news-inner
clock16:53 calendar-gray 03 Oktyabr 2016 view-gray523 dəfə oxunub
view-gray523 dəfə oxunub

Aristoteldə başlayıb Belinskidə dayanan akademiklərimiz

Kulis.az İradə Musayevanın “Siz ey “ədəbiyyatşünaslıq elmimizin sərkərdələri!..” məqaləsini təqdim edir.

Azərbaycan ədəbiyyatının ləng inkişafında, dünyayla ayaqlaşa bilməməsi problemində Azərbaycan ədəbiyyatşünaslığının da “xidmətləri” çoxdur. Sadəcə bu sahənin terminlərlə dolu bəlağətli və “elmi” mətnləri on illərdir “ədəbiyyat sərrafı”, “ədəbiyyat bilicisi” kimi ad almış müəlliflərin imzalarıyla kitablaşır, dissertasiya cildlərində qəliblənir, monoqrafiyalar siyahısında yerləşdirilir, həmin müəlliflərin bioqrafiyasında elmi kəşf mənbəyitək dəyərləndirilir və s, və i.a...

Adlar, adlar, adlar... Müdafiə Şuralarının zəhmli iclas salonları, aliməqam tribunalar, konfranslar, seminarlar, şablon hesabatlar, plagiat yazılar, iş planları, fərdi yaradıcılıq anketlərindəki saxta (3-4 il dalbadal adı, mövzusu təkrar-təkrar yazılan, özü isə heç vaxt yazılmayan) məqalə adları... Görəsən kimi aldadırıq?

Ədəbiyyatşünaslıq adına bircə qənaətbəxş dərslik tapa bilmirik. Amma hər professorun, akademikin tərcümeyi-hal salnaməsində onlarla kitab, yüzlərlə ədəbiyyatşünaslıq məqaləsi adının siyahısı əks olunur. Biz müstəqillik illərində sovet dövrü ədəbiyyatşünaslığımızı dərhal yenidən oxumalı, saf-çürük edib gərəklilərini mənimsəməli və mənimsətməli, sovet ideologiyasının diktəsi ilə yazılmış gərəksizləri isə arxivləşdirməli idik. Amma belə olmadı. Ədəbiyyatşünaslıq elmi çox hallarda öz köhnə, sovet ideologiyası əsasında hazırlanmış kitabların tendensiyalı nəzəri qanunları ilə ədəbiyyata diktələr etmək, yol göstərmək iddiasından əl çəkmədi. Nəticədə ortada qalaq-qalaq lazımsız kağız-kuğuz toplandı. Azərbaycan yazarı ilə Azərbaycan ədəbiyyatşünasının ədəbi-bədii düşüncələri, ədəbi-estetik axtarışları heç bir halda ünsiyyətə girə bilmir. Qarşılıqlı qəzəb və inkar intonasiyası dəyişilmir. Elə təkcə tənqidçi və yazıçı söhbətlərində bu ahəngin davamlılığını yada salmaq fikrimə sübut ola bilər... Və ədəbiyyatla məşğul olmalı olan qurumlarda fəaliyyət göstərən ədəbiyyat alimləri acı da olsa etiraf edək ki, bəzi hallarda, əslində daha çox hallarda öz nüfuzunu itirdi... Onların çoxu hələ də ancaq və ancaq Aristotel, Bualo, Xətib Təbrizi və Belinski tarixi səddində dayanıblar. Müasir dünya ədəbi-nəzəri fikri ilə düşünməyi, yazmağı, müqayisələr aparmağı lüzumsuz sayırlar. Ədəbiyyatımız bu gün sanki, öz mücadiləsi hesabına (“şünas”ından nəzəri, tarixi bilgi almadan belə), dünyaya çıxmaq və öz sözünü demək uğrunda çarpışır. Sirr deyil ki, bu gün bizim gənc yazarların ədəbiyyatşünaslıq bilgisi, dünya ədəbiyyatı tarixinə bələdliyi çox qocaman, yaşı 50-ni keçmiş ədəbiyyatşünaslardan daha üstündür, daha çoxdur. Onlar israrla axtarır, oxuyur, fikir mübadiləsi aparır, polemik ədəbi səhnələr qurmağa can atır və s.

