writer1

Qismət

Məqalə sayı

159
clock12:17 calendar-gray 22 Sentyabr 2015 view-gray75 dəfə oxunub
view-gray75 dəfə oxunub

Küçədə bir-birini layk edənlər

Kulis Qismətin “Layk” yazısını təqdim edir

Mən deyim, siz inanmayın: bir də görəcəyik, çöldə-bayırda qəfildən kiminsə olan-qalan ağlı da yerindən oynadı, başını itirdi, başladı ki, bəs axı nədən yarım saatdan bəri bu mərkəzi küçədə gəzişirəm, amma bir adam balası da yaxınlaşıb təzə köynəyimi, yeni saç düzümümü layk – like eləmir?! Noolub şəhərimizin 3D-5D gözlü sakinlərinə?! Yox, görünür bu işdə bir iş var, yəqin, “public” görünmürəm…

Özüm eşitmişəm, avtobusda sağollaşan iki rəfiqədən biri o birinə elə beləcə də dedi: “Axşam qızlara da xəbər elə, çatda görüşək…”

Belə baxanda, nəyi pisdi ki? Məsafələr şəffaflaşıb yoxa çıxır, hamı olur laməkan…

Belə baxanda, nəyi yaxşıdır ki? Jestlərinə, mimikasına, səsinə alışdığımız, məsəl üçün, adının Klark Kent olduğunu bildiyimiz adam o tərəfə – virtuala aləmə keçən kimi dönüb olur Supermen.

Baxmaq olmur. Baxmamaq olmur.

Facebookun epik xarakterinə baxanda, twitter, yəqin ki, haykudur. Bu “retweet” və “tag etmək” funksiyaları isə, görünür intertekstuallıq deyilən məsələdir. Bəs, görəsən, bu elektron dedi-qodu dünyasında biz hansı zövqün “paylaş” düyməsini döyəcləyirik? Nəyi paylaşanda “like”-ımızın üzü gülür? Nəyə “tag” olunuruq, virtual dünyadakı yaşılı-qırmızısı yananları nəyə qonaq edirik? “Status”umuz necədir?

Bir də görürsən, günün günorta çağı qəfil belə bir status qırmızı işıqda keçdi: “Çimib çıxandan sonra Kafka oxumağın ləzzəti ayrıdır”.

Ya da, gecənin bir aləmi, “təzə dillə” desək, belə bir paylaşım çıxır adamın qabağına: “Bu gün Kunderanı oxuyurdum, qapı döyüldü, dayımgil gəldi, mütaliəm yarımçıq qaldı”.

Bir anlıq, adama elə gəlir ki, bu Kafka hər kimdirsə, onu çimib paklanmamış oxumaq, haşa üzünüzdən, qəbahətdir. Və yaxud da, elə bil əsas məsələ Kunderanın yazdıqlarında yox, elə qapının döyülməyində, açılıb-örtülməyində, sonra örtülüb-açılmağındadır. Bütün hallarda oxunan kitabdakı yaxşı-pis mətləblər haqqında yox, eləcə oxucunun məişəti barəsində “maariflənirik”.

Yoox, qətiyyən yox, elə bilməyin fikrinizdən keçənləri sezmirəm. Ona görə də tez-bazar deməliyəm ki, mənə görə, bir kitab, bir film haqqında heç nəsiz “çoz gözəldi”, ”superdi, mütləq oxuyun” yazmaq, hamam-qapı söhbətindən on dəfə xeyirlidir. Çünki birinci variantda kitab da, müəllif də, əslində profil sahibinin özünü daim canlı yayımda tutmaq istəyinə fondursa, yəni, Kafka da, Kundera da burada bir növ “intellektual suvenir” durumundadırsa, ikinci halda, natamam da olsa, istək, azart, ürək döyüntüsü var.

İtalo Kalvinonun “Əgər bir qış gecəsi bir yolçu” romanının kişi və qadın qəhrəmanları ayrı-ayrı vaxtlarda eyni kitabı alırlar. Hər ikisi oxuyanda başa düşür ki, kitabda bəzi səhifələr yoxdur və beləliklə, yenidən kitab evinə yollanıb həmin kitabın həqiqi nüsxəsini axtarmaq qərarına gəlirlər. Uzatmayaq, sonradan kişi və qadın eyni kitabın axtarışı prosesində rastlaşırlar, hətta yarımçıq, natamam kitab belə onları birləşdirir. Hə, bir də, əlbəttə ki, axtarış birləşdirir onları.

Hər dəfə düşünürəm ki, görəsən, yarımçıq, natamam kitablar roman qəhrəmanlarını birləşdirsə də, bəs biz niyə virtuallıqda və gerçəklikdə tam, bütöv kitabların ətrafında birləşə bilmirik? Bəlkə “layk”ımız çatmır, hə?! /sim-sim.az/

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Məhəmməd peyğəmbərdən həyat dərsi
21:00 18 Oktyabr 2019
Filmimiz beynəlxalq kinofestivalda
18:45 18 Oktyabr 2019
Azərbaycan kinosunun inkişafı ilə bağlı xərclər 6 milyon manat artırılır
18:17 18 Oktyabr 2019
Quşları heç kəs öpmür – Salam Sarvandan tərcümələr
17:46 18 Oktyabr 2019
Günel Natiqin kitabı çıxdı
17:01 18 Oktyabr 2019
Şoka düşən Bakı, diri-diri yanan əsgərlər, 5 dəqiqənin hökmü - Səbuhi Sədəf yazır...
16:16 18 Oktyabr 2019
Performativ meditasiya: Eucenio Barbanın tənqidi – Aydın Talıbzadə yazır...
15:47 18 Oktyabr 2019
“Bir şeir” müsabiqəsinin mükafatlandırma mərasimi - Video
15:14 18 Oktyabr 2019
Azərbaycan teatrının Oyun Babası - Vaqif İbrahimoğlu 70
14:21 18 Oktyabr 2019
Milli azlıqların antologiyası təqdim olunub
13:41 18 Oktyabr 2019
Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim edilib - Fotolar
13:02 18 Oktyabr 2019
İsi Məlikzadənin hekayələri Kulis-də
12:51 18 Oktyabr 2019
Qadını pisdir deyə narkotikaya qurşananlar – İlqar Kamil yazır…
12:01 18 Oktyabr 2019
Müstəqil Azərbaycanın ən yaxşı romanları - Siyahı
11:25 18 Oktyabr 2019
"Netflix" "Eşq" romanından serial çəkəcək
10:55 18 Oktyabr 2019
Xalq artistinə ev verildi
10:15 18 Oktyabr 2019
“Yuğ”da "Müəmmalı bir qətlin üç versiyası”
09:52 18 Oktyabr 2019
Ucdantutma hamını bir-bir öpürdüm – Bircənin romanı
08:55 18 Oktyabr 2019
Nobeli alan yazıçının ilk müsahibəsi: “Qorxuram...”
21:00 17 Oktyabr 2019
Adil Cəmilin 65 illik yubileyi qeyd edilib
18:40 17 Oktyabr 2019