news-inner
clock17:39 calendar-gray 02 May 2016 view-gray237 dəfə oxunub
view-gray237 dəfə oxunub

Yazıçılardan sığal gözləyən tənqid – İradə Musayeva yazır

Kulis.az İradə Musayevanın “Yazıçılardan sığal gözləyən tənqid və “şünas”ların ədəbiyyat hesabatı…” essesini təqdim edir.

Ədəbi tənqid, “söz haqqında söz” səlahiyyətini, ədəbi tribun mövqeyini, ictimai düşüncədə bədii-estetik zövq formalaşdırmaq imtiyazını itirmək üzrədir… Günümüzün ədəbi tənqidi ədəbi prosesin inkişafını nəinki istiqamətləndirmək, sadəcə izləmək və bu gedişat haqqında operativ, oxucunu və ictimai rəyi qabaqlayan sözünü demək iqtidarını da əldən verməkdədir…

Eləcə müşahidəçilik, hay-küy və sensasion təqdimatlarla şəkillənən kitablar haqqında söz demək, məqalə yazmaq, çıxışlar etmək… Son illərin ədəbi–şou reklamları oxucular kimi tənqidçiləri də qabağında aparır, istədiyi, arzuladığı sözü onlara dedizdirməyi bacarır. Tənqidçilərin bir çoxu artıq özünün yox, “hay-küyün sözü”nü təkrarlayır, təbii ki illərlə əzbərlədiyi və həqiqi mənasını-məğzini çoxdan unutduğu ədəbiyyatşünaslıq terminlərinin vasitəsi ilə…

“Şünas”lar ədəbiyyat hesabatları verir, statistik hesabatlar… Quru, yalan, on illərin hesabat qovluqlarında səhifədən-səhifəyə, çıxışdan-çıxışa keçən, “üzünün suyu tökülmüş”, məna çalarını itirmiş standart ifadələrin təkrarlarını yenidən təkrarlayaraq məruzələr edir. Kənd təsərrüfatına həsr olunmuş “beşillik plan”ların yekun hesabatlarına bənzər rəqəmli, kəmiyyət və keyfiyyət müqayisəli hesabatlar eşidirik. Adlar çəkilir, məruzəçilər çıxışlarını hazırlayanda çalışır ki, kənarda “ad” qalmasın, sonra inciklik, etiraz-filan olar… Hamısını “nə şiş yansın, nə kabab” prinsipi ilə süpürgələyib salır məruzəsinə… Arada da “xırda qüsurlardan da xali deyil” cəsarəti ilə öz “şünas” obrazını qabardır guya… Bu darıxdırıcı iclaslarda zənn etmək olar ki, ədəbiyyatın problemlərindən danışırlar, ədəbiyyatın problemini hansısa “yekun” iclasla yekunlaşdırırlar sonda…

Ədəbiyyatın problemi olmur, cəmiyyətin və ictimai-sosial-siyasi durumun problem olur. Bütün bunları əks etdirə bilməyən müəllifin problemi ola bilər ki, onun da adı gərək “şünas”ların ədəbiyyat haqqındakı məruzələrinə düşməsin. Sən əgər ədəbiyyat, həqiqi ədəbiyyat söhbətinə girişmisənsə o “problemli ədəbiyyat” dediyin ünsürün bu mövqedə nə işi var? Məsələn, hansısa ədəbiyyat sahəsi ilə məşğul olan şöbənin (tutaq ki, AMEA-nın Klassik ədəbiyyat, Nizamişünaslıq və ya Ədəbiyyat nəzəriyyəsi şöbəsinin) iş prinsiplərində problem ola bilər. Bu o demək deyil ki, günahkar obyektdir. Ədəbiyyatda qüsur subyektlərdə olur. Məsələn, xəsislik mövzusu ədəbiyyatdır, kimsə onu yaxşı bədiiləşdirə bilməyibsə günah o mövzunun, o ədəbiyyatın yox, müəllifindir. Yarıtmaz müəllif isə ədəbiyyat olmur, ədəbiyyata aid olmur və deməli, onun problemi də ədəbiyyatın problem kimi çözülməməlidir. Və ya, Nizamidə, Nəsimidə günah, problem yoxdur, problem onlardan yaza bilməyən “mütəxəssis”lərdədir. Bu isə ədəbiyyatın və ədəbiyyatşünaslığın yox, kadrlar şöbəsinin, İnstitut, şöbə müdirinin, nə bilim hansısa təyinedici şəxsin qüsuru, problemidir…

Bu hesabatlarda “ədəbiyyat cəfakeşi”, “ədəbiyyat təəssübkeşi” və s. bu kimi “keş”lərlə təyinlənmiş akademik adlarından başlanan siyahı, hansısa şöbənin ilk qələm təcrübəsini yenicə nəşr etdirən laborant qızında bitir (Təsadüfi deyil ki, məruzələr də həmişə böyük-kiçik yeri bilən “mərifətli” bir insana tapşırılır). Çoxlu adlar çəkilir, kitab, məqalə, monoqrafiya, konfrans, seminar, dəyirmi masa, simpozium… Ədəbiyyatı müəssisə-müəssisə, qəzet-qəzet, şöbə-şöbə, cəmiyyət-cəmiyyət, sayt-sayt bölürlər. Sonra da dövr-dövr… Siyahılardakı rəqəmlərdən, adlardan qulaq yorulur, göz böyüyür, amma gözümüz qarşısındakı (iclas zalının çölündə qoyub gəldiyimiz) ədəbiyyat böyümür ki, böyümür… Əl çalırıq, əlimizi çırpıb çıxırıq bayıra, tribunada göylərə, Amerika ədəbiyyatının yanına qaldırdığımız boynubükük ədəbiyyatımızın yanından keçib gedirik Con Steynbekin, Svetlana Aleksieviçin kitabını oxumağa…

Qəflətən qızışıb bir qələmdə bu dediklərinin, dünənki “günümüzün gözəl ədəbiyyatı” haqqındakı çıxışının üstündən xətt çəkib “bizdə həqiqi ədəbiyyat yoxdur” anlamına gələn iri bir məqalə yazırlar, səhərisi gün isə həmin o “yoxluq” içərisindən “böyük” (əslində ədəbiyyata dəxli olmayan) bir “Varlıq” çıxardıb digər bir iri məqaləni də ona həsr edirlər… Gözümüzdən keçib daha, (o etimadını itirib), gözlüyümüzün şüşəsinə inanmırıq…Bu nədir, İlahi… Srağagün demişdi ki, bizim böyük ədəbiyyatımız var, hər gün gözəl əsərlər yaranır, dünən həmin adam yazdı ki, oxumağa bir kitab tapmırıq, ədəbiyyatımız inkişafdan dayanıb. Bu gün isə “ədəbi” olmayan bir kitabın vəsfinə bütün ədəbiyyatşünaslıq terminlərini qul edib, sərib onun ayaqları altına…

Sosial statuslar, iş yerini itirmək qorxusu, “irəli” çəkilmək həvəsi, nə bilim, nələr, nələr imkan vermir ki, düz söz gəlsin dilimizə, vicdanlı bir ideya gəlsin ağlımıza… Hamı ədəbi materiallarda yalnız öz adını axtarır. Ad sevdası tükətdi bizi… Adımızı titullu, əfəndi yazarlardan, onların dilindən eşitmək, nə şərəf… Ədəbi tənqid sığal istəyir, dayaq ola biləcək qüvvətli bir əl istəyir… Tükənəndə belə olur həmişə…

Ədəbi tənqid də ədəbiyyatşünaslığımızın digər sahələri kimi elmi yaradıcılıq sahəsi olduğunu unutmaqdadır. Dost sözü, tost tərifi, “filankəsin filan əsəri üzrə gəzişmələr(!)” –tipli yazılar dərc etdirir. “Gəzişə-gəzişə” gedib çıxır son hədəfi olan həmin o “aliməqam” yazıçısının hüzuruna… yazıçı Roma papası kimi əlini onun başına çəkir, üzünə gülümsəyir… Bir müddət sonra “Saqqızı oğurlanmış” tənqidçi daha yaza bilmir, söz qəhətə çəkilib. Düz söz ondan qaçıb, yalan söz isə ayaq tutub getmişdi “Roma papası”nın yanına, ordan qayıtmır ki, qayıtmır…

Halbuki, cəmiyyətin və ədəbiyyatın ədəbi tənqiddən də qaynaqlana biləcək ideyalara çox ehtiyacı var. Cəmiyyətin sosial-ictimai və estetik sifarişini yazıçılar tək qəbul etmir dünya ədəbiyyatı təcrübəsində. Tənqidçi də o prosesin sözükeçən tərəflərindən biri olur. O.Balzak deyirdi ki, mən fransız cəmiyyətinin katibiyəm. Tənqidçilər isə onun əsərlərini “sosial-psixoloji oçerklər” adlandırırdı, yəni o tendensiyalar əsasında təhlil edirdi. Yazıçı və tənqidçi obyektində hədəf cəmiyyət problemi, cəmiyyət həyatı olur. Bizim ədəbi axtarışlarımız isə adlarımızla başlayır, mənafelərimizlə bitir.

“Nəhayət, bizdə də ədəbiyyat yenidən stixiyasına döndü; gerçəklərlə, cəmiyyətlə, sənətlə qabaq-qənşər durdu… Qoşqusuz-yedəksiz, haşiyəsiz-boyaqsız, leyk və əmmasız, - sərt sənət həqiqətləri ilə gözbəgöz olub, milli varlığına çökəsi oldu”. (T.Əlişanoğlu) Tehran Əlişanoğlu ədəbi tənqidin müstəqillik qələbəsindəki qazancını belə zəruri şərtləri ilə görür, təsvir edir.

Doğrudan da ədəbi tənqid kimi “ziddiyyətli” bir sahə sovet ideologiyası boyunduruğundan xilas oldu. Amma, bu sadəcə bizə verilən imkanlar idi. Tənqidçinin də dediyi kimi “ gerçəklərlə, cəmiyyətlə, sənətlə qabaq-qənşər durmaq” azadlığı əldə olunmuşdu. Arada siyasi, ideoloji maneələr yox idi, senzura qılıncı da götürülmüşdü. Amma addım ata bilmədik… Görünür, zəncirin ağrısı əllərimizi və ayaqlarımızı keyləşdirmişdi, cingiltisi də qulağımızı bağlamışdı…

A.Tarkovski deyirdi ki, azad deyilsənsə bu sənin öz günahındır...

Həqiqətən də bütün hallarda (həbsdə, əsirlikdə, sovet rejimində, müstəqillik dönəmində...) insanın mənən, əqidə, şüur etibarilə azad olub-olmamasının ixtiyarı onun öz əlində olur. Hər şeyi əlimizdən alsalar da, Allah şüur, iradə və əqidənin, məsləkin sahibliyini özümüzə tapşırıb. Öldürə bilərlər bizi, amma həmin dəyərləri ruhumuzdan çıxara bilməzlər... Ədəbiyyat isə ruh məsələsidir, ruhumuza xəyanət etməyək...

Oxşar xəbərlər

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020