news-inner
clock12:13 calendar-gray 11 Mart 2016 view-gray181 dəfə oxunub
view-gray181 dəfə oxunub

Xaricdə oxuyan tələbə: “Orda qadınlar eşq elan edir”

Son illər ölkədə gənclərin dünyanın inkişaf etmiş ölkələrində təhsil almaq istəyi adi hala çevrilib. Bu yola baş qoyan hər bir gənc, internetdən, təhsil mərkəzlərindən məlumat alaraq bir növ gedəcəkləri ölkə və ölkənin təhsili ilə qiyabi də olsa tanış olurlar.

Bilgi əldə etməyin digər üsulu həmin ölkələrdə təhsillərini başa vurmuş həmvətənlərimizlə söhbət və fikir mübadiləsidir. Birləşmiş Krallıqda bakalavr dərəcəsi üzrə 3 illik təhsilini başa vurub gəlmiş Samirlə söhbətimiz sizin üçün mənbə ola bilər.

Samiri birinci sinifdən tanıyıram, 11 il bir sinifdə təhsil almışıq. Yüksək balla ölkənin prestijli özəl universitetlərindən birində ali təhsil almağa başlayarkən, üstündən bir neçə ay keçdi və sorağını İngiltərədən eşitdik.

- Necə oldu ki, İngiltərədə təhsil almaq fikrinə gəldin və hansı səbəblər səndə Avropa təhsilinə meyl yaratdı?

- Əslində, məktəbdə dil dərsinin səviyyəsi aşağı olduğu üçün ingilis dili səviyyəm abituriyent olduğum zamana qədər sıfır idi. Ona görə də, xaricdə təhsil almaq bir arzu olaraq yox idi. Abituriyent dönəmində getdiyim hazırlıq kursunda ingilis dilini öyrənməyə başladım və yaxşı alınırdı. Ali məktəbə daxil olandan sonra, elə ilk kursda müəllimlərim məni Avropa təhsilinə yönəltdilər və mənim əvvəlcə təhsil, sonra isə iş həyatım üçün yaxşı fürsət olduğunu söylədilər və ailəm də bu fikri dəstəklədi.

- Rayon mühitində çox az ailələr övladlarının xaricə təhsil üçün getməsini dəstəkləyir. Necə oldu ki, valideynlərindən belə asan razılıq ala bildin?

- Bizim ailədə bu baxımdan əvvəldən təcrübə var idi. Bbacım Kanadada bakalavr təhsili alırdı. Onun uğurlu təhsili valideynlərimi həvəsləndirmişdi və mənim bu şansdan yararlanmağımı istəyirdilər. Qəbul sevincimdə də yanımda idilər.

- Universitetə hazırlıq və qəbul prosesinin çətinlik dərəcəsi bizim ali məktəblərə qəbul ilə müqayisədə necə idi?

- TQDK-nın imtahanına hazırlıq dövrü daha çətin olur. Bir neçə fəndən mükəmməl hazırlıq, illərlə vaxt tələb edir. Bizim qəbul prosesində orta səviyyədə nəticə toplayan tələbə, universitet zamanı da dərslərinə önəm versə və dil imkanlarını genişləndirsə, xaricdə təhsil şansını qazana bilər. Ancaq xarici ölkələrdə prestijli universitetlərin çoxunun təhsil haqları yüksək olduğu üçün, mütləq təqaüd proqramlarına baş vurmalısan. Manchester Universitetindən cavab gəlsə də, hələ tez sevinmədim, çünki təhsil haqqının qarşılanması üçün təqaüd proqramı tapmamışdım. Az müddət sonra Xaricdə Təhsil Üzrə Dövlət proqramına müraciət etdim, müsabiqədən keçdim və təqaüd əldə etdim. Amma xarici donorlar və ya təqaüd proqramları da var.

- Təqaüd İngiltərədə səni qane edirdi?

- Tam qane edirdi. Yaşayış xərclərini qarşılaya bilirdim. Hətta pul da yığırdım ki, burada bahalı olan və ya satışda olmayan bəzi texnika məhsullarını alım. Təqaüdə bütün növ tibbi xidmətləri qarşılayan sığorta da daxil idi.

- İlk vaxtlar qürbətə öyrəşmək çətin olar yəqin.

- Əvvəllər çətin gəlirdi. İlk dəfə hava limanından düşəndə qorxu keçirdim ki, mən burada necə baş çıxardacam. İlk on gün ümumiyyətlə ingilis ləhcəsini başa düşə bilmirdim. Çox çətin gəlirdi və nə soruşsalar “yeah” deyib ötüşdürürdüm. Yol hərəkəti qaydalarına öyrəşə bilmirdim. Onlar maşını yolun sol tərəfində saxlayırlar bizdən fərqli olaraq. Sonra yavaş-yavaş mühitə də, dilə də öyrəşdim.

- İngilislərdə daha çox bəyəndiyin nə oldu?

- Onların qayda-qanuna riayət etməsi nəyə desən dəyər. İstər yol hərəkəti qaydalarına, istər növbə gözləmə. Bizdəki arxa durmaq, arxalı adam, arxasız adam ifadələri orda yoxdur. Çünki həyatın bütün sferalarında qayda-qanunlara elə riayət edirlər ki, arxanda kiminsə durmağına ehtiyac qalmır. Bu ölkədə qanun və cəza kağız üzərində qalmır. Bizdə yaşayış bu sistem üzərində qurulmadığı üçün, insanlar bir-birilərinin ümidinə, mərhəmətinə qalıb.

- Səncə, niyə onlarda hər şey kağız üzərində qalmır, əməli olaraq tətbiq edilir, amma bizdə yox?

- Çünki təməl düzgün qoyulub. Hamımızın təməli orta məktəblərdə qoyulur. Elm də, tərbiyə də, dünya görüşü də. İlk qayda-qanunu müəllim öyrədir, İngilis hökuməti də müəllimə dəyər verir, yaşayış səviyyəsinin yaxşı olması üçün büdcəsindən ona kifayət qədər maaş ayırır, bunların əvəzində də müəllim məktəbdə vətəndaş yetişdirilməsində canla-başla iştirak edir. Əsl vətəndaş da vətəninə və onun yaşamını nizama salan qanunlar toplusuna hörmətlə yanaşır. Amma bizdə, təməlimiz olan müəllimlər lövhə qarşısına çıxanda fikirləşirlər ki, evdə uşaqlara yemək çatdı ya yox. Halbuki o, bunları düşünmək əvəzinə potensialını ortaya qoyub şagirdə həm elm öyrədə bilər, həm də vətəndaşın yetişməsinə qatqısı olar.

- Bəs mental düşüncə baxımından hansı fərqlər səni təəccübləndirirdi?

- Başıma belə bir maraqlı və gülməli hadisə gəlmişdi. Qızlarla getmişik yemək yeməyə, dörd qız və mən. Oturub doyunca yedik, mən də öz ürəyimdə deyirəm bunların da hesabını versəm pul qalmaz məndə, amma verməliyəm də. Hesabı ödəyərkən qızlar deyir biz özümüz ödəyərik, sənə güc olar. Mən də bunlarla mübahisə edirəm ki, oğlan burda dura-dura siz niyə hesabı ödəyəsiniz. Anlamamışam ki, burda hər kəs öz hesabını özü ödəyir. Restoranlar kişilərin centlmenlik nümayiş etdirdikləri yer deyil. Orda qadın kişi münasibətləri daha liberal mexanizm üzərində qurulub. Bir qadın asanlıqla öz sevgisini və ya simpatiyasını bir kişiyə etiraf edə bilər. Bizdə bunu edən qadına ətraf da, çox kişilər də əxlaqsız kimi baxır. Belə yanaşma ilə kişilərin beynində o qadına qarşı yaxşı fikirlər yaranmır. Və yaxud da oğlan hansısa qıza yaxınlaşıb simpatiyasını bildirirsə qız xoş rəftarla qəbul edir və ya sevgilisinin olduğunu bildirir. Ən pis halda isə münasibət qurmağa özünün hazır olmadığını deyir. Oğlanı yola vermək tərzləri belə çox mədənidir. Bizdə ancaq istəsə də, elə hərəkətlər edir ki, artıq sən onu bəyənmirsən bu cür alçaldıcı davranışlardan sonra. Bizimkilər ən yaxşı halda naz edirlər (gülür).

- Nazlı qızlar yaxşıdır, ya cəsarətli?

- Hərəsinin öz yeri var. Burda nazlı, orda cəsarətli... (gülür)

- Təhsili bütün dünyada rəğbətlə qarşılanan prestijli universitet məzunusan artıq. Yəqin işə qəbul olunmaq şansların da geniş olar.

- CV-lərimi artıq bəzi dünyaca tanınan şirkətlərə vermişəm, cavab gözləyirəm. Digər tərəfdən də, Kanadaya magistr dərəcəsindən imtahan vermişəm, onun da cavabını gözləyirəm. Ancaq iş müraciətlərimə müsbət cavab gələrsə təbii ki, iş imkanlarımı dəyərləndirəcəm.

Aysel Məmmədli

news-inner-user

15811 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Yazıçımızın hekayəsi Gürcüstan ədəbiyyat portalında
09:30 13 İyul 2020
“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020
190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020