writer1

Sevda Sultanova

Məqalə sayı

853
clock12:41 calendar-gray 18 Avqust 2015 view-gray346 dəfə oxunub
view-gray346 dəfə oxunub

Ramiz Fətəliyevin ucuz amerikan zarafatları

Bir müddət öncə rejissor Tofiq İsmayılovdan müsahibə almışdım. Görüşümüz zamanı Tofiq müəllim kitabını hədiyyə elədi: “Tofiq İsmayılov: Kino və həyat”.

Qalın kitabda həm Tofiq müəllimin yaradıcılığı haqda məqalələr yer alıb, həm də rejissorun özünün kino sənəti ilə bağlı müxtəlif vaxtlarda dərc olunmuş yazıları çap olunub.

Rejissorun müəllifi olduğu məqalələrdən bir neçəsini oxudum. Və sıxıldım... daraldım...təəssüfləndim...

Çünki daha çox didaktika ruhunda yazılmış məqalələr kəsəri olmayan ümumi fikirlər toplusudur: “Rejissor geniş maraq və fəaliyyət dairəsi olan insandır. O ətrafındakı gözəllikləri görməli, hadisə və faktlara dərindən varmağı bacarmalıdır. Öz yaradıcılığına tələbkarlıqla yanaşmalı, rejissor sənətinin inkişafı üçün çalışmalı, onun mahiyyətinə, problemlərinə dərin maraqla yanaşmalı, Azərbaycan kino sənətinin ideyalarına (hansı ideyalarına?-S.S.) sadiq olmalı, kinomuzun işıqlı sabahı üçün əlindən gələni əsirgəməməlidir”

Kulis.lent.az-da müntəzəm Avropa, Asiya, Amerika rejissorlarının müsahibələrini çeviririk, məqalələrini, master-klasslarını yayımlayırıq. Eyni şeyi ölkədə yeganə akademik kino jurnalı olmuş “Fokus”da da edirdik. Və bunları böyük sevgiylə, sonsuz zövqlə hazırlayırıq. Çünki həmin rejissorların müsahibələri, master-klassları doğrudan da düşündürür, əhəmiyyətli təcrübə verir, sonsuz fikirlərə yol açır, öyrədir, qəfil güllə kimi diksindirir.

Amma bizim yaşlı, təcrübəli kinematoqafçılar haqda eyni fikri paylaşmaq çox çətindir. Uzağı onlarla iş gərəyi müsahibə götürürsən, sorğu edirsən. Fəqət yaradıcı anlamda zövq ala bilmirsən.

T. İsmaylov haqda düşüncələrimi təəssüf hissi ilə yaxınlarda APA -ya müsahibə verən ssenarist, rejissor Ramiz Fətəliyevə də aid edirəm.

Kinomuzun mövcud durumu, kino-məmur münasibətləri haqda ehtiyatlı, bir az da konyunkturaya hesablanmış, yeni, maraqlı fikirlərin yer almadığı müsahibə oxudum.

Müsahibədə diqqətimi çəkən bir neçə konkret məqama münasibət bildirəcəm.

Son illərdə çəkilən bəzi filmlərdə həm ssenarist və ya redaktor kimi R.Fətəliyevin adı keçir.

“Altıncı”, “Qraç qardaşları” ( bu filmlərin adını ona görə çəkirəm ki, Sovet vaxtı evimizdə sevə-sevə baxmışıq) filmlərinin ssenaristi R.Fətəliyev ölkə müstəqillik qazanandan sonra bu sahədə örnəyə çevriləcək, dönüş yarada biləcək ssenari yazmayıb.

Halbuki kino bilgilərini, təcrübəsini nəzərə alsaq, ondan çox şey gözləmək olardı.

Yaxınlarda ssenaristlərdən birinin Ramiz müəllimin olduğu, Ülviyyə Könülün 2011-ci ildə çəkdiyi ”Vəkil hanı” filminə baxdım. Hollivud kinosənayesinin birinci də yox, məhz ikinci, üçüncü dərəcəli filmlərindəki süjet xəttinin intonasiyasında əhvalat... Filmdəki obraz konsepsiyası, dialoqlar, ən ekstremal vəziyyətlərdə amerikasayağı zarafatlar Hollivuddan köçürülmədir.

Yazılarımdan birində amerikasayağı dialoqu təsvir etmişdim.

Məsələn, təxminən belə dialoq Hollivudun siyasi triller, kriminal, əkşn janrlı filmlər üçün tipikdir:

- Con, sən əclafsan, amma əla işlədin. Mister Smit səni görmək istəyir.

Qəhrəmanın da guya tərif-filan vecinə deyil, təvazökar davranır:

- Qələt edir. Mən Ceklə vaxt keçirməyi üstün tuturam (Sonra məlum olur ki, Cek – Amerikanın məşhur viski markası “Jack Daniels”dir).

- Con, sən it oğlusan. Hahahahaha.

“Vəkil hanı” filmi də bu səpkili dialoqlarla boldur.

...Yaxud R.Fətəliyevin ssenari müəlliflərindən olduğu digər “İstanbul reysi”ində artıq türk melodramlarında belə az müraciət olunan basmaqəlib dramaturji gedişlərdən istifadə edilib.

2008-ci ildə ekranlaşdırılan “Hökmdarın taleyi”nin rejissorlarından biri R.Fətəliyev olub. Yazılanlara inansaq, çəkiliş prosesində fikir ayrılığı yarandığından R.Fətəliyev layihəni tərk edib. Müsahibədə o, filmlə bağlı səhvləri etiraf edir: “Hökmdarın taleyi” filmi haqqında tənqidlər yazılandan sonra tarixə daha dərindən baş vurdum və gördüm ki, bəli, çox mühüm tarixi səhvlər buraxmışıq. İbrahim xanın şəxsiyyəti, qızını İrana verməsi, Cavad xanı aldatması və s. ”

Dövlət büdcəsindən bir milyon manatın ayrıldığı filmə peşəkar kinematoqrafçının məsuliyyətsizliyini nə ilə izah etmək olar?

Yeri gəlmişkən, Stenli Kubrik dövlət büdcəsi ilə film çəkmirdi, amma bir filmin ssenarisini yazanda həddən çox material oxuyurdu. Ölümündən sonra evində yüzlərlə araşdırması tapılmışdı.

Sonra jurnalistin 60-cıların nəsri ilə bağlı sualına cavabda deyir: “Amma mənə elə gəlir, Sabir Əhmədov bədii istedadına görə daha orijinaldır. Siz belə bir yazıçı tanıyırsınız”?

R.Fətəliyev azərbaycandilli ədəbiyyatla maraqlansaydı, Cavid Zeynallıya bu sualı verməzdi.

...Qısacası, təcrübəli kinematoqrafçılarımız müstəqillik dövründə kino sənəti ilə bağlı nə manifest, nə konsepsiya təklif ediblər.

Məsələnin daha faciəvi odur ki, illər öncə səndən uzaqda yaşayıb-yaratmış, kinematoqrafçılar, məsələn, Vertov, Kassavetes, Bunuel, Dreyer, Fassbinder indi də adamı həyəcanlandırır, onların filmlərində, müsahibələrində bu günün insanını, ağrısını, problemini görürsən, günün ritmini hiss edirsən, onlara dərin ruhi bağlantı, mənəvi doğmalıq duyursan. Bir addımlığımızda yaşayan rejissorların filmləri, fikirləri isə adamı laqeyd qoyur, mənəvi stimul vermir.

Çünki sənəti beyinlə sevmək yetərli deyil, onu ruhunla sevməyəndə və ya sevməyi bacarmayanda, praqmatizm ön plana keçəndə ortaya indiki durum çıxır.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

"Nizami və musiqi" mövzusunda elmi konfrans keçirildi
18:46 14 Aprel 2021
Alimlərimiz Əlişir Nəvai konfransında
17:56 14 Aprel 2021
Nə qədər acı olsa da, Seymur haqlıdır – Cavanşir Yusifli yazır...
17:05 14 Aprel 2021
Pamuku təzə romanına görə niyə linç edirlər?
16:20 14 Aprel 2021
Anar qazi-şairlərlə görüşüb
15:40 14 Aprel 2021
Öləcəyini bilə-bilə vertolyota minən Milli qəhrəman - Türkiyə prezidenti ondan nə xahiş etmişdi?
14:55 14 Aprel 2021
Ruhumuzun mistikası - Ibrahim Ibrahimli yazır
14:12 14 Aprel 2021
Ziyalılar Prezident Administrasiyasına müraciət etdi
13:31 14 Aprel 2021
Şah İsmayıl Xətainin kitabı nəşr olundu
12:47 14 Aprel 2021
Azərbaycandan borc istəyən Atatürkün məktubu - Nadir fakt
12:05 14 Aprel 2021
Kanalizasiyada ölən Əhməd məhəlləni necə xilas etdi?
11:25 14 Aprel 2021
“Tik-tok”da videosu çıxdığına görə döyülən qadın
10:44 14 Aprel 2021
Tanınmış rejissor vəfat etdi
10:15 14 Aprel 2021
"Ürəyim istəyən qədər boşboğazlıq etmək istəyirəm" - Seymur Baycanla müsahibə
09:00 14 Aprel 2021
Mərakeşdə Azərbaycanla bağlı kitab nəşr olundu
18:59 13 Aprel 2021
Gənc yazarla görüş keçiriləcək
18:08 13 Aprel 2021
44 günlük müharibəyə həsr edilən şeirlər kitabı çıxdı
17:21 13 Aprel 2021
Bir əliylə köksünü tutmuş... – Orxan Vəlidən seçmə şeirlər
16:45 13 Aprel 2021
Niyə kitab oxumalıyıq?
15:54 13 Aprel 2021
Kamal Abdullanın hekayəsi Gürcüstanda çap olunub
15:01 13 Aprel 2021