Bu dünyadan kitab oxumayıb gedənlər

Bu dünyadan kitab oxumayıb gedənlər
23 aprel 2015
# 14:58

Bərpaçıya məktublar silsiləsindən

Cavanşir YUSİFLİ

Yaxınlarda kitab haqqında danışmalı oldum. Uşaqlıqdan üzü bəri oxuduğum bütün kitablar keçdi göz önündən. Onların hamısı tək bir kitab olmadı. Məni “kitab” maraqlandırır – kitab metaforası. Kitabı oxumaqda hardan başlamalı? İlk cümlə deyirlər, - gərək o qədər tutarlı olsun ki, səni ta sona qədər çəkib apara bilsin. Bizim kitablarda ilk cümlə yoxdu, daha doğrusu çatışmır, - əvəzində müəllif var, qorxunc, heybətli, sanki qalın bir meşənin içindən gəlib, çinində qoşalülə, başında qulaqlı papaq. Ov adamı. Yox, zarafatı burax deyirəm. Zarafat yeri deyil, eyş-işrət dəmidir, süzün badələrə, dolsun ləbaləb, qaldırın... bunu da içək bu dünyadan kitab oxumayıb gedənlərin sağlığına.

İlk cümlə yoxdur, onun olacağı yerdə müəllif kamali-ədəblə oturub bir sal qaya qaşında, tilovunu atıb dərin-dərin dəryaların dibinə. O ümidlə ki, tilovuna bir gün qızıl balıq düşə... Lap düşdü, balıq sənin yerinə roman yazası deyil ki... Məsələ heç bunda da deyil, məsələ bir az qəlizdir. Müasir dövrün ədəbiyyatı əslində bir az da zorlanmış ədəbiyyatdır. Şərqdən qərbə, şimaldan cənuba nə qədər söz oynadan şair var, amma onların yaddaşında Nəbati yoxdu. Hissi. Duyğunu... yaşamamış onu doğmaq, “istehsal” etmək istəyənlərin şeirləri düzü-dünyanı tutub... durduğum yerdəcə yol gedirdim, birdən... elə bil var gücüylə gedən maşında əyləc basıldı, yer-yerindən oyandı, qapı açıldı, misralar töküldü yerə, çürük qoz misalı...

Ya da belə: vur-çatdasın, qulaq deşən səs-küyün içində sükutun içinə düşdüm, gözümü açanda gördüm bir mağaradayam. Adını bilmədən yaşadığım hisləri “gördüm”, yazmaq istədim alınmadı. Bu sulara tilov düşməz dedilər. Kor-peşman geri qayıtdım. Yəni, biz... gözləmirik ki, bu şeir, bu misra, gəlib bizi haxlasın, özümüz onun başının üstünü kəsirik, cəllad kimi... Beşatılan götürüb, qulaqlı papaq qoyub mövzuları ovlayırıq, S.Vurğun demişkən, cavab gəldi güllələrdən, şair nə tez qocaldın sən... Nə gündəsən, nə gündə...

İlk cümləmiz yoxdu. Yazan adamlara tamaşa eləyirəm, bunlar mən biləni ağ kağızla baxışana oxşamırlar...

Aha...

# 1395 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #