hördük, 3 gün sonra yağış yağdı. Elə bilin ki, heç nə hörməmişdik. Sel aparmışdı hər şeyi...

Daşladığım qonşular...

Onu deyirdim axı, çərşənbələrin biri idi. Axşamçağı məhəlləmizdə toplanmış samanı, odunları, təkərləri xəlvətcə ard-arda yandırıb, traktorun təkərinin arxasına gizlənib qonşuların durumunu seyr edirdik...

Oyun oynayanda cığallıq qatıbdalaşar, çox vaxtdöyülər, çox vaxtdadarvazanın üzərinə çıxıb uşaqları söyər, qonum-qonşularıdadaşlayardım. Yox-yox, səhv anlamayın, ona görədöyülürdüm ki,dilim bir yerdədurmurdu, həm də uşaqların hamısı məndən yaşca böyük idilər, mən də cılız bir uşaq...

Axşamlar bütün qonşular bir yerə toplaşar, bir az söhbət, bir az da qiybət edərdik. Hərə öz bişirdiyi yeməkləri gətirər, bir süfrə arxasında əyləşib ağız dolusu yemək yeyərdik. Siz və ya biz söhbəti olmazdı heç. Elə gözəl idi ki, hər şey...

İndi qardaş qardaşın, ata oğulun qapısına həsrət qalıb. 15-20 ildə nə çox dəyişdik, İlahi!

Gecə saat ikidir...

Qara buludlar kimi dolmuşam, hönkürmək istəyirəm...

news-inner-user
Kulis+

627 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

İşini, gücünü atıb kimsə sevməlidir məni - Cəlil Cavanşirin şeirləri
17:00 08 Avqust 2020
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb
16:05 08 Avqust 2020
Biz iki nəfər öldük
15:00 08 Avqust 2020
Səngərdə Vaqifin şeirlərini oxudu, məşhur filmə onun əvəzinə erməni aktyoru çəkdilər - Kinomuzun Cahandar ağası haqda maraqlı faktlar
14:00 08 Avqust 2020
Səkkizinci ayın səkkizi - Mahir N. Qarayev yazır
12:31 08 Avqust 2020
Məşhur aktrisa kinodan getmə səbəbini açıqladı
11:20 08 Avqust 2020
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
10:13 08 Avqust 2020
Rüstəmbəyovun alınmayan filmi – Sevda Sultanova “Dağlarda döyüş”ü tənqid edir.
09:00 08 Avqust 2020
Azərbaycanın məşhur folklor qrupu beynəlxalq festivalda iştirak edəcək
18:50 07 Avqust 2020
Çingiz Aytmatov fenomeni və Azərbaycan" monoqrafiyası çap olundu
18:04 07 Avqust 2020
Azərbaycanlı yazardan yeni kitab
17:36 07 Avqust 2020
Polad Həşimovun üzünə necə baxacağıq?
17:06 07 Avqust 2020
Məşhur müğənni uyğur türklərinə görə Çinə belə etiraz etdi
16:05 07 Avqust 2020
Kölgəmi ayrı basdırın, sevəcəyim qız çiynində... - Tural Turanın şeirləri
15:02 07 Avqust 2020
Məşhur müğənni vəfat etdi
14:11 07 Avqust 2020
Hər konsert ərəfəsində əri tərəfindən döyülən, 17 yaşlı oğlunu itirən əməkdar artist – Bağırov ona bayquş demişdi
13:09 07 Avqust 2020
Süleyman Qanuni, Hürrəm Sultan, Mona Liza, Sezar indi yaşasaydılar, belə olardılar - Maraqlı layihə
12:23 07 Avqust 2020
Toyu karantinə düşənlər üçün fürsət
11:32 07 Avqust 2020
"Kapitan Marvel 2"nin rejissoru bəlli oldu
10:43 07 Avqust 2020
Azərbaycanda tarixi abidəyə müdaxilə edən şəxslər saxlanıldı
10:10 07 Avqust 2020