AMEA-nın vitse-prezidenti, akademik, Nizami adına Ədəbiyyat İnstitunun direktoru İsa Həbibbəyli “Böyük ədəbiyyatşünaslıq uğrunda” adlı məqaləsində (525-ci qəzet, 2014,24 may) yazır: “1936-cı-ildə Dil və Ədəbiyyat sektorlarının bazasında Dil və Ədəbiyyat İnstitutunun yaradılması Azərbaycan ədəbiyyatşünaslıq elminin ardıcıl, sistemli və mütəşəkkil surətdə inkişafının möhkəm təməlinə çevrilmişdir. Bütün bu proseslərin nəticəsində az sonra Nizami adına Ədəbiyyat İnstitutunun zəminində Azərbaycan ədəbiyyatşünaslarının bir neçə nəsli yetişib formalaşmışdır. HəminədəbiyyatşünasnəsillərininsıralarındanAzərbaycanMilliElmlərAkademiyasınınhəqiqivəmüxbirüzvləri səviyyəsinə çatan, hərbiriözlərinəməxsuselmiməktəbləryaratmışMirzəİbrahimov,MəmmədArifDadaşzadə,MəmmədCəfərCəfərov,HəmidAraslı,FeyzullaQasımzadə,

KamalTalıbzadə,BəkirNəbiyev,AbbasZamanov,MirCəlal,MirzağaQuluzadə,MəmmədhüseynTəhmasib,ƏliSultanlı,YaşarQarayev,ƏzizMirəhmədov, AzadəRüstəmova,AzadNəbiyev,ƏliyarSəfərli,TeymurKərimlivəbaşqalarıkimigörkəmlielmxadimləriçıxmışdır.

Bugündəədəbiyyatşünaslıqelmininhəminsərkərdələrininəsərləri və onların formalaşdırdıqları ənənələr yeni elmi nəslin və elmi-ədəbiproseslərininkişafına öztəsirinigöstərməkdədir”.

Ədəbiyyatşünaslıqda İsa Həbibbəylinin təbiri ilə desək, “elmi məktəb yaratmış”, “ədəbiyyatşünaslıq elminin sərkərdəsi” titulunu almış insanlardan bu gün yalnız iki nəfəri sağdır- Əliyar Səfərli və Teymur Kərimli... (Halbuki digər adlar ətrafında da suallar yarana bilər. Məsələn, M.İbrahimov ədəbiyyatşünaslıqda hansı elmi məktəbin banisidir?-sualı kimi və s. M.İbrahimovun ədəbi-estetik görüşləri və ədəbiyyatımıza xidməti müsbət qarşılanmalıdır. Amma bu xidmətin də öz adı var, onun bu sahə ilə bağlı fəaliyyətini həmin adla ifadə etmək daha obyektiv səslənər. Hər halda “ədəbiyyatşünaslıqda elmi məktəb yaratmaq” həddində deyil... ) Hər ikisinin şəxsiyyətinə dərin hörmətim var. Ə.Səfərli Bakı Dövlət Universitetində müəllimim olub. Amma doğrudan da ədəbiyyatşünaslıqdan və müəllifin də dediyi kimi “böyük ədəbiyyatşünaslıq uğrunda” mübarizədən söhbət gedirsə, hər iki müəllifin yaratdığı, ədəbiyyatşünaslıq elmində iz qoyan “elmi məktəb”in yeni-elmi nəzəriyyələrini və bu məktəbin yetirmələrini saya bilərikmi? Amma əsla və əsla dissertantlar, aspirantlar, son dövr istilahı ilə desək - doktorantlar siyahısı və saysız-hesabsız konfrans, məqalə, kitab adları gəlməsin ortaya. Konkret faktlara əsaslanan, ELMİ MƏKTƏB(!) konsepsiyasını səciyyələndirən “elmi məktəb” ağırlığında elmi nəzəriyyələr və həmin məktəbin ədəbiyyatımızın inkişafında intibahi çevriliş yaradan yetirmələrinin fəaliyyət fundamentallığı misal kimi çəkilsin... Mümkün olacaqmı? Bu gün ədəbiyyatşünaslığımızın ən problemli sahəsi məhz klassik irslə bağlıdır. Ədəbiyyat tarixi kitablarında, dərsliklərdə bu sahəyə aid qüsurlar hər nəşrdə təkrarlanır. Auditoriyalarda qədim və orta əsr ədəbiyyatımıza aid suallar, ziddiyyətli, araşdırılmamış məqamlarla bağlı mübahisələr istinad mənbəyi tapa bilmir. Heç kim heç kimin xətrinə dəymək istəmir. Qəzet, jurnal səhifələrində, hesabatlarda alqışlanan, təriflənən bu qüsurlu kitablar ədəbiyyatşünaslıq elmi adına rəflərə düzülür, dekorativ element kimi rəfləri “bəzəyir”, amma praktiki vəsaitə çevrilə bilmir.

Məqalənin “Ədəbiyyatşünaslıqelminəmüasirbaxış” başlıqlı bölümünü böyük ümidlə oxudum. Çünki “ədəbiyyatşünaslığa yeni baxış” zərurəti 25 ildir zərurət olaraq qalmaqdadır. “Bəllidirki, ədəbiyyathaqqındaolanvəonuöyrənənelməədəbiyatşünaslıqdeyilir.Ədəbiyyatşünaslıq–ədəbiyyatıvəədəbi prosesi öyrənənelmsahəsidir.Ədəbiyyatşünaslıq–ədəbiyyat vəədəbiproseshaqqındatam,bitkin,əsaslıvəəhatəlielmi təsəvvüryaradanelmdir.Ədəbiprosesanlayışınayarananyeniədəbiyyatlayanaşı,ədəbi-elmimühitdəbaşverənhadisələr - yaradıcılıqmüşavirələri,ədəbiyyatşünaslıqproseslərimüzakirələr,mübahisələr,iddialar,dialoqlarvəmonoloqlardaxildir.Ədəbiyyatşünaslıqelmiədəbiyyatıntarixini,inkişafyolunu,əsasistiqamətlərini,nəzəriyyəsini,sənətkarlıqxüsusiyyətlərinivəədəbiprosesiöyrənibümumiləşdirir”.

Müəllif bu bölmədə XX əsr Azərbaycan ədəbiyyatşünaslarının adını sadalayandan sonra dünya ədəbiyyatşünaslıq elminin əsaslarından söz açır. Bu “müasir baxış” kontekstində isə dünya ədəbiyyatşünaslığı elə hey Aristotel ilə başlayıb Belinski ilə bitməkdə davam edir:

“Dünyadaədəbiyyatşünaslıqelmininəsasını qədimyunanalimi Aristotelqoymuşdur.BöyükalimvəmütəfəkkirAristotel ümumiyyətlədünyaelmindəəfsanəvi şəxsiyyətdir. Aristotelin “Poetika”əsəriədəbiyyatşünaslıqelmininmöhtəşəm başlanğıcıdır. Fikrimizcə,Aristotelin“Poetika”sıhəmdədünyaədəbiyyatşünaslıqelmininmükəmməlproqramıdır.Sonralaruzunəsrlərboyu poetikaistiqamətindəbirçoxsanballıəsərlər meydanaçıxsada, Aristotelinədəbiyyatşünaslıqkonsepsiyasındançoxdauzağagetməkçətinolmuşdur.MəşhurfransızmütəfəkkiriOnoreDeporede-Bualonun“Poeziyasənəti”əsərimənsurşəkildəyazılmış ədəbiyyatşünaslıqəsəri olmaqlabərabər,həmdə ortaəsrlər ədəbiyyatındangətirilmişmisallarınzənginliyinəvəklassizim haqqındayenibaxışlaragörəfərqlənir.Bualoklassizminböyüknəzəriyyətçisidir.Ədəbiyyat haqqındaelmin inkişafındaVissarion Belinskininmüstəsnadərəcədəböyükroluvardır.VissarionBelinskinin“Ədəbiyyatınnövlərəvəşəkillərəbölünməsi”əsəridünya ədəbiyyatşünaslıqelmindəyenimərhələdir.Ədəbiyyatşünaslıqelmininözünəqədərkiçoxəsrlikelmiənənələrininzəminində meydanaçıxmışbuböyükədəbiyyatşünaslıqəsəriAvropaədəbiyyatının,dahaçoxisərusədəbiyyatınınzənginmateriallarının sintezindənyoğrulmuşyeninəzəribaxışlarsistemininifadəsidir.Fikrimizcə,VissarionBelinskininədəbiyyatşünaslıqtəlimində AristotelindərinelmidüşüncəsivəBualonunpoetikşəkildəifadəolunannəzəribaxışlarısintezhalındatəzahüredir.VissarionBelinskiədəbiyyatşünaslığınşairidir.VissarionBelinski–ədəbiyyatınmahiyyətinin,fəlsəfəsininelminiyaratmışdır”.

Ədəbiyyatşünaslıq elminə “vəznvəqafiyəelmi, təzkirəçilik ənənəsi” kimi klassik töhfəmizi xatırladan müəllif “mütəfəkkir düşüncəli ədəbiyyatşünaslığımızı” dönə-dönə təqdir edir:

“Azərbaycandadaprofessionalədəbiyyatşünaslıqelmi(?-İ.M) müəyyənfərqlə,irəliyə-geriyəhəminprosesi yaşamışdır. Qədimdövrlərinvəortaəsrlərinvəznvəqafiyəelmi,təzkirəçilikənənəsidənəzərəalınmaqlaAzərbaycan ədəbiyyatşünaslığı əsasənAristotel-Belinski məktəbiəsasında formalaşıbinkişaf etdirilmişdir.Heçşübhəsiz,Azərbaycanda ədəbiyyata genişbaxan,ədəbicərəyanlarıvəsənətkarlıqməsələləriniöyrənən mütəfəkkirdüşüncəliədəbiyyatşünaslıqda yaranmışdır. Azərbaycanədəbiyyatşünaslığıbuyollardankeçərəkmüstəqillik dövrünəqədəmqoymuşdur”.

Bəli, yenə və yenə Aristoteldən başlayıb “müstəqillik dövrünə qoyulan qədəm”də dövrə qapanır. Müstəqillik dövrünün fürsət, imkan və azadlığından yararlana bilmədi ədəbiyyatşünaslığımız. Həqiqətə söykənən, nəzəriyyə və praktikanı, akademik bilgilər, kəşflər, yeniliklərlə təhsil, tədris təcrübəsini əlaqələndirən yeni elmi düşüncə hasil olmadı 25 illik əlverişli müstəqillik şəraitində. Hələ də akademiya işçiləri ilə universitet müəllimlərinin bir araya gəlib ədəbiyyatşünaslıq dərslikləri hazırlamaq layihəsini reallaşdırmaq müşkülə çevrilməkdə davam edir. Dövlət bu istiqamətli elmi qurumların fəaliyyətinə, layihələrinə, saysız-hesabsız nəşrlərinə dəstək verdi, diqqət göstərdi, nəticəsi isə göz qabağındadır...

Müəllif daha sonra elə əvvəlki fikrinə qayıdaraq yazır: “Dünyaədəbiyyatşünaslıqelmininaşağıdakışöbələri,istiqamətləriqəbuledilmişdir:Ədəbiyyattarixi,ədəbiyyatnəzəriyyəsivə ədəbitənqid. Ədəbiyyattarixi haqqındaciddibirmübahisə yoxdur.Mətnşünaslığıədəbiyyattarixinəaidedənlərləədəbiyyat nəzəriyyəsinin tərkibhissəsi sayanlarınelmi-ictimai fikir meydanınaçıxmayan fərqlibaxışlarınarastgəlmək mümkündür.Bundan başqa, dünyadamətnşünaslığı ədəbiyyatşünaslıqelmininmüstəqilşöbəsihesab edənlərdəvardır. Fikrimizcə,tədricənbu istiqamətdahadainkişafedəcəkdir.Ədəbiyyatnəzəriyyəsininəhatədairəsinə dairelmifikirdədeməkolarki,mübahisəyox kimidir. Hamı (?-İ.M.)bufikirdədirki,ədəbiyyat nəzəriyyəsibədii yaradıcılıq proseslərini,ədəbiyyatıninkişafqanunauyğunluqlarını, sənətkarlıqxüsusiyyətlərini, ədəbi cərəyanlarıöyrənməklə məşğuldur.Arabirpoetikanınədəbiyyatşünaslığınayrılıqdaədəbiyyat nəzəriyyəsininmüstəqilşöbəsiolmasına dairkeçicifərziyələr (?-İ.M) meydanaçıxırvəötübkeçir (?-İ.M). BufikirdəolanazlıqAristotelin “Poetika”sınadaistinad etməyəçalışır. Halbuki“Poetika” əsərigenişmənada ümumiyyətlə ədəbiyyat, ədəbinövlərvəjanrlar haqqında baxışlar sistemindənibarətdir, ədəbiyyatşünaslığıbütöv haldaəhatəedən elmi əsərdir. Poetika ədəbiyyat nəzəriyyəsininnüvəsidir. Fikrimizcə,poetikanıədəbiyyatnəzəriyyəsindənayrılıqdatəsəvvüretməkheçcürdoğrusayılabilməz. Ədəbiyyatşünaslıqelminin şöbələri içərisində nisbətəndahaçoxmübahisə doğuranıədəbitənqiddir. Ciddielmi-nəzəri yanaşmalardan çıxışedənlər ədəbi tənqidiədəbiyyatşünaslığınüzvi tərkib hissəsi olaraqqəbuledirvə onaelmiistiqamətkimi baxırlar. Ədəbitənqidmüasirədəbiyyatşünaslıqelmininədəbiprosesiöyrənən,izləyibaraşdıran, ümumiləşdiribproqnozlarverən konkret (?-İ.M) birsahəsidir”.

Ədəbiyyatşünaslıq elminin klassik bölgüsünə (ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, ədəbi tənqid) akademikin 2 yeni şöbə (folklorşünaslıq və ədəbi əlaqələr) əlavə etmək niyyəti də təəccüblü göründü:

“Onagörədəədəbiyyatşünaslıqelmininşöbələrinin,istiqamətlərinintəsnifləndirilməsinədəyenidənbaxmaqlazım gəlir. Fikrimizcə, indikişəraitdəfolklorşünaslıqdaədəbiyyatşünaslıqelminin müstəqil sahəsinəçevrilmişdir. Hələki,folklorirsi, şifahixalqədəbiyyatı ədəbiyyatşünaslıq elminin ədəbiyyat tarixiistiqamətinin qaydalarıilətədqiqolunur. Yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatının oxşarcəhətləri iləyanaşı, fərqlixüsusiyyətlərinin də kifayətqədərolmasıbuirsə özünəməxsusşəkildəelmi yanaşmalarıtələbedir. Bundanbaşqa, ədəbiyyatşünaslıqelmininşöbələrininmüəyyənedildiyidövrdənkeçənyüzilliyəyaxın dövrdəşifahixalq ədəbiyyatınıntoplanılması vənəşrisahəsindəkiböyüknailiyyətlər, meydanaçıxancild-cildkitablar, kitabxanalar, folklorabidələrivə zənginfolklor irsinəhəsrolunmuş saysız-hesabsıztədqiqatlar məxsusibir bucaqdan elmitəhlil vədəyərləndirilməzərurətini meydana çıxarır.Bunagörədə,fikrimizcə,folklorşünaslıqədəbiyyatşünaslıqelmininayrıcabir istiqamətinə,şöbəsinəçevrilmişdir”.

