Gülarə Mehdiyevanın qətli ilə bağlı detallar məlum oldu

Gülarə Mehdiyevanın qətli ilə bağlı detallar məlum oldu
18 noyabr 2026
# 15:36

Bakıda 23 yaşlı gənc rəssam Gülarə Mehdiyevanın qətli ilə bağlı digər detallar da məlum olub.

Kulis.az xəbər verir ki, 2003-cü il təvəllüdlü Gülarə 3 yaşında olarkən, yəni 2006-cı ildə anası tərəfindən tərk edilib.

Məlumata görə, G.Mehdiyevanın anası 2006-cı ildə atasından ayrılıb və azyaşlı qızı atasının himayəsində qoyaraq, evdən çıxıb.

Gülarənin atası Ağa Mehdiyev 2007-ci ildə bir xanımla ailə həyatı qurub və onların birgə nikahdan 4 övladı dünyaya gəlib.

Həmin qadından ilk övladı 2008-ci il təvəllüdlü Ayxan Mehdiyevdir.

Ailənin 4-cü uşağı isə azyaşlıdır və ağır yataq xəstəsidir.

Ağa Mehdiyevin ikinci həyat yoldaşı Gülarəni də öz övladı kimi qəbul edib və 5 uşağı böyüdüb.

Hadisə noyabrın 16-da günorta saatlarında paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi 11-a ünvanında yerləşən binanın 1 saylı mənzildə - ailənin məskunlaşdığı evdə baş verib.

Hadisə vaxtı ata və ana evdə olmasalar da, övladları mənzildə olublar.

A.Mehdiyev dərsdən evə gələrək bacısı ilə sosial şəbəkə barədə mübahisə edib. Məlumata görə, Ayxan sosial şəbəkələrdən birində bacısı Gülarənin açıq-saçıq şəkillərini görüb və buna görə ona irad tutub. O, şəkillərdən birinə tanımadığı oğlanların rəy yazdığını görüb və buna görə onların silinməsini bacısından tələb edib. Bacısı isə şəkilləri silməkdən imtina edib. Nəticədə Ayxanla Gülarə arasında mübahisə yaranıb və Ayxan ögey bacısını qətlə yetirib. / Oxu.az

# 52 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

15:44 18 noyabr 2026
Qeydlər - Yeni hekayə

Qeydlər - Yeni hekayə

15:31 18 noyabr 2026
Məşhur rejissordan yeni layihə - Kianu Rivz baş rolda çıxış edəcək

Məşhur rejissordan yeni layihə - Kianu Rivz baş rolda çıxış edəcək

15:16 18 noyabr 2026
Tanınmış hind yazıçıdan "Yazmağın 10 qaydası"

Tanınmış hind yazıçıdan "Yazmağın 10 qaydası"

15:00 18 noyabr 2026
İngiltərə XVI əsrə aid Moğol əlyazmalarının ölkədən çıxarılmasına qadağa qoydu

İngiltərə XVI əsrə aid Moğol əlyazmalarının ölkədən çıxarılmasına qadağa qoydu

14:58 18 noyabr 2026
Tarixçi Aydın Balayevin “Azərbaycan türkləri" əsəri Azərbaycan dilində

Tarixçi Aydın Balayevin “Azərbaycan türkləri" əsəri Azərbaycan dilində

14:41 18 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər