news-inner
clock17:14 calendar-gray 04 Fevral 2015 view-gray232 dəfə oxunub
view-gray232 dəfə oxunub

Yunanıstanın səfiri Tərcümə Mərkəzində

Fevralın 4-də Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqas Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Mərkəzin direktoru Afaq Məsud qonağı salamlayaraq, qurumun fəaliyyət istiqamətləri, dil və tərcümənin təkmilləşdirilməsi üzrə həyata keçirdiyi layihələr barədə, eləcə də bu illər ərzində qədim yunan fəlsəfəsindən tərcümə və nəşr edilən əsərlərdən danışıb: “Bu əsərlər müxtəlif illərdə Mərkəzin “Xəzər” dünya ədəbiyyatı” jurnalında dərc olunub. Bu il isə Mərkəz məşhur yunan filosofu və ədibi Sofoklun “Antiqona” əsərinin tərcüməsini həyata keçirib. Kitab hal-hazırda istehsalat prosesindədir. Əsərin yaxın zamanlarda Akademik Milli Dram Teatrın səhnəsində tamaşaya qoyulması da planlaşdırılır”.

Bunun ardınca, direktor dünya dillərinə tərcümə olunan ədəbiyyatların çox zaman həvəskar tərcüməçilər tərəfindən həyata keçirilməsi probleminə toxunub: “Səfirlərlə görüşlər zamanı məlum olur ki, müxtəlif ölkələrin ədəbiyyatı bizim dilə və bizim ədəbiyyatımız başqa dillərə kimlər tərəfindənsə tərcümə olunur. Sonrakı araşdırmalar çox vaxt bu işin qeyri-peşəkar həvəskarlar tərəfindən, müəyyən qrantlar almaq niyyəti ilə həyata keçirildiyini aşkarlayır. Bədii tərcümə – ciddi sənət hadisəsi olmaqla yanaşı, həm də təmsil etdiyi xalqın, ölkənin mənəvi mentallığının göstəricisidir. Bu sahəyə dövlət səviyyəli maraqlar prizmasından yanaşılması vacibdir”.

Direktor həmçinin, “Tərcümə Mərkəzinin kitabları” başlığı altında nəşr edilən kitablardan, beynəlxalq kitab sərgilərində qazanılan uğurlardan danışıb: “Fəaliyyətə başladığımız bu beş ayda Mərkəz Höteborqda, İstanbulda, Şarcada, Qahirədə keçiriən Beynəlxaq Kitab sərgilərində Azərbaycanı uğurla təmsil edib. Yaxın günlərdə Minskdə, apreldə Londonda və Turində, mayda Praqada, iyulda Tokioda keçiriləcək sərgilərə hazırlaşırıq. Ötən həftə 46-cı Qahirə Kitab Sərgisinə qatılan Mərkəz sərginin 2015-ci ilinin Fəxri Qonağı seçilib”.

Daha sonra cənab D.Tsounqas fikirlərini bölüşüb: “Azərbaycanda belə bir təşkilatın yaradılması olduqca sevindiricidir. Bu Mərkəz mənə doğmadır, ona görə ki, dil və ədəbiyyat üzrə təhsil almışam. Bildiyiniz kimi, yunan dili bütün Avropa dillərinin əsasını təşkil edir. Mən bununla fəxr edirəm, amma təkcə yunan dilini bilmək bizə kifayət eləmir. Artıq 60 ildir ki, Yunanıstanda xarici dillər tədris olunmağa başlayıb. Biz klassik yunan mütəfəkkirlərinin əsərlərinin xarici dillərə tərcümələrinə ehtiyac duyuruq, eyni zamanda başqa xalqlar da, düşünürəm, bu işdə maraqlıdırlar. Sevinirəm ki, azərbaycanlı alim Əli Sultanlı yunan müəlliflərinin əsərlərini tədqiq edib, dəyərli bir kitab yazıb. Mən həmin kitabı və Bakı Slavyan Universitetinin nəşr etdiyi N.A.Kunun “Qədim Yunanıstanın mifləri və əfsanələri” kitabını Milad bayramında ölkəmizin Parlament üzvlərinə, dövlət adamlarına hədiyyə göndərdim. İstərdik ki, Nobel mükafatı almış iki yunan yazarının – Odysseas Elytis və Giorgos Seferisin əsərləri dilinizə tərcümə olunsun.

Təəssüf ki, Yunanıstanda Azərbaycandakı Tərcümə Mərkəzi kimi dövlət qayğısıyla fəaliyyət göstərən qurum yoxdur, ancaq yazıçı və tərcüməçilər assosiasiyası fəaliyyət göstərir. Çalışacağam ki, Tərcümə Mərkəzi ilə həmin qurumlar arasında sıx əlaqələr qurulsun”.

Tərcümənin spesifik sahələr üzrə təkmilləşməsi məsələsinə gəlincə, səfir bildirdi: “Ölkəmizdə spesifik sahələr üzrə tərcüməçilərin hazırlanması üçün fakültələr mövcuddur. Lakin hər hansı spesifik sahə üzrə ali təhsil almış şəxsin belə, tərcümə işi ilə məşğul olması üçün aidiyyətli qurumların xüsusi razılığı alınmalıdır”.

Salonikidə və Afinada keçirilən Beynəlxalq Kitab Sərgilərində Tərcümə Mərkəzinin iştirakını arzu etdiyini bildirən səfir Mərkəzin 2016-cı ildə YUNESKO-nun təşkilatçılığı ilə Salonikidə keçiriləcək Aristotel irsinə həsr olunmuş beynəlxalq tədbirdə də iştirak etməsini arzuladığını bildirdi.

“İstərdik ki, Azərbaycan bu tədbirdə də Fəxri Qonaq qismində iştirak etsin”.

Sonda səfir Azərbaycan şairlərinin yunan dilində çap olunan kitabı və yunan klassiklərinin əsərlərini Tərcümə Mərkəzinin kitabxanasına hədiyyə edəcəyini bildirdi.

news-inner-user

20021 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Traviata” operası nümayiş olundu
12:09 25 Sentyabr 2021
Azərbaycan beynəlxalq kitab yarmarkasında iştirak edir
10:55 25 Sentyabr 2021
Sevginin intihara apardığı qadın
09:00 25 Sentyabr 2021
“Yusif Vəzir Çəmənzəminli və Şumer qaynaqları” kitabı çapdan çıxıb
18:07 24 Sentyabr 2021
Teatr və kinoteatrlar açılır - Qərar
17:53 24 Sentyabr 2021
Yağış düşdü sahildəki daşlara - Musa Yaqubdan seçmə şeirlər
17:30 24 Sentyabr 2021
Fərid Hüseynin yeni kitabı çap olundu
16:49 24 Sentyabr 2021
“Səs Azərbaycan” başlayır: Münsiflər kim olacaq? - Foto
16:05 24 Sentyabr 2021
Akademikin yeni kitabı təqdim olundu
15:20 24 Sentyabr 2021
Dükanlara borclu qalan Xalq artistimiz: O, yerişini də itirmək üzrədir...
14:30 24 Sentyabr 2021
Yazıçımızın kitabı Sankt-Peterburqda çıxdı
13:45 24 Sentyabr 2021
Qızları güldürməkçün sənin kimi xaç çəkərdik - Azərbaycanlı şair Roma Papasına şeir yazdı
13:01 24 Sentyabr 2021
Rusdilli olmaq başqa, rus dilini bilmək başqa: Özünə hörmət etməyən kimlərdir?
12:15 24 Sentyabr 2021
Ana dilini bilməyən nankorlara - Günün şeiri
11:38 24 Sentyabr 2021
Musa Yaqub xanımının məzarı üstündə şeir oxuyur - Video
11:01 24 Sentyabr 2021
Qızı ilə rusca danışan Elgiz
10:30 24 Sentyabr 2021
İbrahim Tatlısəs 12 il sonra konsert verdi - Video
10:02 24 Sentyabr 2021
Qərb ölkələrini fəth edən Azərbaycan mahnısı - Onu necə lağa qoydular?
09:01 24 Sentyabr 2021
Bir gəncin anormal istəkləri – Orxan Bahadırsoydan 18+ hekayə
21:00 23 Sentyabr 2021
Bakıda simfonik musiqi axşamı keçirilib
19:01 23 Sentyabr 2021