Türkiyənin Porsuk çayı ətrafında incəsənət, mədəniyyət və əyləncəni bir araya gətirən I Beynəlxalq Əskişəhər Porsuk Festivalı başlayıb.
Kulis.az xəbər verir ki, Əskişəhər Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən festival sentyabrın 6-dək davam edəcək.
Şəhərin azadlıq gününə (2 sentyabr) təsadüf edən bu 5 günlük mədəniyyət bayramında musiqi, teatr, kino, rəqs və sərgilər daxil olmaqla bütün tədbirlər tamamilə ödənişsiz təqdim olunur.
Türkiyə ilə yanaşı Azərbaycan, ABŞ, Almaniya, Böyük Britaniya, Cənubi Koreya, İtaliya və digər ölkələrdən gələn sənətçilərin qatıldığı festivalın zəngin proqramı diqqət çəkir:
Musiqi və Şou: "Mor ve ötesi", "Pinhani", "Kore Gyeonggi Sinawi" Orkestri və "Big Band Firebird" kimi qrupların konsertləri, həmçinin Porsuk çayının məşhur qondollarında canlı musiqi ifaları keçirilir.
Teatr və Rəqs: "Craft Tiyatro"nun "Dalgakıran", "Bahçe Galata"nın "Nora 2" tamaşaları, "Khatun" rəqs şousu, həmçinin İtaliya və Bolqarıstandan gələn teatr truppalarının uşaq tamaşaları təqdim olunur.
Kino və Sərgilər: "Nehir Sineması" çərçivəsində açıq havada film nümayişləri, "Populous" heykəltaraşlıq sərgisi və Beynəlxalq Qardaş Şəhərlər Foto Sərgisi ziyarətçilərə təqdim edilir.
Qeyd edək ki, festival sentyabrın 6-da Avropa Şurasının Şərəf Bayrağı Mükafatının təqdimetmə mərasimi və "Mor ve ötesi" qrupunun Əskişəhər Simfonik Orkestri ilə birgə keçirəcəyi simfonik konsertlə yekunlaşacaq.
I Beynəlxalq Əskişəhər Porsuk Festivalı başladı - Azərbaycan da iştirak edir
Oxşar xəbərlər
Ahmet Bican Ercilasun: "Gülçöhrə və Əsgər"i izləmək belə Azərbaycanı qorumaq üçün yetərli səbəbdir..."
11:40
18 oktyabr 2026
"Bədxahlarım məni yad ünsür adlandırmışdır..." - Muxtar Əfəndi Üzeyir Hacıbəyliyə yazdığı ərizədə nəyi rica edirdi?
10:30
18 oktyabr 2026
18 oktyabr - Müstəqillyin Bərpası Günüdür
10:00
18 oktyabr 2026
Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı
14:50
17 oktyabr 2026
"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə
14:15
17 oktyabr 2026
İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?
13:30
17 oktyabr 2026