writer1

Cəlil Cavanşir

Məqalə sayı

294
clock08:30 calendar-gray 20 Yanvar 2015 view-gray223 dəfə oxunub
view-gray223 dəfə oxunub

Qərənfili ağlatmaq

20 yanvar faciəsinin 25-ci ildönümüdür.

1990-cı il yanvar ayının 19-dan 20-sinə keçən gecə Sovet ordusunun Bakıda törətdiyi qətllər, insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biri kimi tarixə düşüb.

Azadlıq, müstəqillik üçün ayağa qalxmış bir millətin, xalqın haqq səsinin bu şəkildə boğmaq, Sovet hərb maşını üçün yenilik deyildi.

“20 yanvar” faciəsi əslində 18-ci ilin aprel işğalının, 1937-ci il hadisələrinin, Almaniyanın məğlubiyyətindən sonra baş verən qətliamların və iyrəncliklərin, Baltikyanı ölkələrin işğalının, Macarıstan və Çexoslovakiya hadisələrinin məntiqi davamı idi.

Sovet hərb maşını əzib keçməyə, öldürməyə və azadlıq arzularını beşiyində boğmağa adət eləmişdi. Bu onun işğalçı və totalitar xislətinə uyğun idi.

Bu yazıda “20 yanvar” faciəsinin siyasi tərəflərini yazmaq fikrində deyiləm. 25 ildir ki, bu barədə qəzetlər böyük-böyük yazılar yazır, xalq həmin günü matəm günü kimi qeyd edir, televiziyalar hərlədib-fırladıb oxşar süjetləri yayımlayır, müharibə mövzulu filmlər nə bilim neçə mininci dəfə nümayiş etdirilir.

Tarixə qanla yazılmış bu faciə müasir ədəbiyyatımızda hansı şəkildə öz həllini tapıb? Düşünürəm ki, hələ bu proseslərin ədəbiyyatımızda uğurlu həlli tapılmayıb.

Mənim oxucu kimi yadımda qalan qələm adamlarımızın ağır kədər hissi ilə qələmə aldığı ağılardır. Bəli, məhz ağılar! Bu faciə ilə bağlı yaranan ədəbiyyatda göz yaşı, ah-nalə, qan-qarğış əsas aparıcı xətdir.

Biz hələ də “ağlayan qərənfillər”dən yapışıb qalmışıq.

Əfsus ki, “20 yanvar” faciəsi ilə bağlı ciddi, dünya səviyyəli ədəbiyyat nümunəsi yaranmayıb.

O dövrdə meydanlarda olan qələm adamlarımızın qələmə aldığı ədəbi nümunələrdə, göz yaşı və nifrindən başqa heç nə yoxdur. Edilən cəhdlərə kölgə salmaq fikrindən uzağam. Amma reallıq göz qabağındadır.

Sənədli kitablar və yazılar, müəyyən qədər poeziyamızda bu hadisənin əksi, sənədli kadrlar və filmlər ədəbiyyatımızın bu sahədəki boşluğunu doldurmur.

Əslində 18-ci ilin aprel işğalı, 37-ci ilin repressiyaları və sürgünlər də ədəbiyyatımızda kifayət qədər ciddi şəkildə işlənilməyib.

Yəqin ki, bu yazını oxuyan oxucular yüzlərlə şeir, hekayə, roman adı sadalayacaq. Amma mən yenə öz fikrimdə qalıram. Bu faciə ilə bağlı yazılan əsərlər özünü yazıq, çarəsiz, köməksiz göstərmək cəhdidir. Dünyanın isə bu söhbətlərə qarnı toxdur.

“Praqa baharı”nın süqutu və sovet tanklarının Praqaya girməsi ilə, 20 yanvar faciəsi arasında təxminən 20 illik zaman kəsiyi var. Çex əslli böyük yazıçı Kundera demək olar ki, bütün yaradıcılığı boyu bu ağrını, faciəni unudulmağa qoymayıb. Və sözün əsl mənasında şedevrlər yaradıb.

Kundera məsələyə qlobal yanaşmağı, faciəni bəşəriləşdirməyi bacarıb.

Bizim ədəbiyyat isə üstündən 25 il keçməsinə baxmayaraq hələ də qərənfili ağlatmaqdan əl çəkməyib.

Məncə düşünməyə dəyər...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Sonsuz - Şərif Ağayarın hekayəsi
17:00 11 May 2021
Filmimiz Braziliyada beynəlxalq festivalda sertifikata layiq görülüb
15:50 11 May 2021
Soljenitsının Nobel almasının gizlinləri
14:45 11 May 2021
İntəhasız acı nəğmə - Qorki haqqında esse
13:25 11 May 2021
Sevgiliyə gül uzadan əllərin tənhalığı - Ramil Əhməddən yeni şeirlər
12:00 11 May 2021
Tom Kruz mükafatlarından imtina etdi - Qalmaqal
11:30 11 May 2021
“Qarabağa sülh, sevgi və ümid” adlı xeyriyyə konserti keçiriləcək
10:26 11 May 2021
II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı - Azərbaycanlı qaçağın film kimi həyatı
09:00 11 May 2021
Berlin Film Festivalı açıq havada keçiriləcək
17:35 10 May 2021
Musa Dədə əbədiyyət yaşında - Fərid Hüseyn yazır...
15:51 10 May 2021
Çingiz Qənizadə: “Kəramət Böyükçölü maliyyələşdirib üstümə göndərənləri yaxşı tanıyıram” – Müsahibə
14:30 10 May 2021
Leonardo da Vinçinin çəkdiyi rəsm hərraca çıxarılacaq
13:45 10 May 2021
Məşhur yazıçı vəfat etdi
12:30 10 May 2021
Allah üçün bənna kimdir? - Şəhriyar Del Gerani yazır...
11:30 10 May 2021
Türkiyəli bəstəkar Qarabağ Zəfərinə mahnı bəstələdi - Video
10:20 10 May 2021
Kimi Kreml xəstəxanasına müalicəyə göndərdi, kimi "KQB"-nin qəzəbindən qorudu? – Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələr
09:30 10 May 2021
Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi
19:45 09 May 2021
Ədəbiyyatımızın ən gözəl müharibə şeirləri - Mətnlər
14:28 09 May 2021
9 May qələbəsində rus arağının rolu - “Tamamilə məxfi” sənədlər
10:30 09 May 2021
Paşinyan Cıdır düzündə “Yallı” gedəndə – Bircə yazır...
09:01 09 May 2021