İstanbulun azansız günü

İstanbulun azansız günü
25 avqust 2015
# 12:15

1453-cü il fəthindən bəri bir gün belə olmayıb ki, İstanbulda azan səsləri kəsilsin, məscidlərdə namaz qılınmasın. Hətta işğal zamanı belə İstanbul məscidlərində azanlar verilmiş, namazlar qılınmışdı.

Yalnız o gündən başqa...

1730-cu il, 29 sentyabr. O gün Osmanlı imperiyasının tarixində bir ilk yaşandı. Məscidlər bağlandı, azan oxumaq qadağan edildi. Qadağanın səbəbi isə üsyan idi.

Pasarofça müqaviləsindən Patron Xəlil Üsyanına qədər olan 12 illik müddət Osmanlı tarixində “Lalə dövrü” adlanır. Dövrün ən vacib hadisələrindən biri Sədrəzəm İbrahim Paşanın öldürülməsi və III Əhmədin taxtdan salınmasıdır. Bu dövrdə mədəniyyət, ədəbiyyat və incəsənət sahəsindəki yüksəliş olmuş, Avropadan gətirilən texniki yeniliklər zamana öz damğasını vurmuşdu. Parisdə elçi olan Sait Əfəndi və İbrahim Müteferrika 16 dekabr 1727-ci ildə İstanbula ilk mətbəəni gətirmişdilər.

“Lalə dövrü”ndə Osmanlı imperiyasında dövlətin idarəetmə başlı-başına buraxılmış, rüşvətxorluq bütün sahələrə yayılmışdı. Nəticədə dövlət iqtisadi böhran yaşayırdı, bahalaşma şiddətli hal almışdı. Xalq arasında narazılıq artmışdı.

Üsyan belə bir dövrdə başladı. Bəyazid hamamının kisəçilərindən olan Patron Xəlilin rəhbərliyində küçəyə çıxan üsyançılar bir neçə dəqiqə içində minlərlə tərəfdar topladılar. Bu vaxt yeniçərilər də üsyana qoşuldular.

Üsyan xəbərləri sarayda ciddi qəbul edilməsə də səhəri gün Patron Xəlilin üsyançıları ilə yeniçəri rəhbərləri görüşdülər. Bu ərəfədə Dəli İbrahim adında bir din xadimi də üsyançıların rəhbərlərinə qoşuldu. Dəli İbrahim üsyançılara mübarək bir mübarizəyə başladıqlarını dedi: “Belə bir gündə azan verilməz, namaz qılınmaz”.

Dəli İbrahimin fitvası ilə o gün məscidlər bağlandı, azan oxumaq və məscidlərdə namaz qılmaq qadağan edildi. Beləliklə 1730-cu ilin 29 sentyabr günü tarixə “İstanbulda fəthdən bu yana azan oxunmayan yeganə gün” kimi tarixə keçdi.

Yeniçərilər saraya girib Üçüncü Əhmədi taxtdan saldılar. Onun yerinə taxta I Mahmud çıxdı. İbrahim paşa edam olunandan sonra cəsədi parça-parça edildi. Üsyan 29 davam etdi.

Alban Xəlilin təşkil etdiyi üsyan yatırıldıqdan, şəhər sakitləşəndən sonra Birinci Mahmud İstanbul qazisinə fərman göndərdi: “Üsyanı xatırlatdığına görə bundan sonra hamamlarda alban kisəçilər işlədilməsin”.

Yeniçərilər Osmanlı tarixi boyunca dəfələrlə üsyan etmişdilər. Bəzən sultanları taxtdan saldılar, bəzən də sədrəzəmləri, şeyxülislamları, vəzirləri edam etdilər. Ən böyük və qanlı üsyanlardan olan 1730-cu il üsyanı tarixdə “Patron Xəlil Üsyanı” adı ilə qaldı.

# 4130 dəfə oxunub

Oxşar xəbərlər

"1905-1918-ci illərdə türk əleyhinə çevrilən genosid..."  - Yaşar Qarayev Əli bəy Hüseynzadə haqqında nə yazırdı?

"1905-1918-ci illərdə türk əleyhinə çevrilən genosid..." - Yaşar Qarayev Əli bəy Hüseynzadə haqqında nə yazırdı?

12:00 9 mart 2026
“Mənim heç kimim qalmadı...” -  Qacar şahı Əli bəy Hüseynzadəni hansı əsərinə görə ordenlə təltif etmişdi?

“Mənim heç kimim qalmadı...” - Qacar şahı Əli bəy Hüseynzadəni hansı əsərinə görə ordenlə təltif etmişdi?

12:00 7 mart 2026
Xudadat bəyin acı taleyi... - Sovet hökumәti cümhuriyyәt dövrünün kadrlarından necə istifadə edirdi?

Xudadat bəyin acı taleyi... - Sovet hökumәti cümhuriyyәt dövrünün kadrlarından necə istifadə edirdi?

10:00 4 mart 2026
Qarabağ xanlığının tarixinə fərqli baxış - Əhməd bəy Cavanşir Vaqifin faciəsini necə təqdim etmişdi?

Qarabağ xanlığının tarixinə fərqli baxış - Əhməd bəy Cavanşir Vaqifin faciəsini necə təqdim etmişdi?

10:00 2 mart 2026
İkinci Dünya müharibəsinin ən qorxunc gecəsi - "Mixaylo"nun qəbrini gecə yarısı kim qazdırdı?

İkinci Dünya müharibəsinin ən qorxunc gecəsi - "Mixaylo"nun qəbrini gecə yarısı kim qazdırdı?

12:00 27 fevral 2026
Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman: Abbasqulu bəy Şadlinski kim idi?

Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman: Abbasqulu bəy Şadlinski kim idi?

15:00 24 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər