news-inner
clock09:00 calendar-gray 21 Yanvar 2017 view-gray160 dəfə oxunub
view-gray160 dəfə oxunub

Atası həkim olmağını istəyirdi, neftçi oldu

Kulis.az “Naməlum kino” layihəsində Vladimir Semakovun 1975-ci ildə çəkdiyi “Əgər bir yerdəyiksə” filmini təqdim edir.

Süjet: Kənddə yaşayan Mehdi (Dadaş Kazımov) kiçik oğlu Rasimin (Qriqori Nəcəfov) israrla həkim olmasını istəyir. Bunun da səbəbi var. O, müharibədə olanda əsgər yoldaşlarından biri ölümcül yaralanır. Onu ölümdən peşəsi həkim olan Nəriman (Cahangir Aslanoğlu) qurtarır. Onda Mehdi əhd edir ki, oğullarından biri mütləq həkim olub insanların həyatını xilas edəcək. Amma böyük oğlu mühəndisliyi, ortancılı dənizçiliyi seçir. Onun ümidi kiçik oğlu Rasimə qalır.

O, Tibb İnstitutunda professor işləyən cəbhə dostu Nərimanın yanına gələrək ondan Rasimin bu ali məktəbə daxil olmasına kömək eləməsini istəyir. Prinsipiallığı ilə seçilən Nəriman əvvəl buna razı olmur, amma dostunun xətrinə könülsüz də olsa razılaşır.

Həkimlik peşəsi Rasimin də ürəyindən deyil, o, texniki elmlərə meyllidir. Amma atasının sözündən çıxa bilmir. Tibb İnstitutunun həyətində rastlaşdığı qoca (Sadıq Hüseynov) ilə söhbətdən sonra fikrini dəyişir. Qoca institutun həyətində qaynaşan gəncləri göstərərək deyir ki, hamısı həkim olmaq istəyir, amma praktikayagələndə qaçırlar, çünki dözə bilmirlər. Elə bilirlər ki, həkim olmaq asandır. Rasim o an qərarını dəyişir və atasından xəbərsiz sənədlərini neftçi fəhlə hazırlayan texniki peşə məktəbinə verir. Atasına isə Tibb İnstitutuna daxil olması haqda məktub yazır.

O, yataqxanada yaşayır, bir otaqda qaldığı Vasimlə (Vaqif Musafayev), Məmmədlə (Akif Məhərrəmov), Mixaillə (Stanislav Klyuçnikov) dostlaşır. Rasim bacarığı, dürüstlüyü, dostlarına yardımsevərliyi ilə seçilir.

Məmmədin atasının vəfatından az sonra anası başqasına ərə gedir. Ögey atasını qəbul eləməyən Məmməd evdən qaçıb yataqxanada qalır, həyata inamını itirir. Dostlarının, xüsusən Rasimin sayəsində o yenidən həyata tutunur.

Və Rasim peşə məktəbində oxuyan Solmaz adlı (Rita Əmirbəyova) qıza vurulur...

Filmin əsas qayəsi yeniyetmələrin formalaşmasını, öz seçimlərində sərbəstliyin önəmini göstərir, peşəni nüfuzuna görə yox, ürəkdən sevməsinin vacibliyini vurğulayır.

Süjet yadıma bir əhvalatı saldı. Sovet illərində Tibb institutu doğrudan da çox nüfuzlu ali məktəblərdən sayılırdı. Məhəlləmizdə imkanlı ailə vardı. Ailənin böyük qızı atasının imkanları sayəsində Tibb institutuna daxil oldu. Yadımdadır ki, o qız instituta daxil olandan sonra burnu dik, təkəbbürlü gəzirdi. Üstündən illər keçəndən sonra öyrəndim ki, savadsızlığından dolayı yanına xəstə də gəlmir.

Əhvalatın da tək önəmli cəhəti odur ki, peşə seçimini onun nüfuzuna, cəmiyyətdə pillələri qalxmaq üçün yox, sevdiyinə görə seçməlisən və sevgi peşəkarlığın əsas özəklərindən biridir.

“Əgər bir yerdəyiksə” filminin bundan başqa önəmi yoxdur.

Süjetdə vurğulanan dostluq, əməksevərlik, müəllimin (Oqtay Mirqasımov) qayğıkeşliyi, nəsihətləri, Rasimin Solmazla sevgi münasibətləri belə pafos, klişelər üzərində qurulub.

Gündəlik həyatın sadə məqamlarına fokuslanan, amma onu yaradıcı baxımdan emal eləməyən, yeniləməyən bu didaktik filmin bədii keyfiyyəti aşağıdır, təsvir həlli yoxdur, üslubu da bəlli deyil.

Rejissor Vladimir Semakov haqda araşdırma elədim. Onunla bağlı nəsə tapa bilmədim.

Ssenarini isə Oqtay Orucov yazıb.

“Naməlum kino”da Oqtay Orucovun ssenaristi olduğu bir neçə filmdən (“Xatirələr sahili”, “Üzü küləyə”) yazmışam. Adamın bir normal ssenarisi yoxdur. Bu da onunla bağlıdır, O.Orucov o vaxt kinostudiyanın direktoru işləmiş Adil İsgəndərovun yaxın qohumu idi. A.İsgnədərov 1974-cü ildə kinostudiyadan gedəndən sonra O.Orucovun da ssenarist kimi fəaliyyəti bitir. Hətta deyilənə görə, A.İsgəndərovun vəzifədən uzaqlaşdırılmasının bir səbəbi də qohumuna geniş imkanları yaratması idi.

Bir qayda olaraq şəxsi münasibətlərdən, özəl həyatdan yazmağı etik saymıram. Amma konkret bu vəziyyətdə qohumluq, şəxsi münasibətlər kino müstəvisinə gətiriləndə zərərini sənət, gələcək nəsillər çəkir.

Oxşar xəbərlər

Xəbər lenti

Musiqili Teatrda "Fransızsayağı qarnir" olacaq - Fotolar
18:56 18 Yanvar 2020
Xalq artistinin xatirəsi anılacaq
17:44 18 Yanvar 2020
İyirmi ikinci mənzildə - Varisdən hekayə
16:58 18 Yanvar 2020
"Silahdaşlar" sənədli filmi təqdim olundu
15:15 18 Yanvar 2020
Gənc şairin poeziya gecəsi keçirildi - Fotolar
14:05 18 Yanvar 2020
Türkiyəli yazıçı vəfat etdi
13:47 18 Yanvar 2020
Tanınmış dramaturq vəfat etdi
13:15 18 Yanvar 2020
Bu məşhurlar qaraçı nəslindəndir - Siyahı - Fotolar
12:44 18 Yanvar 2020
"Məni bir qadın qucub, mələklər gəzsin barı..." - Pərviz Cəbrayıldan şeirlər
11:03 18 Yanvar 2020
"Mübariz" operası təqdim olundu - Fotolar
10:28 18 Yanvar 2020
Cahandar ağa Allahyarın arvadı Mələyi qaçırmaqda haqlı idi? - Sevda Sultanova yazır...
09:03 18 Yanvar 2020
Gənc yazar: “Aqşin Yeniseyin romanı alınmayıb” – Video-söhbət
21:00 17 Yanvar 2020
100 yaşlı şair AYB-də yubleyinə qatıldı
19:27 17 Yanvar 2020
Yaşamaq istəyən xəstəyə yalan satan həkim - Hekayə
18:58 17 Yanvar 2020
Rövşən Yerfinin yeni kitabı təqdim olunacaq
18:31 17 Yanvar 2020
Amma Anar bilməsin... – Gənc şairdən parodiyalar
18:03 17 Yanvar 2020
Prezident məşhur rejissoru “Şərəf” ordeni ilə təltif etdi
17:37 17 Yanvar 2020
Musiqili Teatrda "İstintaq" olacaq
16:57 17 Yanvar 2020
Bakıda böyüklər üçün ustad dərsləri keçirildi
16:20 17 Yanvar 2020
Qremminin ilk qadın prezidenti işdən çıxarıldı
15:39 17 Yanvar 2020