Ədəbiyyatın şifahi və yazılı olaraq iki yerə bölünməsi onların tədqiq, araşdırma, nəzəri və dəyərləndirmə prinsiplərini nə səbəbdən ayırır, aydın deyil. Ədəbiyyat nəzəriyyəsi yazılı ədəbiyyatda olduğu kimi folklor nümunələrində də növ, janr, məcazlar sistemi, forma-məzmun və s. bu kimi sənətkarlıq məsələlərini öyrənmirmi? Yoxsa folklor nəzəriyyəçisi, tarixçisi ya da tənqidçisi başqa nəzəri qanunlarla işləyəcək? Onda “Nizamişünaslıq” və s. bu kimi sahələri də sabah kimsə təklif edəcək ki, ədəbiyyatşünaslıq şöbəsi edək.... Təbii ki söhbət elmi-tədqiqat mərkəzlərinin, institutlarının şöbələrindən getmir. Ədəbiyyatşünaslıq elminin sahəsi, bölməsi, xüsusi qanunları və prinsipləri olan sahələrindən gedir. Ədəbi əlaqələr də həmçinin... Ədəbiyyatın istənilən bir tədqiqat obyektini dünya ədəbiyyatı kontekstində öyrənmək və ya müqayisəli təhlillər aparmaq hələ o demək deyil ki, bu metod və təhlil prinsipi xüsusi elm adı alsın.

Daha sonra müəllif ədəbiyyatşünaslığın mərhələlərini bu şəkildə təsnif edir:

1.XXəsrinəvvəlləriAzərbaycanədəbiyyatşünaslığı
2.İkinciDünyamüharibəsidövrüAzərbaycanədəbiyyatşünaslığı

3. Azərbaycansovetədəbiyyatşünaslığı

4. MüstəqillikdövrüAzərbaycanədəbiyyatşünaslığı

Maraqlıdır, “Azərbaycan sovet ədəbiyyatşünaslığı” mərhələsi “İkinci Dünya müharibəsi dövrü Azərbaycan ədəbiyyatşünaslığı” mərhələsindən nə ilə ayrılır? İkinci Dünya Müharibəsi illərində Sovet hakimiyyəti dağılmışdı, ya hələ qurulmamışdı?

Həmin məqalənin davamında (525-ci qəzet, 02 iyun, 2014) oxuyuruq:

“BugünAzərbaycanədəbiyyatşünaslıqelmindəortanəsilönmövqedədir.Bunəslinəksərnümayəndələrimükəmməlustad dərslərikeçmiştəcrübəliədəbiyyatşünaslardır.Eynizamanda,hazırkıtarixidövrhəmürəkgenişliyibaxımından,həmdəyeni elminəslədiqqətvəqayğıcəhətdən,xüsusəndəmüdrikliksəviyyəsindəonlarındaüzərindəustadmərtəbəsinəçatmaqvə ustadlıqmissiyasınışərəfləvəməsuliyyətləyerinəyetirməkvəzifələriniqoyur.Fikrimcə,yeniədəbiyyatşünaslarnəslinin sıralarındaböyükədəbiyyatşünaslıqmiqyasındadüşünəbilən,sərrastyazmağıvədanışmağıbacaran,mütaliəsiiləseçilən istedadlıgənclikvardır...

Heçşübhəsiz,yeni ədəbiyyatşünaslar nəslininistedadlı nümayəndələrindən zəhmətəqatlaşmağa ömürsərfetməkdən mənəvi zövqalmağı bacaranlar böyükədəbiyyatşünaslığın yeniliderlərinəçevriləbiləcəklər”.

Bu gün ədəbiyyatşünaslıq elmi sahəsindəki problemlərin ədəbi-estetik düşüncədə və təhsil sahəsində çox ciddi fəsadlar törətməsi faktı danılmazdır. Klassik, müasir dövr ədəbiyyatımızın tarixi, nəzəri və tənqidi aspektdə araşdırılması və qiymətləndirilməsi məsələlərinə həsr edilmiş kitabların, monoqrafiya və məqalələrin böyük əksəriyyəti qüsurlar, təhriflər və qeyri-eimi, qeyri-obyektiv səciyyələndirmələrlə doludur. Orta və ali məktəb dərsliklərindəki ədəbiyyatşünaslıq məsələləri ilə bağlı mövzuların tədrisi prosesində saysız-hesabsız suallar yaranıb. Bəlkə “ədəbiyyatşünaslıq elminin sərkərdələri” və “ustad dərsi keçmiş təcrübəli ədəbiyyatşünaslar” bu barədə daha ciddi düşünməlidir? Ədəbiyyatımızın və millətimizin elmi-ədəbi təfəkkürünün tənəzzülə uğramaması naminə...

Oxşar xəbərlər

Xəbər lenti

Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar
20:00 23 Noyabr 2020
Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub
18:49 23 Noyabr 2020
V Buktreyler Festivalının qalibləri mükafatlandırıldı
18:12 23 Noyabr 2020
Cümhuriyyət qadınları haqqında kitab çap olundu
18:00 23 Noyabr 2020
Aqil Abbas: "Oğlum dedi, ata, səni heç vaxt xoşbəxt görmədim"
17:20 23 Noyabr 2020
Berlin Film Festivalından 2021- ci il qərarı
16:45 23 Noyabr 2020
Xalq şairi: “Ad günümü unutmuşdum, uşaqlarım yadıma saldı” – Müsahibə
16:02 23 Noyabr 2020
Bob Dilan yəhudi olduğunu niyə gizləyirdi? – Yeni sənədlər
15:21 23 Noyabr 2020
Polad Həşimova həsr olunan kitab anasına təqdim olundu - Fotolar
14:41 23 Noyabr 2020
Qatillərinə baş daşından gülən adam
14:00 23 Noyabr 2020
Azərbaycanlı feministlərin sülh anlayışı - Güneydən yazrılar...
13:32 23 Noyabr 2020
Yavaş-yavaş ötür yaşım - Salamdan yeni şeir
12:52 23 Noyabr 2020
Rejissor Şuşadan film çəkmək üçün müraciət etdi
12:20 23 Noyabr 2020
Teatrdan qovuldu, heç vaxt evlənmədi, ruhi dispanserdə yatdı: Səməndər Rzayevin üç gün öncə intihar edən aktyor oğlu
12:10 23 Noyabr 2020
Məşhur serialların ulduzu vəfat etdi
11:35 23 Noyabr 2020
Maşınla qovaladğımız erməni qız
11:03 23 Noyabr 2020
Hazır ol qayıdışa - Şəhriyar Şuşaya şeir həsr etdi
10:30 23 Noyabr 2020
Qazax şairin bütün poetik yaradıcılığı Azərbaycan dilində
09:51 23 Noyabr 2020
Natəvanın kötücəsi: “Qohumları var-dövlət üstündə onu çox incidirdilər” – Müsahibə
09:00 23 Noyabr 2020
Azərbaycanın Xalq artisti evində huşsuz vəziyyətdə tapıldı
21:43 22 Noyabr 2020