writer1

Qan Turalı

Məqalə sayı

228
clock09:40 calendar-gray 20 İyul 2011 view-gray2991 dəfə oxunub
view-gray2991 dəfə oxunub

Axundovu təhqir etmə rəzilliyi

Keçən həftə dindar saytlarından biri mən və Kulis.az haqqında ən murdar şeyləri yazmışdı.

Hüquqşünas dostlar həmin saytı məhkəmə verməyi təklif etdilər.

Yazar dostlar isə cavab yazmaq istəyirdilər, lakin mən razı olmadım.

Mətbuatda onlarla polemika aparmışam və görmüşəm ki, polemikada bəzən cavab verməmək ən yaxşı cavabdır.

Lakin bu həftə başqa bir dindar sayt Mirzə Fətəli haqqında hədyanlar yazdı.

Guya Mirzə Fətəli məşhurlaşmaq üçün islamı tənqid edirmiş.

Özüm haqda yazıya cavab verməyə gərək duymasam da Mirzə Fətəli haqda yazıya mütləq cavab verməyi qərara aldım.

Çünki Mirzə Fətəli Azərbaycan çağdaş mədəniyyətinin atasıdır.

Çünki Mirzə Fətəli dramaturgiyamızın atasıdır.

Mirzə Fətəli teatr olmayan zamanlarda dram əsərləri yazırdı.

O altı dram əsərinini yazıb qurtarandan 6 il sonra ilk dram səhnəyə qoyuldu.

Axundov Qərb ədəbiyyatını Azərbaycana gətirməyi bacardı, ədəbiyyatı şeirin-qəzəlin öhdəliyindən çıxartdı.

Mirzə Cəlildən tutmuş Sabirə qədər bütün klassiklərimiz özlərini Axundovun varisi sayırdılar.

Axundov tək idi, aydınlarımızdan ancaq Bakıxanovla tanış idi, onuna da fikirləri üst-üstə düşmürdü.

O zamanlar başqa aydın da yox idi zatən.

Səhrada bir vahə idi, bir elm təşnəsi idi, yalqızlıqda bəhrəsini uzun illər sonra görəcəyi əsərlər yazırdı.

Axundovun ən çox qıcıq doğuran “Kəmalüddövlə”si sağlığında çap olunmamışdı.

Axundov çarizmin də nökəri olmamışdı.

Çarizmin mənafeyinə uyğun gəlməyən azadlıq ideyaları haqda yazmışdı, azadlığın böyük gücünə inanmışdı.

Bu gün çoxları Con Stüart Milli tanımır, amma Axundov onun haqqında məqalə yazmışdı.

Axundov elmin gücünə inanırdı, zəkanın gücünə inanırdı, sonuna qədər realist, sonuna qədər rasional idi.

Hətta Osmanlı qədər böyük bir dövlət belə öz Axundovunu yetişdirməyi bacarmamışdı.

Axundovun ürəyi daim xalq üçün döyünürdü, xalqın maarifi üçün döyünürdü.

Çətin öyrənilən ərəb əlifbasını dəyişmək üçün az əziyyət çəkməmiş, lakin bütün əziyyətləri heçliklə qurtarmışdı.

Bəlkə də həyatını təhlükə qarşısında qoyub Çar Rusiyasının əbədi-əzəli düşməni olan Osmanlı sarayına getmiş və yeni əlifbanı tətbiq etmək üçün onlardan yardım istəmişdi.

Doğrudur, çiynində çarın polkovnik poqonunu daşıyırdı, lakin o "ordenlərin altında ürək xalq üçün döyünürdü".

O döyüntü susmadı, sonra Mirzə Cəlildə, Sabirdə dirildi və hələ də susmur.

Lakin cəhalətin səsi də hələ kəsilməyib.

Razıyam, Axundovun islama yönəlik tənqidləri çox kəskin idi, bəzən həqarət səviyyəsində idi.

Lakin xristianlıq haqqında Axundov qədər sərt şeylər yazan Fridrix Nitsşeni alman xalqı məhv etməlidir?

Fransız xalqı Ernst Renanı, Volteri tarixdən silməlidir?

(İki qısa qeyd: 1. Cəmaləddin Əfqani Parisdə olanda öz düşüncələri ilə Renanı məftun etmişdi. 2. Əhməd bəy Ağaoğlunun müəllimi olmuşdu).

Bəlkə türk xalqı ateist olduğu üçün Nazim Hikmətin şeirlərini yandırmalıdır?

İnsan öz inancını yaşamaqda sərbəstdir.

Bunun üçün tolerantlıq vacibdir.

Və Axundov yalnız Azərbaycan ateistlərinin sevimlisi deyil, o ədəbiyyatımızın klassikidir.

O Şərqdə teatrın əsasını qoymuş adamdır, Şərqin Molyeri adlandırılan möhtəşəm dramaturqdur, Aldanmış kəvakiv povesti ilə Azərbaycan nəsrini yaratmış dahidir.

Onun fikirləri ilə polemikaya girmək də olar, onunla razılaşmamaq da olar, amma onun məşhurlaşmaq üçün Kəmalüddövləni yazdığını iddia etmək rəzillikdir, başqa bir şey deyil.
REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xalça şərqisi – Rafiq Tağının hekayəsi
21:01 05 Avqust 2021
Mirzə Cəlilin nəvəsi Fransadakı səfirliyimizdə olub
18:54 05 Avqust 2021
Qəbələ Musiqi Festivalı başa çatdı
18:14 05 Avqust 2021
Yaxınları Rafiq Tağını ziyarət etdi - Foto
18:07 05 Avqust 2021
Tanınmış yazıçı ilə görüş keçiriləcək
17:30 05 Avqust 2021
Axına qarşı üzmədən nəyəsə nail olmaq qeyri-mümkündür
17:01 05 Avqust 2021
Azərbaycanda etdiyi bu rəqsə görə Rafet El Romanı topa tutdular - Video
16:14 05 Avqust 2021
Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban demişdi” – Müsahibə
15:21 05 Avqust 2021
Yaponiyada alovlanan olimpiya məşəli və Türkiyədəki meşə yanğınları
14:43 05 Avqust 2021
Nobelli şair məhkəməni uddu
14:01 05 Avqust 2021
"Çocuklar duymasın"ın Havuçu yanğınsöndürənlərə qoşuldu - Fotolar
13:12 05 Avqust 2021
Başı kəsilən Sevinci necə xilas edə bilərdik?
12:26 05 Avqust 2021
Əri evə başqa qadın gətirdi, efirə çıxarmaq üçün ona əxlaqsız təkliflər etdilər, iki uşağıyla ac-susuz qaldı – Səfil həyatı yaşayan xanəndəmiz
12:02 05 Avqust 2021
Flora Kərimovanı hədəfə alanların əsl siması – Sevda yazır...
11:01 05 Avqust 2021
Azərbaycanda yeni musiqi aləti yaradıldı - Foto
10:31 05 Avqust 2021
44 müəllifdən 44 ən yaxşı hekayə - Yeni layihə
10:01 05 Avqust 2021
Kosmik raketlərdən bəhs edən peyğəmbər hədisi – Zamin yazır...
09:00 05 Avqust 2021
Xalq artisti Rafiq Hüseynovun film kimi həyatı - Maraqlı faktlar
21:00 04 Avqust 2021
Amerikalı vokalçının “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
18:45 04 Avqust 2021
Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü
18:01 04 Avqust 2021