writer1

Şərif Ağayar

Məqalə sayı

535
clock12:02 calendar-gray 04 Dekabr 2014 view-gray275 dəfə oxunub
view-gray275 dəfə oxunub

YouTube-u krizə salan video

Biz qalan bina əsl sovet binasıdır. Köhnə parketlər, su-istilik sistemi, hündür tavan, ikiqat şüşəsi olan iri pəncərələr, nəmişlik qoxusu, tez-tez dağılıb sıradan çıxan su və kanalizasiya sistemi binanın özəl keyfiyyətidir.

Eyni zamanda kövrək telefon xətti... Bilməyənlər bilsin, xətt köhnə olanda içindəki metal gücdən düşmüş olur və ötürücülük qabiliyyəti sıfıra yaxınlaşır. Bu da, şübhəsiz ki, telefon və internet sisteminə təsir edir.

Bizdə tez-tez belə “qanlı” hadisələr baş verir və bu zaman, nə gizlədim, əsəblərimə tam nəzarət edə bilmirəm. Dünyada pis işləyən internetdən əclaf şey yoxdur. İşləməsə daha yaxşı. İşini bilərsən. Ya kluba düşərsən, ya da ertələyib kitab oxuyarsan.

Son vaxtlar bəndeyi-həqiriniz də sayın Sevda Sultanovanın (oxu: SS) kulturoloji təhriki ilə kinoya xüsusi asılılıq duyduğundan güclü, zəki, el dili ilə desək, qeyrətli internetə güclü ehtiyac hiss edir. Amma hanı? Proqramistim abırlı bir uşaqdı. İnanın, üzdən-gözdən salmışam yazığı. Adam belə köhnə binalarda yaşamadığı, üstəlik son vaxtlar Türkiyədə oxuduğu üçün “mənim internetim”in spesifikasını dərk edə bilmirdi. Məsələn, bütün saytlar açılırdı, YouTube yox...

Sən demə, internetin keyfiyyəti təkcə kompüter, xətt, bina, şəhər və ölkədən asılı deyilmiş... Sən demə, son günlər məni girinc qoyan kompüter, xətt, bina, şəhər və ölkədən əfzəl məşhur (bu söz çox zəif səslənir, etiraf edirəm – Ş.A.) koreyalı müğənni Çe-Sanın qara yola çəkib YouTube-a yüklədiyi “Gangnam Style” klipi imiş! Az vaxtda 350 milyon izlənilən klip bu gün bütün rekordları inanılmaz həddə geridə qoyaraq 2 milyardı keçib. Təsəvvür edirsiz? 2 milyard! Yox, gərək sıfırları yazam ki, necə bir zibilə düşdüyümüzü rahat fərq edəsiniz: 2000000000.

Zibilə təkcə biz yox, YouTube administrasiyası da düşüb. Məsələ ilə bağlı rəsmi açıqlamada deyilir ki, YouTube sistemi yarananda ən maksimal məhdudiyyətlərin bu qədər aşılacağı təsəvvür olunmurdu. Ona görə “Gangnam Style” klipinin göstəricisi sosial şəbəkəni krizə soxdu, biz texniki sistemdə modernləşmə işləri aparmağa məcbur olduq.

Video YouTube tarixinin ən populyar materialı hesab olunur. Qəti narahat olmayın, 2012-ci ildə “Ginnesin Rekordlar Kitabı”na da daxil edilib.

İşə düşmüşük...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Atası xalq düşməni kimi güllələndi, bir manata rəsm çəkdi, Səttar Bəhlulzadə evini ona bağışladı... – Maraqlı faktlar
12:00 29 Noyabr 2020
İsti yatağım soyuq səngər misalı - Sara Selcandan yeni şeirlər...
16:28 28 Noyabr 2020
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
15:01 28 Noyabr 2020
Bu nədir, Allahı danmaqdır? – Elçin yazır...
13:30 28 Noyabr 2020
"Şəngülüm, Məngülüm" tamaşası onlayn nümayiş olunacaq
12:01 28 Noyabr 2020
Türkiyədə "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert keçirildi - Foto
10:27 28 Noyabr 2020
Fuad Poladov: Qızla zirzəmidə görüşdüyümə görə məni məktəbdən qovdular – Müsahibə
09:00 28 Noyabr 2020
Ukrayna Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq
18:31 27 Noyabr 2020
Qayıtdı gülləri yığıb başına, vətən gülşəninin Xarı bülbülü! – Yeni şeirlər
17:44 27 Noyabr 2020
Tələbənin universitetdən qovulması haqlı qərardırmı?
17:09 27 Noyabr 2020
"Qarabağ Azərbaycandır" adlı kitab nəşr olundu
16:34 27 Noyabr 2020
Rejissorumuzun da iştirak etdiyi festivalın qalibləri elan olundu - Siyahı
15:53 27 Noyabr 2020
Nənəsini yemək üstündə ağlatdı, xəstəliyinə görə yardım istədi, işdən çıxarılan gün həyat yoldaşı öldü – Məşhur diktordan maraqlı faktlar
15:11 27 Noyabr 2020
Məşhur Meksika filmlərinin ssenari müəllifi vəfat etdi
14:31 27 Noyabr 2020
İşğaldan azad olunan Xanabert qalası
13:53 27 Noyabr 2020
"Anamın kitabı" filmi gəlir - Yaxında
13:11 27 Noyabr 2020
Mənə ölümümdən yol verin... - Ötən gün dünyasını dəyişən şairin şeirləri
12:31 27 Noyabr 2020
Onlayn dərsdə gülməli vəziyyətə düşən müəllimlər
11:50 27 Noyabr 2020
Qorxu bilməyən işçimiz - Elçin yazır...
11:10 27 Noyabr 2020
Lalə Məmmədovadan duyğu dolu etiraf yazısı: “Hamınızı aldatdım!”
10:28 27 Noyabr 2020