writer1

Əsəd Qaraqaplan

Məqalə sayı

8
clock15:38 calendar-gray 19 Aprel 2016 view-gray47 dəfə oxunub
view-gray47 dəfə oxunub

Yaradıcı adamlardan nə istəyirsiz?

Tənqidçilər həmişə istedadlı bildikləri yazarları onlar haqqında xoş sözlər deməklə susdurmağa çalışırlar.

Axı bilirlər ki, yazarın ürəyi yuxadı, həssas və vicdanı ağrıyan biridi, üzünə qayıtmayacaq...

Və bu gün ədəbi mühitdə istedadları öldürməyin ən gözəl yolu onu təriflərlə hoydu-hoyduya götürmək, arxayın salıb daha heç nə yazmamağa sövq etməkdir.

Bizim “sarsaq” istedadlar da buna dünəndən ac olduqlarından qarınlarını elə bu istedadsız adamların tərifləriylə doldurur, bütün günü avara-avara gəzir, özlərindən divanə obrazı yaratmağa çalışırlar.

Çünki bizim istedadlar həm də görməmiş təfəkkürlü, ac-yalavac düşüncəlidirlər axı...

Onun ruhunu yox, qarnını doyurmaq lazımdı. Çünki onun hər şeydən öncə qarnı acdı. Bunu da ən yaxşı bilən kimlərdi? Təbii ki, əlahəzrət tənqidçilər və istedadsızlıqdan əziyyət çəkən ədəbiyyat süləntiləri...

O saat işə başlayırlar. Harda bir işıq görsələr, qan görən milçək kimi, qonurlar üstünə və onu sümürüb yox etməyə başlayırlar...

Hələ bu harasıdır?! Bu mənada daha ağır bir məsələ var.

Elə qəribə və absurd cəmiyyətdə yaşayırıq ki, heç kəs nə öz işiylə məşğul olmaq, nə də günah etdiyi halda özünü günahkar hesab eləmək istəyir.

Bir də görürsən ki, hər şeyi atırlar yazarın boynuna.

Onun ayağını bir az cızıqdan çıxartmasını gözləyirlər ki, başlasınlar döşəməyə və min cür pislik eləməyə.

Sanki bu ölkədəki bütün pislikləri, cinayətləri şairlər edirmiş kimi.

Sanki hər gün xəbərlərdə oxuduğumuz qızını zorlayan ata, qaynıyla gəzən gəlin, bacısını satan, zorlayan qardaş, ərinin başını kəsən qadın, arvadını baltalayanlar kişilərin, sevgilisinə xəyanət edən sevglilərin, oğurluqla məşğul olan dələduzların hamısı şairlər, yazıçılardı.

Sanki bütün namussuzluqların tək səbəbkarı yazarlardı bu ölkədə, qalan hamı təmiz, aydan arı, sudan durudu.

Sanki hamı arxada ancaq yaxşılıq etməklə, içində ancaq yaxşı niyyətlə yaşayır da, yalnız yaradıcı insanlardı içi pisliklə dolub-daşan və əxlaqsız həyat sürən...

Deyirsiz ki, içirlər, çəkirlər, nə bilim, neyləyirlər. Yaxşı eləyirlər, abi. Sizin pulunuzlamı edirlər?! Gəlib sizdən can, ya da mal dilənçiliyi eləyirlər?! Can onlarındı, özləri bilərlər, sizə nə?!

Bir dəfə də özünüzə, öz elədiyin pisliklərə və eləmədiyiniz yaxşılıqlara, ya da heç bir işə yaramazlıqlarınıza baxın da...

Heç biriniz ürəkdən səsinizi çıxara, haqqınızı tələb edə bilmirsiz, ama gözləyirsiz ki, bunu sizin yerinizə yaradıcı insanlar eləsin, siz də öz qorxaqlığınıza sarılıb hazırına nazir olasız.

Hər şeyi özünüz etdiyiniz halda durub başqalarında günah axtarırsız. Çünki günahlarınızı sakitləşdirməyin ən gözəl yolu başqasında günah axtarmaq və başqalarının günahlarıyla təsəlli tapmaqdı...

Hələ də bu ölkədə Sovetlərdən qalma "yaradıcı insan ziyalıdır" düşüncəsinin doğru olduğuna inanmaqdadırlar. Ancaq bilmirlər ki, gerçəkdə yaradıcı insan heç vaxt ziyalı ola bilməz.

Birinci, ona görə ki, yaradıcı insan həmişə həyata, cəmiyyətə və bütün bu çürük dəyərlərə qarşı olan adamdı. O, necə ziyalı olub bütün bunları müdafiə edib, onun təəssübkeşi ola bilər ki?! Ağlınıza necə sığır bu?!

İkinci, yaradıcı insanın bütün bu dəyərlər haqqında düşünməyə, ümumiyyətlə, vaxtı olmur axı. Onun beynini hamı kimi bəsit və məişət məsələləri doldurub-daşdırmayıb da. O, yaradılışla əlləşərkən (bu üzdən yaradıcı insandı) ondan necə adi şeylərlə uğraşmağı və bu işlərlə beyin yormağı gözləyirsiz?!

Yaradıcılıq bütün sərhədlərin qırılıb-dağıldığı, insan azadlığının son həddinin üzə çıxdığı, ruhunun bütün yer və məişət məsələlərinin fövqünə qalxdığı, kainatın mizanının qorunduğu yerdi. Ordan öz çıxarlarınız üçün istifadəyə qalxmağınız ən yaxşı halda o yaradıcılığın qara siyahısına düşmək və onun mənfi qəhrəmanına çevrilmək olur. Sonra da özünüzü orda görəndə üzdə gülər, içinizdə acı-acı ağlalarsız və deyərsiz ki, “ordakı mən deyiləm”.

Əlbəttə, sən deyilsən. Cem Yılmaz demiş, siz hamınız yığılıb bu obrazı yaratmısız...

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Yer kürəsi itirəcək materiklərini... – Borxesdən Şeirlər
13:15 25 May 2019
Vaqif Səmədoğluya sərgi və konsert həsr edilib
12:41 25 May 2019
Məşhur Nobel mükafatçısı öldü
11:57 25 May 2019
Rəssamlarımızın əsərləri Luvr muzeyində
10:45 25 May 2019
Şərif Ağayarla universitetdə görüş olub
09:56 25 May 2019
Arvadını tərk edib homoseksualla evləndi...
09:00 25 May 2019
Nana sevirdi - Nərmin Kamaldan hekayə
21:00 24 May 2019
Dünyada bizə çatan teatr yoxdur – ƏSA Teatrının rəhbəri
18:22 24 May 2019
Teatr işçi axtarır – Müsabiqə var
18:12 24 May 2019
Psixoloqdan Şəhriyarın nikah statusuna cavab: “Anlamaq istəmir ki...”
17:32 24 May 2019
Pol Qogenin rəsm əsəri tapılıb
17:01 24 May 2019
Azərbaycan Həştərxandakı Ədəbiyyat festivalına qatılıb
16:34 24 May 2019
Düz olmaq istəyirsənsə, əyriliyə icazə ver - Dünyanın ən gözəl kitabından seçmələr
15:46 24 May 2019
Kiyevdə Nəsiminin heykəlinin açılışı baş tutub - Foto
15:21 24 May 2019
Məşhurluğunu qorumaq istəyən əcaib şairlər – Yalçın İslamzadə yazır...
14:21 24 May 2019
Soltan Hacıbəyovun 100 illiyi qeyd olunub
13:30 24 May 2019
Atasını dəfn edib səhnəyə çıxdı - Fuad Poladovun həyatından maraqlı faktlar
13:03 24 May 2019
Səhər Əhməd Gülayə Şınıxlının oğurladığı misralardan yazdı – Konkret Faktlar
12:20 24 May 2019
Çingiz Abdullayevin kitabının təqdimatı olub
11:55 24 May 2019
Reyhan Yusifqızı balaca oxucuları ilə görüşüb
11:01 24 May 2019