news-inner
clock15:03 calendar-gray 19 Sentyabr 2017 view-gray292 dəfə oxunub
view-gray292 dəfə oxunub

Fuad Poladovun susqun dərsi

“Hər şeyə, sosial düzənə, demokratiyaya, mesaja, məqsədə, seçimə laqeyd olan, özünü sıradan dünyadan ayıran və onun iyerarxik nizamını, əsas əlaqələrini tanımayan, ona yuxarıdan aşağı baxan sənət məhz bu laqeydliyi üzündən siyasidir, heç bir siyasi mübarizədə olmadığı üçün siyasidir”

D.Koylan

İndi teatr məsələsi oxunaqlı olub, Milli teatrda baş verənlər haqda yazı oxunaqlı sayılır. Məndən də məhz bu mövzuda yazı istəyiblər.

Halbuki, fəlsəfi anlamda, estetik anlamda teatr həyatımıza girə bilməyib. Adda-budda maraqlı məqamlar olub, teatr özünü xatırladıb, keçmiş sevgili kimi duyğulandırıb da, amma böyük mənada teatr cəmiyyətə, cəmiyyətsə teatra maraqlı ola bilməyib.

Google-da axtarış verdikdə “Milli teatr” sözü çox axtarılan, açar söz kimi təklif olunur. Müzakirələr səngimir, hətta Fuad Poladovun teatrdan getməsilə mövzu təzələnib, “qazandıqmı, itirdikmi” deyə iki mövqe cəbhəsi yaranıb. Nə gözəl.

Bir yazı da biz qaralasaq, teatrı qiymətə mindirsək, ya gözünə bir az pafos qatsaq, orda nə baş verdiyinə toxunsaq, adamlar tıklasalar bu yazını…

Milli teatrda nə baş verir, bundan şeytan da baş çıxarmaz. Özünü itirməsə bəlkə də baş çıxarardı.

Amma bir düşünək: orada baş verən xırdalıqların nəyi maraqlıdır? Görünənlər bəs deyilmi? Bura qədər olanlar kifayət deyilmi? Peşəkarlar tərəfindən istedadlı sayılan aktyor Hikmət Rəhimov işdən çıxarılır, bunun ardınca teatrın hətta dövrün ən böyük aktyoru Fuad Poladov da bu səbəblə işdən istefa edir.

...Filosoflardan birindən belə bir fikir oxumuşdum: “Adamlar qəribədir, düşünmək azadlığı varkən, onlar söz azadlığı istəyirlər”.

Sual elə buradadır - düşünmək azadlığı varmı? Axı düşünmək qorxuludur, düşünmək problemlidir. Düşünmək əsəb deməkdir. Başını aşağı salıb sənətinlə məşğul olmaq varkən... Həm də başqasını düşünmək. (Oysa sənətçinin işi elə başqasını düşünməkdir - başqasını, səhnədə obraz deyiləni - yanındakı insanı, uzaqdakını...)

Tarix göstərir ki, başını aşağı salıb sənətlə məşğul olanda da gedib bir yerdə dalana dirənirsən. Fiziki olaraq sağ qalib mənəvi olaraq yox olursan. Sənətinsə hədəfi mənəvidir. Onda bu politkorrekt mülahizələr yürüdən sənətçilər gülməli deyilmi? Özünü niyə, hansı gün üçün qorumalısan? Bundan sənətin qazandığı nə olacaq?

Aktyor Fuad Poladovun teatrdan getməsi məhz məqsədi, meyarı vurğulayır, nəticəni yox. Bu hərəkət məsuliyyəti vurğulayır, insanlara ruh, mənəviyyat verməli olan bir nöqtədə dayanmağın məsuliyyətini xatırladır.

Çünki sənətçinin məsuliyyəti daha ağırdır, dövlət məmuru vətəndaşa görə məsuliyyət daşıyırsa, sənətçi insana görə məsuliyyətlidir. Başqalarından fərqli olaraq o, nəticəyə yox, məqsədə yönəlikdir. Yönəlik olmalıdır.

Nəticə onsuz da elə ciddi dəyişmir. Teatrın misalında: müstəqil teatrlar yoxdur, onlara hər hansı dövlət yardımından söhbət gedə bilməz, iki ildən bir beynəlxalq teatr konfransı keçirilir, amma ölkədə teatrla bağlı bir nəşr də yoxdur (nə etməli onda da teatrşünas yox, teatr yazarları yetişir), təqaüdə, ada hətta maaşa bağlanan teatr adamları hansı şərtlə və necə işləyir, tamaşalara ayrılan maliyyə necə xərclənir, keyfiyyət bu məbləğlə mütənasibdirmi?

Teatrın mövzuları nədir və o seçimdə nə qədər azaddır? Ümumiyyətlə, onun seçim azadlığı çabası belə varmı? Sənətçimi özünü dövlətə, onun məmuruna borclu bilir, daha düzü məmur onu borclu çıxarır, yoxsa dövlət, onun məmuru sənətçiyə şərait yaratmağa borcludur?

Özünü sənət adamı kimi yox, dövlət qurumuna tabe sıravi kimi hiss edən teatr adamları üçün meyarlar nədir? “Başını aşağı salıb, işini görmək”?

“Başını aşağı salıb sənətinlə məşğul olmaq” ideologiyasına qarşı aktyor Fuad Poladov pafoslu çıxış-filan etmədi, sadəcə öz sənəti üzrə kiçik bir master-klass keçdi. Ən yaxşı bildiyi bir teatr elementindən.

Susmaqla pauzanın fərqi haqda...

news-inner-user
Aliyə

997 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bəyin atası, nisyə kitab istəyən oxucu, həbsxanadan çıxmış gənc yazar – İmza günündən reportaj
14:57 26 Sentyabr 2020
Məşhur rejissor festivaldan qovuldu
13:21 26 Sentyabr 2020
Ağlını itirib, dəlidi payız - Qazaxda bir ömür...
11:14 26 Sentyabr 2020
Vaşinqtonda Üzeyir Hacıbəyovun anadan olması münasibətilə tədbir keçirildi
10:02 26 Sentyabr 2020
Həmidə Ömərova gürcü aktyorun nəyinə gülürdü? – Məşhur filmin gizlinləri
09:00 26 Sentyabr 2020
Aygün Fətullayeva: "İstənilən rola çəkilərəm" - Video
21:02 25 Sentyabr 2020
Bakı caz festivalı yubileyini qeyd edəcək
18:50 25 Sentyabr 2020
Natali Portman kitab yazdı
18:15 25 Sentyabr 2020
AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq
17:30 25 Sentyabr 2020
Məşhur rəssamın tablosu 80 milyon dollara satılır
17:02 25 Sentyabr 2020
Nobel mükafatının məbləği artırılacaq
16:25 25 Sentyabr 2020
Arvadını döyən tənha ata, öz qaynını sevən Həqiqət – Səriyyə xalaya çətin suallar gəldi
15:47 25 Sentyabr 2020
Qardaşlarından küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü…– Maraqlı faktlar
15:08 25 Sentyabr 2020
"Salnaməfilm" Milli Qəhrəmanlar haqqında film çəkir
14:30 25 Sentyabr 2020
"YARAT”da sərgi
13:53 25 Sentyabr 2020
Paşinyanın arvadını neyləyəcəyik? – Sərdarın yazısı
13:10 25 Sentyabr 2020
Senatdan uyğurlarla bağlı şok təklif
12:31 25 Sentyabr 2020
Çingiz Abdullayevin gözə kül üfürməyi – Mirmehdi Ağaoğlu yazır...
11:51 25 Sentyabr 2020
Seymur Baycandan yeni kitab
11:13 25 Sentyabr 2020
Yekə döşlər, iri budlar? – Firuz Mustafa yazır...
10:40 25 Sentyabr 2020