news-inner
clock08:30 calendar-gray 06 Yanvar 2016 view-gray145 dəfə oxunub
view-gray145 dəfə oxunub

Səməd Vurğun hansı məşhur yazıçını söydü? - “GİZLİN ƏDƏBİYYAT”

Kulis Ülfət Kürçaylının “O günlərdən anlar” silsiləsindən ikinci yazını təqdim edir.

Səməd Vurğunla Sabit Rəhman Moskvada gəzə-gəzə gəlib çıxırlar QUM-a. Ölkənin ən böyük dükanı ikimərtəbəli, üç sıralı yarımdünya bir şeydi. İstəyirsən günün keçsin, get gir ora, dolaş özünçün. Heç bir bölməni ötürməsən, səhər daxil olsan, axşama ancaq çıxa bilərsən. Hər sıranın ortasında gözəl, dairəvi bir fontan var. Hər cür millətin nümayəndəsini görə bilərsən orda. Bir sözlə, QUM elə bil insanı yorub taqətdən salmaq üçün yaradılıb.

Xeyli çap-yurddan sonra Səməd Vurğun bir də baxır ki, Sabit Rəhman yanında yoxdu. O yana gedir, bu yanı dolaşır, yazıçı gözünə dəymir. Anlayır ki, bu basırıqda Sabit Rəhmanı axtarmaq, dəryada iynə aramaq kimidir. Axır, soraqlaşa-soraqlaşa gəlib çıxır QUM-un sorğu şöbəsinə. Başına gələni danışmağa başlayır. Deyir, balacaboy, dazbaş dostumu itirmişəm.

Gözəl rus qadını gülümsəyib cavab verir ki, burada bu əlamətlərlə adam tapmaq olmaz, dostunuzun adı nədir?

- Sabit, - deyir Səməd Vurğun əsəbi halda.

- Soyadı... - soruşur qadın.

- Rəhman, - deyə Səməd Vurğunun hövsələsi lap daralır.

- Bəs atasının adı... Kim oğludur?

İstidən və sorğu-sualdan bezmiş Səməd Vurğun ha fikirləşir, dostunun kim oğlu olduğunu yadına sala bilmir, hirslə “əşşi nəbilim, itoğlu” - deyir.

Beş dəqiqədən sonra bütün QUM boyu rusca belə bir elan səslənir:

- Sabit Rəhman İtoğlu, dostunuz sizi ikinci sıradaki fontanın yanında gözləyir.

***

Bakıda “9 Yanvar ” bağının (sonra camaat ona “Malakan bağı” dedi) açılışı idi. Bağa çoxlu ziyalı, ictimaiyyət nümayəndəsi toplaşmışdı. Hərə mikrofona yaxınlaşıb bir-iki kəlmə söyləyirdi. Şair Hüseyn Arif də burada imiş, yanında da Türkiyədən gəlmiş bir qonaq.

Söz Mirzə İbrahimova verilir. Yazıçı çıxışının ortasında qeyd edib deyir ki, “9 Yanvar” bağının Bakının mərkəzində, bu gözəl guşədə salınması təsadüfi deyil. Baxın, bir tərəfdə Rus Dram Teatrı, o yanda İncəsənət İnstitutu yerləşir...

Bu yerdə diksinib əlini ağzına aparan Türkiyəli qonaq qıyqacı yanındakılara baxır, görür halını pozan yoxdu, hamı ciddi tərzdə, diqqətlə çıxışı dinləyir. Ağzını Hüseyn Arifin qulağına yaxınlaşdırıb pıçıltıyla soruşur ki, əfəndim, sizdə incəsənətin institutu da var? Sən demə türklərdə “incəsənət” sözü biədəb mənada işlənirmiş. Hüseyn Arif deyir, “Əlbəttə, neçə fakültəsi də var. Uşaqlar incəsənətin hər sahəsinə yiyələnir. Özü də beş il. İncəsənətə aid gözəl qəzet və dərgilərimiz mövcuddur. Elmlər Akademiyasında bunun xüsusi araşdırmaları aparılır...”.

Gözü kəlləsinə çıxmış türk qonağı şairin sözünü kəsib deyir ki, əfəndim, niyə yalan söyləyim, bizdə də bu işlə məşğul olanlar var, amma gizlində, xəlvət. Heç güman etməzdim ki, bir kommunist məmləkəti bununla bu qədər, özü də aşkar ilgilənsin...

Hüseyn Arif cavabında deyir ki, aşkar nədi? Bizdə dövlət bu sahəyə xüsusi qayğı göstərir. Lenin özü deyib: “İncəsənət xalqa məxsusdur!”.

***

Süleyman Rəhimovla Bəxtiyar Vahabzadə küçədə rastlaşırlar. Hal-əhval tutub ordan-burdan söhbət eləməyə başlayırlar. Birdən Süleyman Rəhimovun yadına nə düşürsə ciddiləşib deyir:

- Bəxtiyar, dünən gecə yuxuda kimi görsəm yaxşıdı?

