writer1

Sevda Sultanova

Məqalə sayı

795
clock13:44 calendar-gray 16 İyun 2016 view-gray201 dəfə oxunub
view-gray201 dəfə oxunub

Pedofil olan məşhur azərbaycanlı aktyordan niyə yazmadım?

Bir neçə ay əvvəl Gürcüstanda siyasətçilərdən birinin intim həyatını əks elətdirən video yayılmışdı. Videoda əks olunanlar həqiqət idi.

Amma ictimai funksionallığı olmayan lazımsız həqiqət.

Həqiqətin də faydasızı olur. Və biz lazımsız həqiqətləri bol-bol istehlak edilən dünyada yaşayırıq. Saytlarda, mətbuatda hər gün nə sosial, nə ictimai əhəmiyyəti, nə mənəvi tərəfi olan, amma həqiqəti əks elətdirən onlarla məlumatlar yayımlanır. Məsələn, hansısa müğənni imicini dəyişib, müəllimə şagirdi ilə evlənib və s.

Yaxud telekanallar bəh-bəhlə hansısa rayonda beş ayaqlı doğulan buzovdan və ya Braziliyada qar yağmasından xəbər hazırlayır.

Və ya ictimai statusu olan adam sosial şəbəkədə yazır: “Hava yağışlıdır bu gün”, “Bayaq küftə yedim, ləzzətli idi”. İnsanlar çox həvəslə həmin statusu bəyənir, şərh yazırlar. Lazımsız həqiqətlərin ildırım sürətilə layk edilməsinə vacib həqiqətləri deyə bilməyən, əvəzində gərəksiz həqiqətlərlə özlərini doyuran insanların virtual kütləvi orqazmı kimi baxıram. Bu “fenomen” əlbəttə ki, sosial araşdırma predmetidir.

Yaxınlarda mənə milli kinomuzda kult sayılan bir filmin baş qəhrəmanının gerçək həyatda pedofilliyə meylli olması ilə bağlı əhvalat danışdılar. Həmin aktyorun yaratdığı obraz bizim üçün az qala müqəddəslik səviyyəsindədir.

Əhvalatı dostlara danışanda, “onun adını çəkməklə bəlkə yazasan” dedilər.

Əlbəttə, bu həyat həqiqətini yazmaq şok effekti yaradardı. Fəqət əhvalatı sadəcə, pedofil motivi olduğuna görə yazmaq hansı vacib həqiqətə xidmət edə bilərdi?

Məsələnin etik tərəfi bir yana, o, yalnız konkret konteksti olduğu halda əhəmiyyət kəsb edəcək.

Deyilənə görə, zavallı aktyor pedofilliyə meylliyindən əziyyət çəkib, depressiyaya düşüb. Məsələn, həmin aktyorun yaşantılarını daha dolğun çatdırmaq, bir insan dramını anlatmaq üçün deyilən fakt, onun traktovkası əhəmiyyətli ola bilər, təbii.

Bu günlərdə Aydın Talıbzadənin Mehdi Məmmədov haqda yazdığı “Mehdi müəmması və ya sənətdə konseptual hamletizm” monoqrafiyasını oxuyuram. M. Məmmədovun şəxsiyyətinin fonunda milli teatrımızın estetik tərəflərini, yaradıcı problemlərini analiz edən son dərəcə vacib, sanballı kitabdır və bitirəndən sonra onun haqda ayrıca yazmağı düşünürəm.

Kitabda M.Məmmədovun yaradıcılığı ilə bərabər onun şəxsi həyatından müəyyən təfərrüatlar da yer alıb. Müəllif qəhrəmanının həyatının özəl detallarına elə-belə, havadan yer vermir, korrekt, etik çərçivədə onun bilinməyən tərəflərini açmaq üçün istifadə edir.

Məlumdur ki, M.Məmmədovun bir neçə evliliyi, sevgi romanları olub. Sevdiyi qadınlardan birinin dünyaya gətirdiyi uşaqdan o, rəsmən imtina edir. Hətta onu teatra dəvət edib qınayırlar.

Bu həqiqət müəllifin yerləşdirdiyi müstəvidən kənarda əhəmiyyətsiz, qeyri-funksional olardı, məişət səviyyəsində qalardı.

Zira, A.Talıbzadənin yazdığı fakt boşluqda qalmır, epotaj xətrinə deyilmir.

Müəllif faktı M.Məmmədovun həmin illərdə düşdüyü uğursuzluq zolağının bir həlqəsi kimi verir, çətin vəziyyətə reaksiyasını və reaksiyası ilə onun necə bir xarakterə malik olduğunu açıqlayır.

Yəni mətndə həmin həqiqətdən çox, Mehdinin şəxsiyyətinə fokuslanırsan...

Elə texnologiya dövründə yaşayırıq ki, gərəksiz həqiqətlər hər yerdə hücuma keçir, vaxtımızı alır, beyni hər cür zir-zibillə doldurur və biz yenə də onu acgözlüklə istehlak edirik.

Mən problemdən qaçmaq üçün gərəksiz həqiqətlərin “tullantı” olduğunu beynimə yerləşdirmişəm. Yuxarıda qeyd elədiyim analoji başlıqlı xəbərləri açmıram, dinləmirəm. Əvəzində faydalı işlə məşğul oluram, məsələn, kəsmikli piroq bişirirəm.

M.Haneke necə deyirdi: “Televiziyanın bizə təqdim etdiyi dünya, yalnız depressiya, zorakılıq və dəhşətlə doludur. Kim düşünürsə ki, o bununla da informasiya alır, yanılır. Əvvəllər kiçik vadisi olan kəndli özü haqda deyirdi: mənim kiçik dünyam bu təpədən ibarətdir. Mən buranı yaxşı tanıyıram və qalan şeylər məni maraqlandırmır. İndi isə kəndli evində oturub və düşünür ki, o dünyanı yaxşı bilir, çünki onun miskin qutusu-televizoru var. Amma o dünya haqda məhz az şey bilir”.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Bob Dilan 8 il sonra sükutu pozdu
18:07 28 Mart 2020
Pandemiya günlərinin Təpəgözü
17:33 28 Mart 2020
Gənc şair karantindən şeir yazdı: Mənə kölgəni göndər
16:41 28 Mart 2020
Özünə gizli toy eləyən, içkiyə qurşanıb ailəsini atan, yataqdan videosu yayılan reper – Maraqlı faktlar
15:40 28 Mart 2020
Tanınmış müğənnidən cəsarətli addım: "Bir-birimizə dəstək olaq"
14:50 28 Mart 2020
Şahbaz Xuduoğlu: "Kitab sifariş edən daha çox yaşlılardır"
13:17 28 Mart 2020
Seymur Baycandan yeni yazı - Bu əcinnə gərək mənim qarşıma çıxaydı?
12:23 28 Mart 2020
Nazirlik televiziya kanallarına filmlərlə bağlı müraciət etdi
11:28 28 Mart 2020
Respublika Uşaq Kitabxanasından balacalara tövhə
10:14 28 Mart 2020
Masonların sirrini açan bəstəkarı əslində kim öldürüb? - "Sehrli fleyta"nın sirri
09:00 28 Mart 2020
Azərbaycanlı jurnalist vəfat etdi
21:58 27 Mart 2020
Xalq artisti torpağa tapşrıldı - Belə dəfn görmədiniz - Fotolar
16:49 27 Mart 2020
Qan qoxulu Kolizey - Şəhla Nihandan yeni hekayə
16:41 27 Mart 2020
"Evdə qal" aksiyası Bakıda bədii kitabların satışını artırıb
15:39 27 Mart 2020
Onun çılğın yanğısı, həzin iniltisi... - Dilruba
14:30 27 Mart 2020
Atasına görə adı dəyişdirildi, sevdiyi oğlan Səməd Vurğunun qızıyla nişanlandı, 40 yaşda ailə qurdu – Müğənnimizin film kimi həyatı
13:33 27 Mart 2020
Azərbaycanın Xalq artisti vəfat edib
12:44 27 Mart 2020
Böyük dilçimizin yanıldığı məqam
11:40 27 Mart 2020
Vudi Allenin kitabı çıxdı
10:20 27 Mart 2020
Avtobusda məni şərləyən gəlin - Bircənin romanı
09:02 27 Mart 2020