Sevmədiyin qadınla bir damın altında... - GÜNÜN ŞEİRİ

Sevmədiyin qadınla bir damın altında... - <span style="color:red;">  GÜNÜN ŞEİRİ
5 iyul 2016
# 11:01

Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər... Kulis.az-ın “Günün şeiri” layihəsində bu şeirlər yada salınır. Bu ölməz şeirlərə yeni könüllər, yeni könül evləri, yeni sevgilər tapmaq üçün... Şeirləri çoxaltmaq üçün...

Fərid Hüseyn: “Sevmədiyin qadın”

Sevmədiyin qadınla bir damın altında yaşamaq,
nə onu aldatmaqdı, nə də özünü.
sevmədiyin qadınla bir damın altında yaşamaq,
sevgidə zibillik kimi eşələnməkdi,
yemirsən, amma nəsə axtarırsan orda.
Sevmədiyin qadınla bir damın altında yaşayırsansa,
deməli, taleyindən Həmzə Qıratı qaçırıb.
Sevmədiyin qadınla bir damın altında yaşayırsansa,
axşamlar evinin qapısı tabut ağzı kimi açırsan.
Və hələ taleyin tərs üzü kimi uşaqlar da varsa,
Deməli, içindəki bütün sevincləri yağmalayıblar.
Sevmədiyin qadınla yaşadığı evə gəlmir kişi,
Öyrəşdiyi dərdlərin tüstüsünə gəlir hər axşam.
Sevmədiyin qadınının açdığı süfrədə limonadlar da şərab kimidi.
Kişi öz bədbəxtliyindən sərxoş olur.
Sevmədiyin qadınla bir damın altında yaşamaq püşkünə düşübsə,
Evdə uşaqlar,
Həyətdə ağaclar.
Dibçəkdə güllər də
Gec böyüyər.
Bütün anlar zaman çevrilər.
Sevmədiyin qadınla bir damın altında yaşayırsansa.
Rus bazarlarındakı saxta çeçen dolları kimi olarsan
əldən-ələ, dildən-dilə düşə-düşə xərclənərsən.
Sevmədiyin qadınla bir damın altında yaşayırsansa,
Sənə yenidən doğulmaqdan özgə çarə görmürəm.

# 2280 dəfə oxunub

Oxşar xəbərlər

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..."  - Novruz bayramı ədəbiyyatda

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..." - Novruz bayramı ədəbiyyatda

12:00 21 mart 2026
"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

16:00 19 mart 2026
"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

15:00 18 mart 2026
"Mən səni sevirəm azadlıq qədər..."  - Südabə Ağabalayeva

"Mən səni sevirəm azadlıq qədər..." - Südabə Ağabalayeva

10:00 18 mart 2026
Vegetarian olmaq faciədirmi?

Vegetarian olmaq faciədirmi?

16:00 13 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər