Varlı kişilərə nə vaxt tüpürməli

Varlı kişilərə nə vaxt tüpürməli
17 avqust 2015
# 08:00

Kulis.az “Ən qalmaqallı filmlər” layihəsində amerikalı rejissor Uesli Raqqlzın (1889 — 1972) “Mən mələk deyiləm” komediyasını təqdim edir.

Səssiz kinoda aktyor kimi fəaliyyətə başlayan Raqqlz Çarli Çaplinlə də bir neçə filmdə tərəf müqabili olub.

Daha sonra rejissor kimi işləyən Raqqlz 50-dən çox film lentə alıb. Onun 1931-ci ildə Amerika yazıçısı Edna Farberin romanı əsasında ekranlaşdırdığı eyni adlı “Simarron” filmi Oskara layiq görülən ilk vestern idi.

Bununla belə rejissora uğuru daha çox yüngül komediyaları gətirib: “Çətin kişi”, “Yumor məktəbi”, “Balero” və s.

Bu layihədə onun “Mən mələk deyiləm” komediyasını təqdim edirik.

Süjeti: Cəsur Tayra sirkdə rəqqasə və şirlərin təlimçisi işləyir. Onun pula ehtiyacı olduğu üçün riskli bir addıma qərar verir: başını şirin ağzına qoymağa razılaşır. Bu nömrə ilə sirk Nyu-Yorka qastrola gedir. Tayra çıxışından sonra varlı kişilərlə flirt edir, onları tovlayır. Zəngin kişilərdən bahalı hədiyyələr alan qadın sonra onları atır. O, varlı kişilər arasında həyatının sevgisini tapmaq ümidindədir. Falçı ona qismətində olan kişinin qarasaçlı və zəngin olduğunu deyir. Tayra nəhayət ki, onunla rastlaşır, amma özü də bilmədən intriqanın qurbanı olur.

Film ekranlara çıxmazdan öncə Kino məhsullarının İstehsal Qaydalarına Nəzarət Təşkilatı filmə məhdudiyyətlər qoydu.

Onlar baş personaj Tayranı, hər vəchlə öz məqsədinə nail olmasını, varlıları tovlamasını, bahalı əşyalar daşımasının qabardılmasını, ədəbsiz jestlərini, açıq qiyafətlərlə tamaşaçının diqqətini çəkməsini pisləyirdilər. Bundan başqa tənqidə məruz qalan həm də onun həyat fəlsəfəsi idi: “Həyatdan bacardığın qədər hər şey al, bacardığın qədər az şey ver. Varlı kişiləri axtar, başdan çıxar sonra isə onlara tüpür”.

“Motion Picture Herald” adlı konservativ jurnalın naşiri, katolik Martin Kuiqli filmi al-qırmızı əlbisədə bədnam fahişə obrazını yaratmaq vasitəsi adlandırırdı. Onun fikrincə, filmdə sevgi instinktləri birmənalı olaraq fiziki həzzə yönəlib və Tayranın ədası, işvəsi mahiyyətcə qəbul olunmaz davranışlarını ört-basdır etməyə xidmət edir.

1933-cü ildə Kinostudiyalarla Əlaqə Komitəsinin sədri Ceyms Uinheyt filmə baxandan sonra rəyində yazırdı: “Filmdə heç bir xüsusi arzuolunmaz səhnə yoxdur və o, qaydalara əsasən çəkilib”.

Dindarlar filmi “mənəviyyatsız, iyrənc, açıq-saçıq və ləyaqətsiz” kimi qiymətləndirir, onun kinoteatrların repertuarından çıxarılmasını tələb edirdilər. Onlardan biri “Mən mələk deyiləm”i indiyə kimi gördüyü ən rəzil film adlandırmışdı. Katoliklər təşkilatı bu ekran əsərini qadağan olunan filmlər siyahısına daxil etdi.

Kino tənqdiçiləri isə ən çox baş rolun ifaçısı Mey Uestin (qeyd edək ki, filmin ssenari müəlliflərindən biri aktrisanın özü idi) iti fikirləri, hazırcavablığı heyran eləmişdi. Onlar hətta bu filmi “xoş” adlandırıdılar: “Ola bilsin Uestin oyunu bəzi tamaşaçıları təhqir edib, amma bu film kinoteatrlara böyük gəlir gətirdi. Onu sevənlər də, sevməyənlər aktrisaya görə kinoteatra gəlir. Kilsədə çalışanlar “təmiz, məsum film”lər istəsələr də, özləri də Uestə baxmağa həvəslə gəlir, hətta onların dediyi kimi “təmiz, məsum” filmlərin göstərildiyi kiçik zallara tərəf heç baxmırlar da”.

Bununla belə “Bədii Filmlərin Prodüser və Distribyütor Assosiasiyası” “Mən mələk deyiləm” komediyasını “İ” kateqoriyasına daxil etdi. Bu, o demək idi ki, film prokatdan çıxarılır və daha nümayiş olunmayacaqdı.

“Mən mələk deyiləm” komediyası Mey Uestin komediya istedadını üzə çıxardı. Tənqidçilər onun bədən plastikasına heyran olmuşdular.

Ümumiyyətlə, Uest özü qalmaqallı persona idi. Onun “Seks” adlı pyesi əsasında Brodeveydə qoyulan tamaşa kəskin tənqidlərə məruz qalmışdı. Açıq rəqsləri ilə məşhur olan aktrisa pyesə görə on gün həbs olunmuşdu.

O, seks haqda açıq danışan ilk adamlardan biri idi və eyni zamanda seksual azlıqların müdafiəsinin təşəbbüskarlarından olub.

1930-cu illərdə onun pyes və ssenariləri senzura tərəfindən ciddi yoxlanılırdı.

# 3240 dəfə oxunub

Oxşar xəbərlər

Alan Parker:  "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə

Alan Parker: "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə

10:00 2 avqust 2026
“Hörümçək adam” ilk gün nümayişində rekord qırdı

“Hörümçək adam” ilk gün nümayişində rekord qırdı

17:10 31 iyul 2026
"O" filmi  fərqli formatda təqdim olunacaq

"O" filmi fərqli formatda təqdim olunacaq

15:45 31 iyul 2026
Dünya komediyasının məşhur komissarı  - Lui de Fünesin 3 məşhur rolu

Dünya komediyasının məşhur komissarı - Lui de Fünesin 3 məşhur rolu

15:30 31 iyul 2026
“Sən, ey uşaqlıq”  müsabiqəsinin qalibləri müəyyən olundu

“Sən, ey uşaqlıq” müsabiqəsinin qalibləri müəyyən olundu

13:50 31 iyul 2026
"Netflix" 105 milyon dollarlıq məhkəməyə verildi - Nümayiş olunmamış filmin nüsxəsi oğurlandı

"Netflix" 105 milyon dollarlıq məhkəməyə verildi - Nümayiş olunmamış filmin nüsxəsi oğurlandı

13:15 31 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər