news-inner
clock08:30 calendar-gray 13 Fevral 2016 view-gray751 dəfə oxunub
view-gray751 dəfə oxunub

Yazıçılarımızın unudulmaz sevgi HEKAYƏLƏRİ

14 fevralda dünya Sevgililər Gününü qeyd edir. Hər birimizin həyatında sevgi qırmızı xətt kimi keçib: qarşılıqsız sevən, platonik eşq yaşayan, xoşbəxt olan, qovuşa bilməyən və s. Dövr dəyişdikcə sevgiyə münasibət də dəyişir, ancaq məhəbbət həmişə eynidir. Necə deyərlər, sevgi əbədidir, sevgililər müvəqqəti.

Bəs bizim tanınmış yazıçı və şairlərimiz ilk məhəbbətlərini necə xatırlayırlar? Onların həyatında sevgi necə bir iz buraxıb?

Kulis bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Fikrət Qoca:

- O qədər sevgi yaşamışam ki, ilk sevgimi xatırlaya bilmirəm. Bəlkə də yaşımın çoxluğu da ilk sevgimi xatırlamağıma mane olur. Özü də mənim məhəbbət şeirlərim çoxdur, bütün sevdiyim qızlara yazmışam. Ancaq bunların heç biri ünvanlı olmayıb. Ağlımda tək bir qıza yazmışam. Ola bilər ki, bir qıza adı ilə şeir yazırsan, o da oxuyar, xoşuna gəlməz. Məhəbbət şəxsi işdir axı.

Nəriman Həsənzadə:

- Süleyman Rüstəmin şeirindəki kimi, ilk sevgi unudulmur. Nazim Hikmət demiş, insan hər yaşda cavandır. İlk sevgi paklıq xatirəsidir. Mənim ilk məhəbbətim həyat yoldaşımdır. Bacımın ərinin qardaşı qızı olub. Tale elə gətirib ki, bir evdə qalmışıq, bərabər böyümüşük. Heç bilmədik necə oldu bir-birimizi sevdik, ailə qurduq. Məhəbbət planla olmur axı. Sevgi həmişə qəfil olur, məndə də elə oldu.

Seyran Səxavət:

- Sevgi haqqında çox danışmaq olmur. Bizim yaşımız sevgidən təqvimlə uzaqlaşıb. Ruhun yaşı isə cavan qalıb. Mənim “İlk məhəbbətim, son məhəbbətim” adlı şeirim var. 1968-ci ildə yazmışdım, 22 yaşında. Qıza öz sevgimi bildirmək üçün təklif dəftərinə yazmışdım. İlk dəfə isti-isti bu şeiri o qız oxudu. Sonra “Azərbaycan” jurnalında çap olundu, şeir çox məşhurlaşdı. O xəstələrin diaqnozunu deyirlər axı: ağır, orta ağır. Qızın mənə cavabı orta ağır olmuşdu. Şeir belə idi:

Sən nə istəyirdin, nələr itirdin?
Qorxma kül olmaqdan, yan, məhəbbətim.
Sən mənim başıma nələr gətirdin,
Ay ilk məhəbbətim, son məhəbbətim.

O parlaq sevgimdən çox utanıb dan,
Ulduzlar eşqimdən qızartı dərmiş.
İnsanlar bir dəfə doğulduğundan,
Elə bir dəfə də sevə bilərmiş...

Mənəm, milyard naxış səpmişəm göyə,
De, varmı hesabı naxışlarımın?!
Kirpiklər özgəyə baxmayım deyə,
Çəkir keşiyini baxışlarımın...

Elə sızıldayır qəlbim tar kimi,
Sən kimin eşqini daşıyacaqsan?
Bəlkə də divarlar, maşınlar kimi,
Sən də məhəbbətsiz yaşayacaqsan...

Burda tənhalıqdan lap iyrənmişəm,
Qoy meh sığallasın telini sənin.
Gedib yetmiş iki dil öyrənmişəm,
Hələ tapmamışam dilini sənin...

Sən bir soyuq ulduz, mən gözlərinəm,
Eybi yox, mənimçün həmişə varsan.
Sıxma ürəyimi, ürək cəhənnəm,
Axı sən ordasan, sən sıxılarsan.

Vaqif Nəsib:

- Əslində ilk məhəbbət şərti bir şeydir. Adam bilmir ki, ilk məhəbbəti hansı olub. Hər qızı sevməyin ilk məhəbbət olur. O ki bulaq özünə çıxmağa yer axtarır, sonra üzə çıxır, bax ilk məhəbbətdə elədir. Ondan əvvəlkilər xoşa gəlmək, bəyənməkdir. Nə qədər qız bəyənirsən, onu sevirsən. Bunların hamısı ilk məhəbbət kəşfiyyatıdır. Tutaq ki, Məcnun Leylidə tapdı bunu, Fərhad Şirində, Səməd Vurğun Xavərdə tapdı. Məndə bu vulkan püskürməyib. Ancaq onu deyə bilərəm ki, sevdiyim bütün qızlar məni ədəbiyyat uçurumuna itələdi.

Ayaz Arabaçı:

- Onu xatırlayanda simləri qırılmış kaman kimi bütün ecazkar ahəngim pozulur. Həmişə onun məsum və şəfqətli baxışlarını, fədakarlığını və uzun müddət davam edən macəralarımızı düşünürəm. Yadıma qardan da ağ çiçəklər, arzularımızın yamyaşıl zirvəsi və solğun ay işığı gəlir. İlk sevgi əbədi məhrumiyyət kimi bir şeydir...

Aqşin Yenisey:

- Mən istəyirəm ki, o gözəl insanı oxucularımız üçün təsvir etməkdən ötrü klassik irsimizə, daha doğrusu, Molla Pənah Vaqifə müraciət edim. Buyurun, Vaqif müəllim:

Boyun sürahidir, bədənin büllur,
Gərdənin çəkilmiş minadan, Pəri!
Sən ha bir sonasan, cüda düşübsən
Bir bölük yaşılbaş sonadan, Pəri!

İxtilatın şirin, sözün məzəli,
Şəkər gülüşündən janlar təzəli,
Ellər yaraşığı, ölkə gözəli,
Nə gözəl doğubsan anadan, Pəri!

Üz yanında tökülübdür tel nazik,
Sinə meydan, zülf pərişan, bel nazik,
Ağız nazik, dodaq nazik, dil nazik,
Ağ əllərin əlvan hənadan, Pəri!

Avçısı olmuşam sən tək maralın,
Xəyalımdan çıxmaz hərgiz xəyalın,
Ənliyi, kirşanı neylər jamalın,
Sən elə gözəlsən binadan, Pəri!

Günəş təki hər çıxanda səhərdən
Alırsan Vaqifin əqlini sərdən.
Duaçınam, salma məni nəzərdən,
Əksik olmayasan sənadan, Pəri!

Mübariz Örən:

- İlk məhəbbətimi xatırlayıram. Aranın qarlı qış günüydü, qar dənəcikləri yalan olmasın bu boyda, yox bu boyda, hə. Özü də elə yağırdı, elə yağırdı, deyərdin bəs qar deyil göydən yağan, bir bulud qu tüküdü, yırtılıb səpələnir yerə; yellənə-yellənə, nazlana-nazlana, çarpaz, çəpəki, amma sakit, aramla... Yer-göy qar idi, yerin cazibə qüvvəsi ağzını ayırıb onun fiziksəl təbiətinə məhəl qoymayan qar dənəciklərinə heyranlıqla tamaşa eləyirdi; cazibə, qravitasiya qanunları müvəqqəti işləmirdi və mən... uçurdum; həmən gün O mənə "hə" göndərmişdi...

Sahilə İbrahimova:

- 7-8 yaşım olanda atam sarılıqdan xəstəxanada yatırdı. Getməyə yeri olmayan iki çeçen palata yoldaşı var idi. Götürüb gəlmişdi bizə. Üç-dörd gün bizdə qaldılar. Onlardan birinə aşiq olmuşdum. Sonra bir gün atam dedi ki, müharibədə (Rus-Çeçen) vəfat ediblər.

news-inner-user

16044 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020