Kanye Vestin Şanxaydakı konserti narazılıqla qarşılandı

Kanye Vestin Şanxaydakı konserti narazılıqla qarşılandı
14 iyul 2025
# 10:26

Məşhur amerikalı repçi Kanye Vestin Şanxay stadionundakı qısa çıxışı çinli pərəstişkarlarını narazı salıb.

Kulis.az xəbər verir ki, biletləri cəmi bir neçə gün ərzində satılan tədbir yerli vaxtla saat 19:30-da başlamalı idi. Tamaşaçılar yağış altında reperi gözləyiblər. O isə səhnəyə işıqsız və heç bir bəzəksiz, 40 dəqiqədən çox gecikmə ilə çıxıb və dərhal oxumağa başlayıb.

Konsert zamanı yağış şiddətlənərək güclü leysan halını alıb. Bu səbəbdən reper səssizcə səhnəni tərk edib və pərəstişkarları ilə sağollaşmayıb. Konsertin son 20 dəqiqəsində isə tamaşaçılar sadəcə fon musiqisini dinləyiblər.

Tamaşaçılar "Pullarımızı qaytarın!" – deyə qışqırıblar.

# 1629 dəfə oxunub

Oxşar xəbərlər

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

18:44 24 noyabr 2026
Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

17:46 24 noyabr 2026
Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

17:14 24 noyabr 2026
"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

17:00 24 noyabr 2026
Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər