news-inner
clock15:46 calendar-gray 21 İyun 2016 view-gray441 dəfə oxunub
view-gray441 dəfə oxunub

Masonlar haqqında on beş maraqlı fakt - ARAŞDIRMA

Masonluq, kökləri Orta Əsr Avropasına söykənən və qurulduğu tarixdən etibarən bütün dünyanı təsiri altına alan bir təşkilatdır. Bu qədər geniş şəkildə rast gəlinən və dünya səviyyəsində milyonlarla üzvü olan bir birliyin əlbəttə çox uzun zaman gizli qalması mümkün deyildi. Budur masonluq haqqında etibarlı qaynaq və araşdırmalardan əldə edilən 15 çox maraqlı məlumat:

1. Masonluğun meydana çıxmasına dair çox dəqiq bir tarix göstərilməsə də, bu birliyin Avropalı bənnalar tərəfindən yaradıldığı, 14-cü əsrə söykənən peşə birliklərindən təkamül edərək bugünkü vəziyyətə gəldiyi məlumdur.

Masonluq və onun dərəcələri adını 14-cü əsrin sonlarına əsaslanan dərnəklərdən almışdır. Masonluğun üç təməl dərəcəsi vardır: şagirdlik, tələbəlik və ustalıq. Masonların cəngavər mənşəyinə sahib olduğu haqqında yaranan fikir hələ müzakirə edilən bir başqa nəzəriyyədir.

2. Masonluq müəyyən bir dinə inanmağı vacib hesab etməz, ancaq inancsız insanın mason lojalarına daxil olması mümkün deyil.

Bəli, maraqlıdır, lakin bir ateist, ya da aqnostiksinizsə, mason lojasına daxil ola bilməzsiniz. Masonluqda ilk vaxtlar xristianlıq yüksək tutulsa da, sonrakı dövrlərdə digər din və inanclara da yer verilib.

3. Masonların təşkil etdiyi qəbul mərasimləri gizli saxlanılır, lakin bu gün bəzi lojaların köhnə simvollardan, göz bağlama ənənəsindən və soyunmaqdan hələ də istifadə etdiyi məlumdur.

Mason lojasına qoşulmaq üçün fərqli şərtlərlə bərabər, bir üzvün tövsiyəsi də lazımdır. İndiki zamanda insanlar internet vasitəsi ilə də olduqları şəhərdəki lojalara və yığıncaqlara qatıla bilər.

4. Masonluqda insanların məxsus olduğu dərəcələrə görə xüsusi salamlaşma qaydaları var.

Masonlar ortaq bir fəlsəfi infrastruktur və insanlıq prinsipi çərçivəsində birləşirlər. Sevgi, hörmət, dözümlülük, haqq bərabərliyi, ümumbəşəri qardaşlıq və elmi inkişafın zərurəti kimi anlayışlar masonluğun əsasını təşkil edir. Masonluğu bir təkamül prosesi olaraq görən üzvlər, cəmiyyət içində başqalarının anlamadığı, özlərinin təyin etdiyi, üzvlərin olduqları dərəcəyə görə dəyişən salamlaşma üsulu vardır.

5. Hamımızın bildiyimiz və cəmiyyətimizdə bir əxlaq nümunəsi sayılan "Özünə istəmədiyini başqasına etmə" deyimi masonlara aiddir.

Bu sözə masonluğun e.ə. 500-cü ildə yazıldığı təxmin edilən ilk əsərlərindən biri - "Böyük doktrina"da rast gəlinir.

6. Masonlar, orta əsrlərdən bu yana cəmiyyətin bir çox əhəmiyyətli sahəsində iştirak edir.

Mason olduğu dəqiq bilinən tarixi şəxsiyyətlər arasında Corc Vaşinqton, Sir Winston Churchill, Charles Darvin və Bethoven kimi əhəmiyyətli insanlar var.

7. Qadınların mason lojasına qatılmaları birinci dəfə yığıncaqlara gizlicə daxil olmaları sayəsində reallaşmışdır.

İlk dəfə 1712-ci ildə İrlandiyada masonlardan birinin qızı lojaya gizlicə daxil olmuş və fərq ediləndə üzvlüyə qəbul olunmuşdur.

8. Hitlerin masonları təhlükə kimi gördüyünə görə 200 minə yaxın üzvün ölüm düşərgələrində öldürüldüyü güman edilir.

Və öldürülən masonların sayı təxmin edilməklə yanaşı, ümumilikdə neçə adamın ölüm düşərgələrində saxlandığı bilinmir. Müharibədən sonra gözlənilənin əksinə Almaniyadakı masonların sayı durmadan artmışdır.

9. Mason lojasına üzv olmaq üçün ümumiyyətlə bu şərtlər vacibdir:

- Üzv olmağı azad iradə ilə istəmək.

- Kainatın bir yaradanı olduğuna inanmaq.

- 18 yaşından böyük olmaq (Bəzi hallarda masonların uşaqları daha erkən yaşlarda qəbul edilir).

- Əxlaqlı olmaq və yaxşı bir etibara sahib olmaq.

- Zehni və fiziki olaraq sağlam olmaq (Bu, köhnə zamanlarda daha çox rast gəlinən qaydalardır).

- Azad insan olmaq (Bu da köləliyin hökm sürdüyü köhnə dövrlərə aid bir qaydadır.)

