writer1

Səhər Əhməd

Məqalə sayı

175
clock10:00 calendar-gray 31 Dekabr 2015 view-gray128 dəfə oxunub
view-gray128 dəfə oxunub

Verilişlərimizin həmsəylik günü

İndi başlayacaqlar "hoppanmağa, qışqırmağa". Müğənnilərimizi və aparıcılarımızı deyirəm. Hərəsi boynuna bir zərli lent atıb bir-biri ilə həmr(s)əy olub bizi də həmrəyliyə səsləyəcəklər. Səviyyə yox, zövq yox, söz ehtiyatı yox, vicdan yox, senzura yox, dünyadan xəbərləri yox.

Bəlkə də artıq başlayıblar. Neçə ildi, yerli telekanallarımızın ucbatından nəinki televizora baxmıram, hətta televizor olan otağa keçməyə üşənirəm, elə bilirəm bu "qutu"nun qaranlıq ekranından indicə bir Elariz, ya bir Elgiz çıxacaq.

Amma hərdən, lap hərdən stomatoloqun gözləmə zalının divarından, gözəllik salonunun küncündən, saç ustasının güzgüsündən bizim verilişlər imkan tapıb bir beyin həmləsi yapırlar. Onda ki, nəinki pultun düyməsi, heç öz ixtiyarım özümdə, başım öz əlimdə olmur.

Məcbur olub görürəm ki, o əttökən şoulara necə diqqətlə tamaşa edirlər. Bu qədər müzakirə eləməyə mövzu olduğu vaxtda xalqımız necə həvəslə öz manıslarının geyimini, "priçoska"sını, silikonunu, özəl həyatını çək-çevir edir. Deməli, xalq öz manıslarıyla xoşbəxtdir, yəni, "bibi Yusifi sevir, Yusif də bibini".

Bəs onda biz kimik, orda-burda deyinən bir ovuc başıdaşlı, bəs onda biz nə məqsədlə yaranmışıq?! Sualı bir də Füzuliyanə verək:

Gər mən mən isəm, nəsən sən, ey yar,

Gər sən sən isən, nəyəm məni-zar?!

Neyləmək olar, azlıq hər zaman çoxluğa tabedir və deməli, çoxluq həmişə hakimiyyətdədir.

Bu millət o gözəl xalq mahnılarının müəllifi, ifaçısı, dinləyicisi, fanatı deyildimi, bəs indiki mahnıları niyə həzm eləyir, toyda sifariş verir, dinləyir, oynayır, zövq alır, sirri-xüdadı. Hamı birdənmi öldü, müəlliflər də, ifaçılar da, dinləyicilər də?! Hərdən elə mahnının sözləri mühasirəni yarıb beynimə hücum eləyir ki, yanıb-tökülürəm. Lap tutaq ki, sözlərin müəllifində bir az çatmır, bəs bəstəkar, ona nə düşüb axı? Lap deyək ki, bəstəçidə də çatmadı, bəs müğənni ağzına alıb oxuduğu sözlərə niyə fikir vermir?! (Bu yerdə sual cümlələrinə görə üzr istəyirəm).

Hər səfeh mahnının arxasında bir mənasız trio - şair, bəstəçi və müğənni üçlüyü düşünün. Düşündükcə düşünün. Bu bayram günlərində elə ən yaxşı variant, bütün problemləri unudub manıscasına düşünməkdi və bir-birinizi verilişlərimizin qarşıdan gələn həmsəylik günü münasibətilə təbrik etmək.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Azərbaycanlı şair vəfat etdi
14:54 14 Noyabr 2019
Onun adını oğlunun baş daşına niyə yazmadılar? – Rəmiş haqqında inanılmaz faktlar
14:41 14 Noyabr 2019
Meyxananın dözülməz eybəcərliyi - Aliyə yazır...
13:49 14 Noyabr 2019
Musa Yaqubun yeni şeirlər kitabı nəşr edildi
13:10 14 Noyabr 2019
Mənim balaca sərçəm - Müşfiq Şükürlüdən yeni hekayə
12:29 14 Noyabr 2019
Hekayə müsabiqəsinin qalibləri bilinəcək
12:01 14 Noyabr 2019
Amerikalı kinoulduz vəfat edib
11:30 14 Noyabr 2019
Azərbaycanlı rejissorun filmi "Ən yaxşı film" seçildi
10:57 14 Noyabr 2019
“Seriallarımız gənc nəslin tərbiyəsini pozur” – Nuşirəvan Məhərrəmli
10:23 14 Noyabr 2019
Sabir Rüstəmxanlı qardaşının həbsindən danışdı
10:07 14 Noyabr 2019
Xalq şairinin qardaşı həbs olundu
09:54 14 Noyabr 2019
“Sevgi şərbəti” operası nümayiş ediləcək
09:34 14 Noyabr 2019
Şagirdlərini qətlə yetirən müəllim – Azərbaycan filmi
09:01 14 Noyabr 2019
Məhşur rejissor yeni filmə başladı
19:00 13 Noyabr 2019
Qarabağda tək arvadlı kişini necə ələ saldılar? - Yeni hekayə
18:25 13 Noyabr 2019
Biz bu yazıçını niyə oxumalıyıq? - Etimad Başkeçid yazır
17:42 13 Noyabr 2019
Cizgi filmlərimiz Polşada nümayiş olunub
17:00 13 Noyabr 2019
Həmyerlimiz sabiq prezident haqqında film çəkdi
16:22 13 Noyabr 2019
Vısotski ilə dostluq edən, Nəzakət Məmmədovanı sevən, adam döyməyə görə həbs olunan şair
15:37 13 Noyabr 2019
Bakıda fotosərgi açılıb
14:45 13 Noyabr 2019