Prokuror Boris Akuninə 18 il qiyabi həbs cəzası istədi

Prokuror Boris Akuninə 18 il qiyabi həbs cəzası istədi
14 iyul 2025
# 15:45

Prokuror rusiyalı yazıçı Boris Akuninin qiyabi 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, terrorçuluğa haqq qazandırmaq və digər cinayətlərdə qiyabi ittiham olunan Akuninin işi üzrə məhkəmə keçilib. Dövlət ittihamçısı yazıçının 18 il qiyabi həbsini məhkəmədən xahiş edib.

Prokuror Akuninin 400 min rubl cərimələnməsini də istəyib.

Qeyd edək ki, Akunin Ukrayna ilə müharibənin əleyhinə çıxıb. Rusiya İstintaq Komitəsi yazıçının Rusiya Federasiyasının konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinin zəruriliyini bəyan etdiyini və Ukraynanın "terror fəaliyyətinə" haqq qazandırdığını açıqlayıb.

"Qriqori Çxartişvili 2024-cü ildə məhkəmə tərəfindən iki dəfə xarici agentin fəaliyyəti ilə bağlı proseduru pozmaqda təqsirli bilinib. Buna baxmayaraq, o, Rusiya qanunvericiliyinə məhəl qoymayaraq, xarici agentlərə qoyulan məhdudiyyətləri pozmaqda davam edib", - İstintaq Komitəsinin yaydığı məlumatda bildirilib. Akunin Rusiya Federasiyasında xarici agent kimi tanınıb, terrorçular və ekstremistlər siyahısına daxil edilib.

# 1567 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər