news-inner
clock21:00 calendar-gray 01 Aprel 2015 view-gray189 dəfə oxunub
view-gray189 dəfə oxunub

Öləndə molla istəməyən, bədənində güllə gəzdirən dahi yazıçımız

Dahilər haqqındakı qeyri-adi əhvalatlar hər zaman maraq dairəmdədir. Ara-sıra dahilərin bilinməyən tərəfləri haqqında maraqlı məqamları oxucularla da bölüşürəm. Dünya ədəbiyyatının tanınmış və qalmaqallı simaları haqqında müxtəlif vaxtlarda bir çox yazı yazmışam. Amma təəssüf ki, yerli müəlliflərin şəxsi həyatı, gizlinləri ilə bağlı bu cür araşdırma yazıları oxucular, xüsusən haqqında yazılan yazıçının və ya şairin qohum əqrəbası tərəfindən xoş qarşılanmır, yersiz mübahisələr, etirazlar, təhdidlər başlayır.

Ernest Hemenquey, Artur Rembo, Trumen Kapote, Göte, Bukovski, Coys, Prust, Ginsberq haqqında yazmaq nə qədər asandırsa, həmvətənimiz olan Əli Kərim, Aydın Əfəndi, Hüseyn Kürdoğlu, Səməd Vurğun haqqında yazmaq, yazıdan sonrakı reaksiyalara tab gətirmək bir o qədər çətindir.

Azərbaycan ədəbiyyatında elə imzalar var ki, onların həyat tərzi heç də sadaladığım dünya ədəblərinin yaşantılarından maraqsız deyil...

Bu yazı dahi Mirzə Cəlil haqqındadır.

Ötən əsrin əvvəllərində ədəbiyyatımızın gələcək taleyinə yön vermiş böyük qələm adamlarından biri, ədəbiyyatımızın çox önəmli siması Cəlil Məmmədquluzadənin şəxsi həyatındakı bir çox detallar olduqca təsirlidir.

Dahi adaşımın sıxıntılar, məhrumiyyətlər içində yaşaması ədəbiyyatla tanışlığı olan heç kəsə sirr deyil. Mirzə Cəlilin şəxsi həyatı, ədəbi və ictimai fəaliyyəti ilə bağlı əvəzsiz mənbələrdən biri Həmidə xanım Məmmədquluzadənin “Mirzə Cəlil haqqında xatirələrim” kitabıdır. Eyni zamanda Mirzə Cəlilin məktubları da kitab halında çap olunub. Hər iki kitab əvəzsiz mənbədir.

Mirzə Cəlil çox çətin və kəşməkəşli həyat yaşayıb.

O, çox ağır rejimdə çalışırmış. Həmidə xanım yazır: “Mirzə Cəlil gecə saat 4-ə kimi işləyirdi, yorulurdu, tez-tez başı ağrıyırdı, qanı az, rəngi solğun olurdu. Həkimlər ona vaxtaşırı kənddə yaşamağı, təmiz havada olmağı və zehni əməklə az məşğul olmağı məsləhət görürdülər. Lakin, o, həkimlərin məsləhətinə çox nadir hallarda əməl edirdi.”

Ümumiyyətlə Mirzə Cəlilin yaşadığı çətinliklər, üzləşdiyi basqılar, psixoloji və siyasi təzyiqlər bir yana, sağlamlığı da ona hər zaman problem yaradıb. Bu barədə dostlarına və ailə üzvlərinə yazdığı məktublarda olduqca maraqlı detallara rast gəlmək mümkündür.

Səhhətində problemlər olsa da Mirzə Cəlil sağlamlığına laqeyd qalmır, vaxtaşırı sanatoriyalara gedir, müalicə kursları alır, “ilin hər fəslində soyuq suda çimir, hətta qışda da otağın pəncərələrini açıq qoyub yatırdı”.

Bakının havasını və şəhər həyatını sevməzmiş. Hər zaman təbiətə, kənd mühitinə can atarmış.

Mirzə Cəlilin səhhəti çox erkən (35-40) yaşlarında pozulmağa başlayıb. O ömrünün sonunacan revmatizm, hipertoniya, skleroz xəstəliklərindən, ürək və baş ağrılarından əziyyət çəkib.

Eyni zamanda böyük ailəsini dolandırmaqda hər zaman çətinlik çəkib, maddi problemlərdən xilas ola bilməyib.

Bəlkə də çoxları bilmir ki, Mirzə Cəlil ömrünün sonunacan bədənindəki güllə ilə yaşayıb. 1898-99-cu illər arasında böyük yazıçının həyat yoldaşı Həliməxatun dünyasını dəyişir. Bu ərəfələrdə yazıçı evdə tapançasını təmizləyib patronla doldurarkən silah əlində açılır və sol əlinin baş barmağı yaralanır. Qanı kəsmək mümkün olsa da, gülləni baş barmağın ətrafındakı toxumadan çıxarmaq mümkün olmur. O 30 ildən artıq bədənindəki gülləylə yaşayır.

Amma Mirzənin həyatındakı maraqlı detallar bununla bitmir. 1920-ci ildə kənddə atdan yıxılsa da xoşbəxtlikdən zədələnmir.

1930-cu ilin əvvəllərində məlum olur ki, onda skleroz xəstəliyi var. Ancaq Mirzə pəhrizdən imtina edir, həkimin məsləhətlərini dinləmirdi.

Həmidə xanımın xatirələrindən oxuyuruq ki, 1930-cu ildə Kislovodskidən qayıdanda həkimi Mirzə Cəlilə ağzı bağlı zərf verir ki, Bakıda onu müalicə edəcək həkimə çatdırsın. Mirzə səbir edə bilməyib məktubu oxuyur. Məktubda “Xəstənin kitabı bağlanmışdır. O, iki aydan artıq yaşamaz” yazılıbmış.

Həmidə xanım yazır ki, bu məktub Mirzə Cəlilə çox pis təsir edir. Dövrünün ən cəsarətli qələm sahibi ölümdən bərk qorxurmuş. Məlum məktubdan sonra bir il də yaşayır. Hadisədən on ay keçəndən sonra Mirzə Həmidə xanıma deyirmiş: “Həkim səhv edibmiş, mən onun müəyyən etdiyi vaxtdan 10 ay artıq yaşamışam.”

1931-ci ildə səhhətindəki problemə görə “Molla Nəsrəddin” jurnalının rəhbərliyini Məmmədəli Sidqiyə təhvil verir və evə qapanır.

Haqqında yazılan xatirələrdən məlum olur ki, Mirzə Cəlil ömrünün son günlərində Həmidə xanıma qəfil öləcəyini, heç kəsi narahat etməyəcəyini deyir, molla çağırmamağı tapşırırmış.

Ölümündən üç gün əvvəl küçədə yıxılır və yoldan keçənlərin köməyi ilə ayağa qalxıb evə gəlir.

Ölümünün yaxınlaşdığını iki gün öncədən hiss edir. Həmidə xanım yazır: “Qənd almaq üçün kassadan pul götürməyə getdi. Qayıdanda dedi ki, bu gün bir neçə dəfn mərasiminə rast gəldim, yaman çox adam ölür.” Gecə yenə təngnəfəs olur, yata bilmirdi. Səhər mənə dedi: “Sanki bir əl boğazımdan tutub məni boğur, gecəni yata bilmirəm.””

1932-ci il yanvarın 4-də ev işləri ilə məşğul olarkən Mirzə Cəlilin beyninə qan sızır və həkimlərin onu xilas etməsi mümkün olmur...

Beyninə qan sızdıqdan sonra oğlu Midhətlə görüşmək istədiyini desə də, oğlu gələndə ölüm ayağında olan Mirzə Cəlil onu tanımır.

Bütün ömrünü əzab-əziyyət içərisində keçirən Mirzə Cəlil yaxınlarının əhatəsində həyata vida deyir...

Oxşar xəbərlər

Xəbər lenti

Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın - İlqar Kamil yazır...
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020