- Kimi? - deyə Bəxtiyar Vahabzadə maraqlanır.

- Əşşi, bizim Levi.

- O kimdi, ay Süleyman müəllim?

- Gəl bir məni də tanıma. Lev də... Lev Tolstoyu deyirəm – deyə Süleyman Rəhimov inciyən kimi olur. Vahabzadəni soyuq tər götürür, amma Süleyman kişinin yaşına hörmət göstərib bir söz demir və işin axırını gözləyir. Süleyman Rəhimov gözləri yol çəkərək sözünə davam edir:

- Gördüm ki, kişi cumdu üstümə. Məni yerə yıxıb çıxdı sinəmə, başladı boğmağa, dedi “ə, Süleyman, indi sən belə ağız bəhəmləmisən ki, çörəyimizi əlimizdən almaq istəyirsən?! Di özünü gözlə!” Birtəhər bunun əlindən çıxıb ayağa durmuşdum ki, yuxudan oyandım. Heyf... Anasını ağladardım Levin!..

Bu söhbətdən rəngi-rufu qaçmış Vahabzadə tələsik sağollaşıb getmək istəyir. Onu tutub saxlayan Süleyman Rəhimov bir az da yaxına gəlib, ağzını tutur Vahabzadənin qulağına, pıçıltıyla deyir:

- O yazığı da qınamalı deyil, a Bəxtiyar. Öz aramızdır, “Hərb və Sülh”lə “Şamo” təxminən eyni səviyyədədir, amma “Saçlı”da sürümüşəm ey “Anna Karenina”nı!

Bunu deyən Süleyman Rəhimov sağollaşıb yoluna düzəlir. Bəxtiyar Vahabzadə eşitdiklərindən uzun müddət yerindən tərpənə bilmir.

***

Yazıçı Məmməd Əkbər bir dostuyla küçədə görüşür. Ötənlərdən, keçənlərdən, sədaqətdən, vəfadan xeyli söhbət edirlər. Əl verib sağollaşan vaxt birdən Məmməd Əkbər gözünü qıyıb deyir:

- Sən onu deyirsən, bir gün elə bu “Parapet”in tinində uzaqdan gördüm Sidqi Ruhulla gəlir. Ayaq saxladım. Kişi yaxınlaşdı mənə, soruşdu “Əkbər, hayana gedirsən?”. Dedim, bu yana. Dedi, ey qafil, bu yana niyə, gəl əl-ələ verək, o yana gedək. Əşşi, kişilər varıydı o vaxt!

news-inner-user

17134 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ölmək sənəti – Ağalar Qut yazır...
17:25 29 Noyabr 2020
“Cinema Radio”nun rəhbəri: “Onun səsi ilahi vergidir” – Müsahibə
17:04 29 Noyabr 2020
Nabokovdan hekayə: Sərnişin
15:30 29 Noyabr 2020
Atası xalq düşməni kimi güllələndi, bir manata rəsm çəkdi, Səttar Bəhlulzadə evini ona bağışladı... – Maraqlı faktlar
12:00 29 Noyabr 2020
İsti yatağım soyuq səngər misalı - Sara Selcandan yeni şeirlər...
16:28 28 Noyabr 2020
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
15:01 28 Noyabr 2020
Bu nədir, Allahı danmaqdır? – Elçin yazır...
13:30 28 Noyabr 2020
"Şəngülüm, Məngülüm" tamaşası onlayn nümayiş olunacaq
12:01 28 Noyabr 2020
Türkiyədə "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert keçirildi - Foto
10:27 28 Noyabr 2020
Fuad Poladov: Qızla zirzəmidə görüşdüyümə görə məni məktəbdən qovdular – Müsahibə
09:00 28 Noyabr 2020
Ukrayna Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq
18:31 27 Noyabr 2020
Qayıtdı gülləri yığıb başına, vətən gülşəninin Xarı bülbülü! – Yeni şeirlər
17:44 27 Noyabr 2020
Tələbənin universitetdən qovulması haqlı qərardırmı?
17:09 27 Noyabr 2020
"Qarabağ Azərbaycandır" adlı kitab nəşr olundu
16:34 27 Noyabr 2020
Rejissorumuzun da iştirak etdiyi festivalın qalibləri elan olundu - Siyahı
15:53 27 Noyabr 2020
Nənəsini yemək üstündə ağlatdı, xəstəliyinə görə yardım istədi, işdən çıxarılan gün həyat yoldaşı öldü – Məşhur diktordan maraqlı faktlar
15:11 27 Noyabr 2020
Məşhur Meksika filmlərinin ssenari müəllifi vəfat etdi
14:31 27 Noyabr 2020
İşğaldan azad olunan Xanabert qalası
13:53 27 Noyabr 2020
"Anamın kitabı" filmi gəlir - Yaxında
13:11 27 Noyabr 2020
Mənə ölümümdən yol verin... - Ötən gün dünyasını dəyişən şairin şeirləri
12:31 27 Noyabr 2020