- Bir və ya bir neçə masonun istinadına sahib olmaq.

10. Dollar üzərində olan piramida simvolunun masonlarla əlaqəsi yoxdur və bu bir sui-qəsd nəzəriyyəsindən ibarətdir.

Dollar banknotu üzərində olan piramida simvolunu, masonlar da daxil olmaqla bir çox insan masonluğa aid simvol hesab edir. Ancaq Kaliforniya Universitetindən Marqaret Jacob bu simvolun tarix boyunca bir çox fərqli qruplar tərəfindən istifadə edildiyini deyir. Masonların bu simvolun onlara aid olunduğunu iddia etməsinin səbəbi banknotun üzərindəki simvolun birliyə böyük nüfuz qazandırmasıdır.

11. Masonluq tək bir nöqtədən idarə edilən və müəyyən olunmuş qaydalara sahib bir təşkilat deyil.

Amerikadakı və Avropadakı mason lojaları bir-birlərindən kifayət qədər fərqlənməklə yanaşı, hər hansı iki loja arasında da fərqlər tapıla bilər. Məsələn, ABŞ-dakı lojalarda qadınlar masonluğa qətiyyən qəbul edilmədiyi halda, Avropada əksinədir. Buna görə masonluq haqqında verilən hər hansı məlumat hər zaman doğru olmaya bilər.

12. Masonlar, Aya edilən ilk səfərdə əsas rol oynamışdır.

Apollo proqramındakı kosmonavtlardan biri olan Buzz Aldrin bir masondur və bu səfərini Texasdakı lojasının yardımı ilə reallaşdırıb. Hətta Aldrinin masonlara aid bir bayrağı da Aya apardığına dair söz-söhbətlər gəzir.

13. Masonların məqsədlərindən biri də əksər ölkələrin siyasətinə və iqtisadiyyatına nəzarət etməkdir.

Masonlar tərəfindən idarə edilən dünya səviyyəli bank, universitet və xəstəxana vardır.

14. Masonluq mövzusu bir çox məşhur mədəni yaradıcılıq sahəsində də işlənib.

Masonlar haqqında çəkilən çoxlu məşhur filmlər çəkilmiş və masonik elementləri ehtiva edən kitablar yazılmışdır. Məsələn, “Döyüş və barış”, “Da Vinçi Şifrəsi” və s.

15. Masonluq İllüminat kimi gizli cəmiyyət deyildir və bu gizli təşkilatla oxşarlığı olsa da əlaqələri yoxdur.

Bu gün dünyada təxminən 6 milyon mason olduğu güman edilir. Birləşmiş Krallıqda masonların sayı 480 min, ABŞ-da 2 milyondur. Bir mason, mason olduğunu gizləmək məcburiyyətində deyil. Qoruması lazım olan yeganə şey birliyin sirləridir.

onedio.com

Oxşar xəbərlər

Xəbər lenti

“Oyaq gözəl” tamaşası onlayn göstəriləcək
19:17 21 Oktyabr 2020
Azərbaycanda yeni müsabiqə elan olundu - Şərtlər
18:36 21 Oktyabr 2020
Atamın Zəngilandakı məzarını tapa biləcəyəmmi? - Gülşən yazır...
18:15 21 Oktyabr 2020
Tamaşaçılar şarın içinə girdi - Qeyri-adi konsert
17:57 21 Oktyabr 2020
O gün uzaqda deyil - Gənc yazarın əsgərə məktubu
17:12 21 Oktyabr 2020
Torpağın dadı - Aydın Talıbzadə yazır...
16:30 21 Oktyabr 2020
Ən çox qorxu yaradan film müəyyənləşib
15:47 21 Oktyabr 2020
Həbsə atdılar, başını dibdən qırxdılar, dəlixanaya salıb Müşfiqi unutdurdular – Dilbərin məşəqqətli həyatı
15:05 21 Oktyabr 2020
Fransız səyyahın İrəvan təəssüratları yayımlanacaq
14:02 21 Oktyabr 2020
Qarabağa görə başına yaylıq bağlayan şair
13:23 21 Oktyabr 2020
Özbək şair qarabağlı qızdan poema yazdı
12:41 21 Oktyabr 2020
“Üç dəqiqə nəfəs ala bilmədim” – Zəngilanlı yazarlar qələbə sevincini bölüşür
12:00 21 Oktyabr 2020
Koronavirusa tutulan yazıçı: “Bu mövzuda on hekayə, bir roman yazmışam”
11:14 21 Oktyabr 2020
Ləpə satan qadını ağladan bayraq
10:42 21 Oktyabr 2020
Polşalı aktyor vəfat etdi
10:15 21 Oktyabr 2020
Füzulidən olan 82 yaşlı şair: “Evim dağılıbsa, kolun dibində yaşayaram” – Müsahibə
09:00 21 Oktyabr 2020
Kinematoqrafçılar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:44 20 Oktyabr 2020
Mahnı bitənəcən qayıdacam - Cavanşir Yusifli yazır...
18:02 20 Oktyabr 2020
Gecə yarısı bir qız məktub yazır səngərə... - Cəbhədə olan zabitdən şeirlər
17:21 20 Oktyabr 2020
Zəngilanlı aktyor: "İlk dəfədir var olduğumu hiss edirəm"
16:33 20 Oktyabr 2020