news-inner
clock14:15 calendar-gray 06 Dekabr 2016 view-gray209 dəfə oxunub
view-gray209 dəfə oxunub

90-ların unudulmaz geyimləri - FOTOLENT

Kulis.az doxsanların geyimlərini təqdim edir.

İdman geyimləri

“Adidas” – 90-cı illərdə bu geyimdə insanlar görüşə, kafeyə, konsertə gedirdilər. O vaxtın ən öndə gedən geyimi sayılırdı.

Dəri gödəkcələr

Modanın tarixindən məlumdur ki, kənarları dəmir işləmələrlə süslənmiş dəri geyimlərinin ulduzu 1928-ci ildə Amerikada sönməyə başlayıb. Ancaq gəzəndə şaqqıltı salan, kəmərli, bir neçə cibi olan geyimlər bizdə 90-cı illərdə ortaya çıxdı.

Uzun çəkmələr

Dizdən yuxarı çəkmə necədi? Kənd yerlərində rastınıza çıxmış olar. Ancaq 90-larda mod olan bu uzun çəkmələr müasir qadınların geyimləri sırasına daxil idi. Üstünü bulamasan, pis günə qoymasan çox seksual görüntüsü var əslində.

“Əzilmiş” gödəkçələr

Çox rahat geyimdir. Yuyanda gərək qoluna güc verəsən. Necə deyərlər, yaxşı görünməsi üçün yaxşıca əzməlisən. Sonra büküb saxlayasan bu gödəkçəni bir sirr kimi.

Rəngli saç “rezinka”ları

Bütün rənglərin qovuşduğu və dağılmış saçı birləşdirən məşhur “rezinka”lar. Onlardan hər rəngdə tapmaq olardı. Parlaq rənglər saçlara taxılmaq üçün “gəl-gəl” deyərdi...

“Nedelka” alt paltarı

Qutusunda 7 ədəd olurdu. Ona görə “nedelka” deyirdilər. Adını belə çevirə bilərik: həftəlik. Paketdəki 7 alt paltarının hər birinin üstün əhəftənin bir günü yazılıdrı. Bazar ertəsi, Çərşənbə axşamı... Ağ, qıraqları fərqli rəngli alt paltarları 90-ları xatırladan vacib elementlərdəndir.

Günəş eynəkləri

Ağır oğlanların eynəyi. Bir az da sirli görünür bu eynəklər. Həyata arada qara eynəklərdən baxmaq lazımdır. Həm də ki o vaxt “cool” görünmək üçün bu aksesuar vacib sayılırdı.

“Kleçatı” köynəklər

Bunu geyindin, oldun centlmen. O vaxt diqqəti üzərinə çəkmək, qızların baxışlarına həbs olunmaq üçün mütləq əynində “kleçatı” köynək olmalı idi.

Nişanlar

Üstündə bayraq, ya da yazı görünən nişanı taxırdın yaxana, uzaqdan geyiminə ayrı bir rəng qatırdı. Kurtkanın arxasında da ola bilərdi, qabağında da. Əsas odur ki, camaat görsün. Bu o illərdə xırda mesajlar idi. İndi bu mesajlar divarlara yazılır. Məsələn: “Təbiəti qoru, ay...”

Bel çantaları - rükzaklar

O vaxtın aksesuarlarından biri. Balaca, yığcam. Bir kitab, bir ətir qoyub yola düşmək olarmış.

Firma krassovkaları

Onlar iri olmalıdır, uzaqdan ilk gözə onlar çarpmalıdır. Rəngi də ağ. Ağ və iri – bu idealdır.

Futbolkalar

Uzun ağ, sarıtəhər futbolkaları kim xatırlamaz ki? Üzərində Miki Mouse, ya da başqa super qəhrəman təsvir olunan unudulmaz futbolkalar. Bəzən futbolkalara baxanda gəzən bir kinoteatr zənn edərdin onları. “Titanik” filminin təsviri olan futbolkalar necədir? Həmin vaxtlar Di Kaprionun əynində gəzdirmirdinsə, deməli sən modadan bir kilometr uzağa düşmüsən.

Toxuma çəkələklər

Plastik çəkələk. Şəbəkə dizaynı ilə. Üstəlik sürüşkən. Ancaq gözəllik qurban tələb edir. Görünür, bu polimer çəkələklər hovuzda istifadə olunur.

Cins kurtkalar

Məşhur aksesuarlardan. Düymələri bağlamaq da olar, bağlamamaq da. Vəzifəli şəxsi görüb-görməməklə əlaqəsi yoxdur bunun. Hava soyuq, dərd ağırdısa düymələri bağlamaq olar. Yox, kefin kökdürsə, qoy elə açıq qalsın.

Beysbolkalar

Onların rəngi tünd olmalıdır. Qara da ola bilər, gömgöy də. Başında olanda reperə də oxşayırsan, idmançıya da.

Rəngli papaqlar - kapor

Tünd qırmızı, çəhrayı, göy. Axıra qədər dartsan, başı tamam örtə bilər. O vaxtın qlamur papaqları.

Platforma ayaqqabılar

Moda sənayesinin “dikdaban”dan sonra qadınlar üçün icad etdiyi yeni ayaqqabı. Balacaboysan, dikdabanda da gəzə bilmirsən, problem deyil, platforma ayaqqabı geyin.

Borsetka

Küçə uşağı aksesuarı demək olar. Amma bir az elitarlıq da var onda. Əlbəttə, küçə uşağı ifadəsi zarafat idi. Balaca, yığcam çanta. Nə gözəl görünür deyilmi?

Diplomat

Hə, böyüməyin əlamətidir bu. Diplomatın varsa, deməli vəzifən də var. Ya da ki, diplomatın varsa, artıq ciddi və intellektual birisən.

“Montana” saatları

90-ların məşhur aksesuarı. Əntiqə saat olub. Tarixi göstərir, saniyəölçəni var, işığı var, 13 melodiyası da üstündə. Bir saatdan daha çoxu...

Rezin yubkalar

Qızların sevimli geyimi. Çılpaq və tənha ayaqlar. Lazım gəlsə, yubkanı bir az aşağı dartmaq da olar.

“Varenka” cinsləri

Taun kimi yayılmışdı bu geyim. Hamının əynində görmək olardı. O dövrün “cool” gəncləri onsuz dura bilməzdi, əlbəttə.

“Boys” sviteri

Çirkli yaşıl sviter də deyə bilərik bu sviterlərə. “Boys” yazılan hissə də naşı bir adamın imzasına oxşayır.

Losinlər

Rəngarənglik diqqət mərkəzində olmaq deməkdir. Losini cins yubka ilə, ya da rezin yubka ilə geyinəndə mükəmməl bir görüntü ortaya çıxarır. Rəngarəng ayaqlar birbaşa ürəyə işləyir!

“Malvin” cinsləri

Rahatdır, əyninə geyin və həyat sənin gözlərinə daha gözəl görünsün. Arxa ciblərində əllərin də gizlənə bilər. Belə daha “cool” görünəcəksən.

news-inner-user

16518 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Səməd Vurğun 50 yaşında ölməyibmiş – Filosof yazır...
08:58 24 Sentyabr 2020
Məmməd Aslana halallıq - Şərif Ağayar yazır...
20:57 23 Sentyabr 2020
"Qəlbimin palitrası"ı təqdim olunacaq
18:51 23 Sentyabr 2020
10 ilə çəkilən film - Video
18:12 23 Sentyabr 2020
Atamın gələ bilmədiyi günlərdən çıx gəl - Fəridədən müharibə şeirləri
17:29 23 Sentyabr 2020
Qəni Camalzadənin sosial-bədii nəsri - Aydın Xan yazır
16:47 23 Sentyabr 2020
“Uliss”in tərcüməçisi dünyasını dəyişdi
16:08 23 Sentyabr 2020
Aqil Abbas: "Dağlıq Qarabağda vətəndaşlığımızı qəbul edən ermənilərlə işimiz yoxdur"
15:30 23 Sentyabr 2020
Şəbnəm Tovuzlunun erotik dərdi
14:49 23 Sentyabr 2020
Lalə Məmmədova həmkarlarını qınadı: "İcra başçılarından qorxurdunuz?"
14:06 23 Sentyabr 2020
Elçin Əfəndiyev: "Çox yaramaz iddiadır" -Məktub
13:29 23 Sentyabr 2020
“Mədəniyyət/Culture” jurnalının növbəti sayı nəşr edildi
12:51 23 Sentyabr 2020
Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyamızın banisi haqqında maraqlı faktlar
12:06 23 Sentyabr 2020
“Azərbaycan tarixində atılmış 5 ən yanlış addım” kitabının imza günü olacaq
11:17 23 Sentyabr 2020
İnternet yoxdursa, necə olacaq? – Əyalətin təhsil dərdi
10:45 23 Sentyabr 2020
Nobel mükafatının təqdimat mərasimi təxirə salındı
10:16 23 Sentyabr 2020
Tom Kruzun kosmosa gedəcəyi tarix bəlli oldu
09:44 23 Sentyabr 2020
Ömər Faiqin İngiltərədə yaşayan nəticəsi: "Mirzə Cəlil babamın qollarında can verib" - Müsahibə
09:00 23 Sentyabr 2020
Tanınmış bəstəkara ağır itki üz verdi
18:41 22 Sentyabr 2020
Tarkovski ilə bağlı kadrarxası çəkilişlər hərraca çıxarılacaq
18:04 22 Sentyabr 2020