Savadlı adamlar niyə qorxuludur? - Yalçın İslamzadə

Savadlı adamlar niyə qorxuludur? - Yalçın İslamzadə
14 iyul 2025
# 13:00

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Elmi müəssisələrin birində işləyən alim rəhmətə gedib. Kollektivdə bəzi şəxslər tərəfindən o qədər də sevilmirdi. Gənc alimlər də onunla işləməyə həvəsli deyildilər. Səbəbini müəssisənin işçilərinin birindən soruşmuşdum. Demişdi ki, o müəllim çox tələbkardır, gənc alimlərə çox suallar verir, istəyir ki, mövzularını dərindən öyrənsinlər. Bu da bəzi elmi rəhbərlərin xoşuna gəlmir. Gənc kadrlar da onunla işləmirlər ki, kollektivin digər üzvləriylə problem yaşamasınlar.

Mentalitetin şərq bazarına çevirdiyi, guya əsas kriteriyanın obyektivlik olduğu müəssisədə vəziyyət.

Müdafiəyə hazırlaşan bir tanışa demişdilər ki, sənin elmi işinin səviyyəsi məni qətiyyən maraqlandırmır. Bilməmiş olmazsan, opponentin haqqı 100 dollardır.

İlk iş yerlərinin birində depoya enən liftin ciddi şəkildə nasaz olduğundan şübhələnib (mexaniki gərginliyə dair sənədli filmə baxandan sonra) müdirə demişdim ki, şirkətdən usta çağıraq, baxsın hər ehtimala qarşı. Demişdi ki, işə girdiyin bir həftə deyil, indidən nəhs gətirirsən.

Bir həftə sonra liftin trosu qopdu, yerə çırpıldı. Liftlə aşağı enən anbardarın iki ayağı da sındı. Maaşı verildi, müalicəsi qarşılandı, ancaq anbarda sağalana qədər aylarla yeriyə bilmədi.

Müdir haqqında isə xoş sözlər dedilər, maaşını verib müalicəsini ödədiyinə görə.

Kiçik bir tədbir bu qədər zərərin qarşısını ala bilərdi.

Dünən məhlədə bir anda gərginlik yarandı, səs-küy düşdü, həyət qapılarında insanlar toplaşıb həyəcan keçirdilər.

Üç-beş qadın da təlaşla ora-bura qaçdı. Balaca bir uşağın əli dəmir qapının arasında qalmışdı. Çığırtısı aləmi götürmüşdü. Polisə, təcili yardıma zəng ediblər, Fövqəladə Hallar nazirliyinə zəng etmək ağıllarına gəlməyib.

Yaxınlıqda ev tikintisində işləyən ustalar dəmiri kəsib, uşağın əlini çıxardılar.

Nəsə elə gəlir ki, obyektivliyin keşiyində durmalı olan qurumlar bazar prinsipi ilə işləyəndə sadə vətəndaşlar da konkret fiziki zərərlərlə üzləşirlər.

Yəni məsələ, məsum "çax-çux" məsələsi olmaqdan çıxır, cəmiyyətə zərər verir. Ancaq aradakı əlaqə qurulmur.

"Qismət" zənn edib, qurban deyirlər.

# 1942 dəfə oxunub

Oxşar xəbərlər

Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

15:00 17 iyul 2026
İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

13:50 17 iyul 2026
Oğuzhan Uğur saxlanıldı

Oğuzhan Uğur saxlanıldı

11:30 17 iyul 2026
İlyas Yalçıntaş həbs edildi

İlyas Yalçıntaş həbs edildi

10:32 17 iyul 2026
Xoş çaqqal Cabir - Yalçın İslamzadə

Xoş çaqqal Cabir - Yalçın İslamzadə

10:13 17 iyul 2026
Devid Bouinin heç yerdə yayımlanmayan mahnıları üzə çıxdı

Devid Bouinin heç yerdə yayımlanmayan mahnıları üzə çıxdı

17:30 16 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər