writer1

Şərif Ağayar

Məqalə sayı

519
clock13:49 calendar-gray 15 Fevral 2016 view-gray198 dəfə oxunub
view-gray198 dəfə oxunub

Fikrət Qocanı yuxuda necə gördüm?

40 yaşın çoxlu özəllikləri var...

Biri də budur ki, adam yerli-yersiz intriqalardan yorulur.

Necə deyərlər, mübahisələr və qovğalar əvvəlki kimi ləzzət eləmir.

Odur ki, elə bu köşədəcə oxuculara söz verirəm: ədəbi intriqalardan çəkilirəm.

Enerjimi və vaxtımı daha çox yaradıcılığa ayıracağam.

Əlimdə maraqlı bir roman var.

Yazmağa başlamışam belə...

Arada hekayə, esse və məqalələr də olacaq, şübhəsiz...

İndi yazacaqlarımı da intriqaya yozmaq lazım deyil.

Bu bir yuxudur və həqiqətən görmüşəm.

Heç nə əlavə eləmədən diqqətinizə çatdırıram.

Əgər kiminsə şübhəsi varsa mətni kopiyalayıb Əkrəm Əylisliyə göndərə bilər.

Niyə, Əkrəmə?

Ona görə ki, Əkrəm Azərbaycanda gerçək yuxunu yalançıdan ayıran çox nadir adamlardandır. Misal üçün, sən bir yuxu uydurub yazsan, Əkrəm onun yalan olduğunu o saat tutacaq.

Bunun sirrini bir dəfə özündən soruşdum. Tam izah edə bilmədi. Başa düşdüm ki, mətndən sadəcə hiss edir, izah üçün heç bir məntiq və üsul yoxdur.

Mən özüm də bunu az-maz duyuram.

Xüsusən yuxunun keçidləri, montaj yerləri qeyri-adi olur.

Yuxuda hadisələr çox plastik cərəyan edir.

Çünki yuxuda heç nə kristal deyil, amorfdur.

Rənglər və hadisələr biri-birindən kəskin fərqlərlə ayrılmır.

Yuxuda montaj olmur.

Bizdə yalandan yuxu yazmağı bacaran azsaylı yazarlardan biri Murad Köhnəqaladır.

Onun “Yuxularım” adlı maraqlı bir kitabı da çıxıb.

Bir də var gördüyü yuxunu yaxşı, olduğu kimi yaza bilən və yaza bilməyən yazıçılar.

Əkrəm birincilərdəndir.

Yeni nəsil içərisində Səlim Babullaoğlunun yuxuları mənə maraqlı gəlib və inandırıb.

Onun dünyanın və Azərbaycanın ən məşhur qələm adamları ilə bağlı gördüyü yuxular əməlli-başlı mənəvi xəzinədir.

Ciddi deyirəm.

Mənsə, ortabab və lokal yazıçı olduğum üçün yuxuda uzağı Anarı görürəm.

Heç yuxuda da Biləcəridən o tərəfə keçmirəm.

Deyəsən, Biləcəri sindromum yuxuda da yoxdur.

Lafı çox dolandırmadan axşamkı yuxumu yazım, köşənin kəpənglərini endirək.

Vaxtımız azdır.

Demək, görürəm ki, Fikrət Qoca ilə bir otaqdayıq, ətrafımızda da çoxlu xanım var. Ya jurnalistdirlər, ya yazıçı. Nə tanıyıram, nə tanımıram bu qızları. Amma xoş münasibət var ortada. Daha dəqiqi, mən qızlarla oturub söhbət elədiyim yerdə Fikrət Qoca qəfil otağa daxil olur və çətin suallarla qızların yanında məni pərt eləmək istəyir. Mən bu sualların cavabını bilmirəm. Deyəsən, fizikaya aiddir suallar. Ona gör deyirəm ki, keçək ədəbiyyata, ordan suallaşaq, bir-birimizi yoxlayaq. Bu ara qızlardan biri Füzulidən bir beyt deyir. Hansı beyt olduğu yadımda qalmayıb, ancaq Füzulidən olduğuna əminəm. Fikrət Qoca beytin Bəxtiyar Vahabzadəyə aid olduğunu söyləyəndə gülmək tutur məni. Deyirəm, səhv tapdınız, Füzulinindir. Fikrət Qoca hirslənir, mübahisə edir mənimlə, nəsə deyir, mən də hirslənirəm. Onun nə dediyi yadımda deyil, öz dediyimi çox dəqiq xatırlayıram və hətta bu qədər dəqiq xatırlamağıma təəccüb edirəm: “Fikrət Qoca, siz yazıçı-hakimiyyət münasibətinin ən pis örnəyisiniz! Füzulinin şeirini bilməməyiniz, onu Bəxtiyar Vahabzadəninki hesab etməyinizin də əsas səbəbi budur. Avropa oyunlarına yazdığınız o şeir də məhz bu pis təcrübənin məhsuludur.”

Fikrət Qoca necə əsəbiləşirsə, təzyiqi qalxır, onu divana uzadıb sakitləşdirməyə çalışırlar, təzyiqini ölçürlər. Qəribə şəkildə inildəyir şair. Mən çox pis oluram, həm də qorxuram. Deyirəm, ona nəsə olsa, məni tutacaqlar. Bu vaxt mənim boynumdan da təzyiq ölçən cihaz və fenandoskop sallanır. Əynimdə isə ağ xələt var. Yaxınlaşıb Fikrət müəllimi xilas etmək istəyirəm. Bir də baxıram ki, onun təzyiqini ölçən qadınlardan biri tərcüməçidostumuzKamilə Əlizadədir. O, qəmgin baxışlarla mənə baxıb başını bulayır. Bu vaxt mən qorxudan yuxudan oyanıram.

Yuxudan oyanandan sonra hər şeyin yalan olduğuna necə sevindimsə...

İfadə eləməkdə acizəm...

Məncə, Fikrət Qoca son illər kimisə bu qədər sevindirməyib...

P.S. Yuxu suya danışılandan sonra qələmə alınıb

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Mahatma Qandinin aforizmləri
21:02 03 İyul 2020
Haqverdiyevlə bağlı film hazırlanır
18:30 03 İyul 2020
Ondan qorxurduq – Bacısı qızı Kafkadan yazır...
17:47 03 İyul 2020
Mehriban Vəzirdən yeni kitab
16:58 03 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
16:13 03 İyul 2020
"Sehrbaz qadın" onlayn nümayiş olunacaq
15:21 03 İyul 2020
Xarici İşlər Nazirliyi nota göndərməlidir - Kino adamları od püskürdü
14:30 03 İyul 2020
Uşaqlar üçün tamaşa
13:57 03 İyul 2020
Anar yeni ssenarisini çəkməyə vəsait tapmır
13:15 03 İyul 2020
Hoşcakal, İrfan bey! – Ayxan Ayvaz yazır...
12:33 03 İyul 2020
Dünya ilə oynayan iki qadın - Mehman Qaraxanoğlu yazır...
12:07 03 İyul 2020
Qəmli-qəmli sevişmək – Oğuz Ayvaz yazır...
11:41 03 İyul 2020
Türkiyənin Azərbaycandakı keçmiş müşaviri vəfat edib
11:16 03 İyul 2020
Günün şeiri Küçük İsgəndərdən - Mətn
10:58 03 İyul 2020
Orxan Pamuk qızına çap qadağası qoydu
10:26 03 İyul 2020
İstəyirdim kimsə məni itələyib küçənin ortasına yıxsın - Bircənin romanı
09:00 03 İyul 2020
Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 4 qızıl medal qazandılar
18:41 02 İyul 2020
Eşşək obrazına görə ərini tərk edən qadın – Əyyub Qiyasdan yeni hekayə
18:04 02 İyul 2020
Kosmosun qoxusu necədir? - NASA-dan 2 il əvvəl bunu düşünən azərbaycanlı
17:23 02 İyul 2020
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olundu
16:41 02 İyul 2020