news-inner
clock12:22 calendar-gray 25 Avqust 2016 view-gray228 dəfə oxunub
view-gray228 dəfə oxunub

Onu nə akula yeyə bildi, nə də adamyeyənlər - Fikrət Qoca – 81

Bu gün Xalq şairi Fikrət Qocanın 81 yaşı tamam olur. Bu münasibətlə Kulis.az ABŞ-ın Miçiqan ştatında yaşayan Elman Eldaroğlunu məqaləsini təqdim edir.

Maraqlı həyat yaşayan insanların özləri də maraqlı olurlar.Belə həyat yaşamağın isə başqa bir ləzzəti var. Bəlkə də insan ömrünü uzadan da, elə həyatının maraqlı olmasıdır. Həyatı maraqlı keçən insanlardan biridə şair xalq şairi Fikrət Qocadır.

O, 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarxkəndində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorkiadına Ədəbiyyatİnstitutunubitirib. Əsərləri 1956-cı ildən mətbuatdaçapolunur. 1987-ci ildən "Qobustan" incəsənəttoplusununbaşredaktorudur. 1998-ci ildənAYB-ninkatibidir… Qəhrəmanlıq və fədakarlıqdan bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür"poemalarına görə1968-ci ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə, 1998-ci ildə "Humay" mükafatına layiq görülüb. 1995-ci ildə Azərbaycan Respublikasının “Şöhrət”, 2015-ci ildə isə “Şərəf” ordenləri ilə təltif olunub…

Kitablarında rəngarəng mövzular-vətən məhəbbəti,insan, zamanvə təbiət haqqında düşüncələriözəksini tapıb. Dünyanınbirçoxölkəsində yaradıcılıq səfərlərindəolmuş, həmin ölkələrdə gedən milliazadlıq hərəkatlarına şeirlər həsretmiş,o cümlədən, azadlıq mübarizi Ernesto ÇeGevara ("Ünvansız məktublar"),Qvineya-Bisaununazadlıq hərəkatı xadimi AmerkalKabral("AmerkalKabral"), Filippinin milli qəhrəmanıXoseRisal ("XoseRisal"), vyetnamlı gəncLiVi Tom("LiViTom") vəb. haqqındapoemalaryazmışdır.

1990-cı illərdə yazdığı "Oddankeçənlər", "İnsansəviyyəsi", "Adihəqiqətlər" vəs. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhsolunur.

Onunbirsıra nəsr əsərləri dəvar. "Ölümayrılıqdeyil", "Hələlik qiyamətədək" povestlərində 1990-cı ilin 20Yanvar hadisələri öz əksini tapmışdır.

MixailLermontov,TarasŞevçenko,EduardMejelaytis və başqa əcnəbi şairlərdən tərcümələrivar. Əsərləribirsıraxaricidillərə tərcüməolunub. Beş yüzdən çox şeirinəmusiqibəstələnib: "Anacan,dostumevlənir", "Könlüm", "Günay", "Gəleysəhər", "Çiçəktapabilmədim", "Gecəyamanuzundur", "Payız gəldi" vəs. Onunşeirlərinə yazılanmusiqiəsərləri tanınmış müğənnilərin repertuarını bəzəyir.

Bugünə qədərşairin iyirmiyə yaxın kitabı oxucuların ixtiyarınaverilmişdir…

…Bu gün onun 81 yaşı tamam olur. Ötən 81 ildə başına çox işlər gəlib, maraqlı hadisələrin iştirakçısı olub. Bütün bunlardan gənc nəsil bəlkə də xəbərsizdir.

Onlardan bir neçəsini nəzərinizə çatdırmaq istəyirik.

O da Kubaya, Karib dənizindəki adalardan birində olan Varadero kurort şəhərinə yaradıcılıq səfərinə yollanan SSRİ Yazıçılar İttifaqının məsul vəzifəli şəxslərinin arasında idi. Hava isti olduğundan qərara gəlirlər ki, Karib dənizində çimib sərinlənsinlər. “Novıy mir” jurnalının baş redaktoru, Sosialist Əməyi Qəhrəmanı Serqey Naravçatov və Altay vilayətindən, şair Erikmen Palkin də onunla birlikdə çimməyə gəlirlər. Fikrət Qoca Karib dənizinə tullanmağı ilə nəhəng bir akulanın ona tərəf gəldiyini görür və cəld üzərək sahilə çıxır. Üstündən bir az keçəndən sonra Fikrət Qoca yenidən dənizə girmək istəyəndə Naravçatov ona yalvararaq deyir: “Fikrət, Allah xatirinə girmə. Geri dönəndə mən söz tapıb izah edə bilməyəcəm. Axı mən necə deyəcəm ki, Fikrəti akula yedi?...”

Sakit okeanın cənub-qərbində yerləşən Qvineya dövlətində yaradıcılıq ezamiyyətində olan dəstəni adamyeyənlərin-vəhşi qəbilənin yaşadığı əraziyə ekskursiyaya aparırlar. O dövrün məşhur “KVN”çilərindən, Lunderin də olduğu həmin dəstənin tərkibində Fikrət Qoca da var idi. Dəstəyə yerli bir gənc bələdçilik edirmiş. Ölkə rəhbəri vəhşi qəbilələrə adam əti yeməyi qadağan etsə də, getməmişdən öncə hər ehtimala qarşı onlara möhkəm tapşırmışdılar ki, hava işıqlı ikən geri qayıtsınlar.

Dəstə vəhşi qəbiləyə yaxınlaşanda bələdçi sağ tərəfində qadınlar, sol tərəfində isə yarıçılpaq kişilər dayanmış qəbilə başçısıyla öz dilində nəsə danışıb, gələnləri qəbilə rəhbərinin yanında əyləşməyə dəvət edir. Qadınlardan biri ocağın üstündəki dəmir lövhədə nəsə qovurub qəbilə rəhbərinə verir, o da ovuc-ovuc ağzına atıb ləzzətlə təam edirdi. Qonaqlar ona yaxınlaşanda görürlər ki, başçının yediyi iri meşə qarışqalarıdır. Lunderin ağbəniz, dolu bədənli olduğunu əsas gətirən Fikrət Qoca ona, “Mən qorxmuram, arıq-çəlimsiz adamam, yəqin ki, könüllərinə adam əti düşsə səni tutub yeyəcəklər, deyərək zarafat edir. Lunderin qorxudan rəng verib-rəng aldığını görən şair bayaqdan qəbilə başçısıyla danışan bələdçini göstərib tərcüməçiyə dillənir: “Bələdçidən soruş gör, o, nə deyir?” Bələdçiylə danışan tərcüməçi üzünü dəstəyə tərəf tutub: “Başçı söyləyir ki, adam əti qadağan olunandan ağzımızın dadı da itib. Kaş dünən gələydiniz, yaxşı meymun ətimiz var idi...”

P.S. İyul ayından ABŞ-da, qızı Günay xanımgildə istirahət edən xalq şairi, doğum gününü vətəndə qeyd etmək üçün Azərbaycana yola düşdü. Fürsətdən istifadə edib xalq şairini səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, firavan həyat və yaradıcılıq uğurları arzulayırıq.

news-inner-user

16837 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türkiyədə yazı taxtasına yazdığım “Azərbaycan” sözü – Şərif Ağayar yazır...
11:40 29 Oktyabr 2020
Düşmənin başına daş salan Əbabil quşları: “Bayraktar”
11:01 29 Oktyabr 2020
Bu mahnı səslənəndə düşmən də atəşi saxlayırdı - Ən məşhur müharibə nəğmələri - Video
09:01 29 Oktyabr 2020
Anar Kərimov: "Dəyərli xalçalarımızı hərraclarda tapmışıq"
18:58 28 Oktyabr 2020
Əməkdar rəssam vəfat edib
18:23 28 Oktyabr 2020
Oljas Süleyemenov Minsk qrupunu tənqid etdi
17:45 28 Oktyabr 2020
Əfsanələr taleyimizi dəyişə bilərmi? - Təbrizdən polemik yazı
17:10 28 Oktyabr 2020
Arif Məlikov haqqında kitab çap olundu
16:25 28 Oktyabr 2020
Böyümür ölü uşaqlar - Günün şeiri
15:12 28 Oktyabr 2020
Teatrşünas alim maaşını orduya köçürdü
14:55 28 Oktyabr 2020
Xalq artisti: "Artıq real film qəhrəmanlarımız var"
14:30 28 Oktyabr 2020
Fransız tərcüməçi Azərbaycan romanından yazdı: “Ona hirslənirdim”
13:44 28 Oktyabr 2020
Uşaqlığımın yay ayları – Pərvanə Bəkirqızı Qarabağdan yazır...
13:01 28 Oktyabr 2020
Bakı kəndlərində nökərçilik etdi, bir qız onu acından ölməyə qoymadı, arvadının çarpayısına qızılgüllər səpdi – Mirzə İbrahimovdan 10 inanılmaz fakt
12:18 28 Oktyabr 2020
85 yaşlı erməninin söylədiyi böyük həqiqət
11:46 28 Oktyabr 2020
Gənc yazar işğaldan azad olunan kəndlərindən danışdı: “Yuxu kimidir!”
11:01 28 Oktyabr 2020
Tanınmış uşaq yazıçısı vəfat etdi
10:10 28 Oktyabr 2020
Fransada yaşayan vəkil: “Burda işsizlik daha böyük problemdir, nəinki erməni məsələsi” – Müsahibə
08:55 28 Oktyabr 2020
Əməkdar artist vəfat edib
19:21 27 Oktyabr 2020
Məşhur serialın qəhrəmanı vəfat etdi
18:50 27 Oktyabr 2020