Sevgililər üçün motellərin olduğu ölkə

Sevgililər üçün motellərin olduğu ölkə
26 dekabr 2014
# 09:00

2010-cu ildə Cənubi Koreyanın paytaxtı Seul ən yaxşı dizaynlı şəhər seçilmişdi. Görünüşcə müasir olan bu qədim şəhərə hər il milyonlarla turist gəlir. Qloballaşan dünyada koreyalılar öz milliliklərini, unikal adət və ənənələrini qoruyub saxlaya biliblər. Bu xüsusiyyətlər ölkəyə gələn turistlər üçün qeyri-adidir.

Kulis.az Cənubi Koreya haqda 10 qəribə xüsusiyyəti təqdim edir.

1. Tualet zarafatları

Cənubi Koreya tualetlə bağlı zarafatlarla məşhurdur. Bizdən fərqli olaraq koreyalılar ifrazat prosesinə ayıb, gizlin və murdar bir şey kimi yanaşmırlar, onlar bunu ironiyaya, lağ-lağıya çevirirlər. Hətta sırf tualetdəki prosesi əks etdirən heykəllərdən ibarət park da mövcuddur. Mağazalarda nəcis formasında olan peçenyelərə, şirniyyatlara rast gəlmək olar. Suvenir dükanlarında eyni mövzunu əks etdirən fiqurlar doludur. Cənubi Koreyalılar belə şeylərdən diksinmir və bu cür zarafatlardan incimir.

2. Dostların qucaqlaşmağı

Avropada insanlar ictimai yerlərdə bir-birlərini qucaqlamağa, öpməyə və ictimai yerlərdə nəvazişin başqa isti təzahürlərini nümayiş etdirməyə elə də yaxşı baxmırlar. Özəlliklə əgər kişinin kişini, yaxud qadının qadını qucaqlamağından söhbət gedirsə. Avropada belə şeyləri homoseksualizm kimi qiymətləndirirlər. Amma Cənubi Koreyada yanaşma tamamilə fərqlidir. İctimai yerlərdə əks cinsin nümayəndələrinin bu cür hərəkətləri xoş qarşılanmasa da, eyni cinsdən olan dostların əl-ələ tutması, gəzişməsi tamamilə normal haldır.

3. Plastik əməliyyatlar

Cənubi Koreya adambaşına düşən plastik əməliyyatların sayına görə lider ölkələrdəndir. Burda plastik əməliyyat edən yaxşı həkimlər o qədər çoxdur ki, hətta xarici ölkələrdən də xarici görünüşünü dəyişmək üçün insanlar bura axışır. Həmçinin qiymətlər də Avropa və ABŞ-dan daha ucuzdur.

4. Sevgililər üçün motellər

Bizdə olduğu kimi Cənubi Koreyada da cütlüklərin küçədə öpüşməsi xoş qarşılanmır. Həm də ailə dəyərləri güclüdür. Amma bizdən fərqli olaraq onlar sevişmək üçün yer tapa bilirlər. Bunun üçün xüsusi motellər mövcuddur. Gənc cütlüklər öpüşmək üçün parkların görünməz küncünə çəkilmirlər, bu balaca motellərə gedirlər. Bizdən fərqli olaraq orda cütlüklərdən “evlilik haqqında şəhadətnamə” istənilmir.

5. “K-Pop”

“K-Pop” Koreya pop-musiqisidir. Bu musiqi janrı özünəməxsus xüsusiyyətlər daşıyır və təkcə Cənubi Koreyada deyil, digər Asiya ölkələrində də geniş yayılıb. Belə qrupların konsertinə yüz minlərlə fanat yığılır, isterikanın dərəcəsi isə bəzən o qədər yüksək olur ki, ürəyi gedənlər də tapılır. “K-Pop” janrında ifa edən qruplar adətən 16-24 yaşlı oğlan və qızlardan ibarət olur. “K-Pop”-un musiqi kompozisiyaları özündə blüzun, hip-hopun, elektropopun elementlərini daşıyır, mətnlər isə çox vaxt ingiliscə olur.

6. “Ayyummas”

Ayyummas - Cənubi Koreyada yaşlı xanımları belə adlandırırlar. Koreya mədəniyyətinin spesifik xüsusiyyətlərindən biri cəmiyyətin kiçik üzvlərinin böyüklərə fövqəladə hörmətidir. Buna görə də yaşlı xanımlar yüksək status qazanır və istədiklərini edirlər. İctimai nəqliyyatda onlara hamı mütləq yer verməlidir. Onlar istədikləri zaman özünü yaxşı aparmayan gəncləri lap camaatın içində danlaya bilərlər, hətta tüpürə bilərlər. Heç kimin də bu qadınlara cavab qaytarmağa cəsarəti çatmaz.

7. Alkoqoldan istifadə

Cənubi Koreya dünyada ən çox spirtli içki içilən ölkələrdəndir. İş günü bitdikdən sonra küçələrdə kefli adamların əlindən tərpənmək olmur. Düzdür onlar sərxoş olsalar da özlərini adətən yaxşı aparırlar. Çox nadir hallarda içkiyə görə pis nəsə baş verir. İçki məclisləri sanki gərgin işin davamıdır. Cənubi Koreyanın “korporativ mədəniyyəti” tələb edir ki, müdir kollektivi içməyə dəvət edibsə, heç kim imtina etməməlidir.

8. Eyni cür geyinmək – Koreya gənclərinin trendi

Avropada eyni geyimdə olan iki gənc görmək qeyri-mümkündürsə, Cənubi Koreyada bu dəbdir. Gənclər əkizlər kimi geyinməyə çalışırlar. Bununla da onlar yaxşı dost olduqlarını göstərirlər.

9. Restoranlardan yemək sifarişinin tez gəlməyi

İnkişaf etmiş ölkələrdə restorandan yemək sifarişi sistemi yaxşı işləyir, amma Cənubi Koreyada bu məsələ çox mükəmməldir. Sifarişçi telefonu yerə qoymamış, artıq qapı döyülür. Yeməklər birdəfəlik qablarda deyil, əsl boşqablarda gətirilir və sonra kuryer gəlib onları geri istəyir.

10. Ultra-mini yubkalar

Müasir dövrdə mini yubka ilə artıq heç kimi təəccübləndirmək mümkün deyil, amma koreyalılar bunu edə bilir. Xanımlar bəzən o qədər qısa geyinirlər ki, nərdivanları qalxarkən ayaqlarının arası görünməsin deyə çantadan, yaxud qəzetdən istifadə edirlər. Koreyalılar belə geyimə normal yanaşırlar. Məsələnin qeyri-adi tərəfi ondadır ki, qadın sinəsi açıq geyinsə, ona pis baxırlar. Belə qadın gərək “ayyummas”ların gözünə görünməsin.

# 1511 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #