news-inner
clock14:13 calendar-gray 11 Noyabr 2014 view-gray205 dəfə oxunub
view-gray205 dəfə oxunub

“İndi buna nə ad qoyaq...?”

Kulis.az “Teatr sənətinin multikulturalizm və universal dəyərlər sistemində yeri” mövzusunda keçirilən III Bakı Beynəlxalq teatr konfransındakı çıxışlardan parçaları təqdim edir.

Mişel Vayts. (Kanada):

“ Bütün dünya üzrə teatr festivallarına xas yeni bir keyfiyyət sezilməıkdədir. teatr ehmalca “ifaçılıq sənəti” ilə əvəzlənir.

...2014-cü ilin mayında keçirilən son transamerika teatr festivalında mən Liva dramaturqu və rejissoru Rəbi Müaviyyənin iki tamaşasına baxdım. Bunlar “33 tur və bir neçə saniyə” və “Gurultunun yoxluğu tamaşaları idi. Bu, Suriya inqilabının ilk illərində insan haqları uğrunda döyüçən Diya Yamoutun yox olması haqqında tamaşa idi. Onun gənc insanın həyatına intiharla son qoyduğu vaxt bir çoxları kimi onun facebook profili və elektron poçtu aktiv qalmış və onun telefonu bir müddət onun ölümündən xəbərsiz olanlardan gələn səsli və yazılı mesajları qəbul edirdi.

Beləliklə tamaşa ərzində bizim gördüklərimiz səhnənin arxa divarını örtən yüzlərlə şəkildən və ərəb baharı adlandırılan Suriya hadisələrində nümayişçilərin çəkdiyi filmdən parçalardan ibarət idi. Biz həmçinin mərhumun Facebook səhifəsini görürdük. Biz Yamoutun dostlarının və başqalarının onun avtocavablayıcısına qoyduğu real mesajları dinləyirdik. Amma tamaşanın davam etdiyi müddətdə səhnədə heç kim görünmədi. Əlbəttə, ideya parodoksal şəkildə yenidən və yenidən həyata geri qaytarılan və heç vaxt hüzur içində dincəlməyəcək aktivistin dəhşətli yoxluğunu vurğulamaqdan ibarət idi.

... Problem ondadır ki, səhnədə heç bir iştirakçı olmamasının səbəbini yaxşı bilsəm də mən tamaşanıən belə təqdim olunması ilə razılaşa bilmirdim. Deyə bilmərəm ki, burada təsvir olunan faciəvi vəziyyətdən sıxıldım, mən yalnız emosiya qıtlığına görə təəssüfləndim. Düşünürəm ki, kinodan fərqli olaraq teatrda emosiyalar yalnız tamaşa məkanında insanın iştirakı vasitəsilə ötürülə bilər. Bu, teatrallığın əsas komponentidir. Və teatralıq bu tamaşadan qeyb olmuşdu...”

Irina Qoqoberidze: (Gürcüstan)

“...Müasir teatr zamanın diktə etdiyi mözulara müraciət edir: müharibələr, qeyri-sabit həyat, məhdud imkanlı insanlar, təhtəşüurda sıxılan niyyətlər, qrzular, gizlin əməllər və eyiblər, gender bərabərliyi, biseksualizm, ünsiyyət və yadlaşma problemləri. Opponentlər qışqıracaq ki, əbədi problemlər zamanın ixtiyarında olduğu müddətdə əbədi problemlər olaraq qalır, lakin bu problemlər üçün yeni ifadə formaları tapılır və yeni teatr dəbinə uyğunlaşdırılır. Bu yaxınlarda İlia Dövlət teatrında İran müəllifi və rejissorunun tamaşası göstərildi. Tamaşada beş aktrisa beş müxtəlif dildə müharibə haqqında danışırdı- farsca, əfqanca, ingiliscə və tamaşanın leytmotivi olan layla kürd dilində oxunurdu. Tamaşaçılar hər şeyi anlayırdılar. Müharibələr yeni müharibələrdir, təhtəlşüurda məskən salan problemlər fərqli yolla həll və interpretasiya olunur, bugünün gəncliyi yadlaşma və ünsiyyət problemini virtual aləmdə danışa və göstərilə bilən virtual dostlarla dəfn edir...”

Ayşa Rau: (Hindistan):

“....Multikulturalizmə dəstək tərərfdarları multikulturalizmi tolerant cəmiyyətdə insanlara öz yerlərini tapmağa icazə verən və sosial məslələrə daha yaxşı uyğunlaşan ədalətli sistem kimi görürlər. Onlar deyirlər ki, mədəniyyət vahid bir irq, yaxud vahid bir din üzərində qərarlaşmayıb; o dünya kimi dəyişkən, çoxsaylı amillərin nəticəsidir.

Multikulturalizm tənqidçiləri tez-tez mübahisə edirlər ki, multikulturalizm idealı müxtəlif mədəniyyətlərin birgəyaşayışıdır, onların bir-birinə qarşılıqlı təsie göstərib, bir birini inkişaf etdirməsidir, yoxsa bu, arzunun realıq kimi təqdim olunmasıdır. Çünki multikulturalizm əleyhdarları deyirlər ki, mədəniyyətlər arasında fərqlər var, qalıb və qalacaq və bu mədəniyyətlərin parodoksları da qalacaq. İddia olunur ki, əvvəlcə, özlərinin başqalarına bənzəməyən mədəni dərkini sinonimi kimi qavranıllan Mili dövlətlər tətbiq etdikləri multikulturalizmə uduzur və nəticə olaraq da “sahib millət”in mədəniyyətinə ziyan dəyir...”

Aydın Talıbzadə: (Azərbaycan)

“...Multikültürəlizmdən söz düşmüşkən... Culian Bek (ABŞ) deyirdi ki, teatr Troya atı idi və bu, “barter” anlayışının ən münasib təyinidir. Multikültürəlizm də Troya atına bənzəyir və bu at indi teatr sistemində dəyərləndirilir. Bir şeyi bilmək lazımdır ki, multikültürəlizm daha çox siyasi termindir. Bu anlayışda siyasət, ictimai-sosial aspekt sənətdən də, etnoqrfiyadan da, teatrdan da çoxdur. Teatr millətdən yox, siyasətdən yox, mədəniyyətdən yox, İnsandan danışır: millət də, mədəniyyət də teatrı İnsan faktoruna görə, İnsanın ruhsal və fiziksəl yaşantılarına görə maraqlandırır. Bu baxımdan Teatr bütün multikültürəl süsləmələr fövqündədir. Mən birbaşa Eucinio Barbanı (İtaliya) sitatlaşdırıram: O yazırdı: “...mən Hostelbro və Kopenhagendə öz səkkiz aktyorumla işə başlamışdım; Balidə mənim aktyorlarıma otuz üç Gəmbuh iştirakçısı qoşuldu, Yapon Noo ustadı Akira Matsui qoşuldu, bir də Hindistan, Braziliya və Avropa müğənniləri və musiqiçiləri qoşuldular. Biz 22 ölkənin 43 aktyoru ilə İtaliyada görüşdük, o kəslərlə ki, onlar “Yur-Hamlet” tamaşası ilə bağlı mənim və aktyorlarımın keçirdiyi seminarlarda iştirak edirdilər. Tamaşada onlar aclıq, müharibə və epidemiyalarla öz ölkələrindən qovulmuş imiqrantlar idilər ki, Hamletin intiqam küləkləri ilə vıyıldayan qəsrində özlərinə sığınacaq axtarırdılar”.

İndi buna nə ad qoyaaq? Multukulturalizmin təzahürü? Əlbəttə ki, yox. Teatrda multikultiralizm nonsensdir. Axı, “Yur-Hamlet” bütün multikültürəl “naxışlar”a baxmayaraq təmiz italyan tamaşası idi; avropasayağı avanqardın tamaşası idi. Sənətdə interkültürəlizm mümkündür, multikültürəlizm çətin. Belə ki, dünyaca məşhur Mixail Baxtinin (Rusiya) dediyi kimi, teatr, romandan fərqli olaraq, həmişə birsəsliliyin səltənətidir. Bu isə həmin səltənətə artıq nə “sələd boul” (“salat qabı”), nə də “melting pot” (“əridici pota”) konsepsiyalarını yaxın buraxır. Barbanın dediyi kimi, müasir teatr üçün multikültürəlizm praktiki horradır. - Biz qəribə bir prosesin şahidi oluruq: teatr sanki millilik sferasını tərk edir, lokal dillərdən azad olur, sözdən çiyrinib qaçir, milli bildiricilər və ekzotik oyuncaqlar statusu alir. Busa multikulturalizmi appriori çıxdaş edir. Çünki teatr həmişə insanlıq institutudur, insani tapmağa, insanliğin mahiyyətini öyrənməyə köklənmiş kolayder tipli cihaz-laboratoriyadir...”

news-inner-user
Aliyə

976 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Ölənlərin səsləri həmişə mənimlədir... - Borxesin şeirləri
16:41 24 Avqust 2019
Elyanora
16:36 24 Avqust 2019
“Koroğlu” operası tamaşaçılara təqdim olunacaq
15:51 24 Avqust 2019
“Dejavü” növbəti dəfə nümayiş ediləcək
14:25 24 Avqust 2019
Öldürmək istədiyim hamilə qadın - Əyyub Qiyasdan əfsanə
13:29 24 Avqust 2019
Məşhur italiyalı aktyor vəfat edib
12:41 24 Avqust 2019
Şairə xanım Firudin Qurbansoya səsləndi: "İnsanların haqqına girməkdən qorxun!"
11:38 24 Avqust 2019
"Mama, nolar ölmə"
10:44 24 Avqust 2019
Ceyms Bond haqqında yeni film sonuncu ola bilər
10:04 24 Avqust 2019
İran qadınlarının həyatı: fahişədən general arvadınadək
09:01 24 Avqust 2019
“Doktor Jivaqo” hədsiz zəif əsərdir” – Brodskinin qeyri-adi müsahibəsi
21:01 23 Avqust 2019
Onlar 2019-da hamıdan çox qazandılar - Siyahı
19:00 23 Avqust 2019
Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb
18:24 23 Avqust 2019
Mirzə Cəlilin son cümlələri... - Mehman Qaraxanoğlu yazır
17:29 23 Avqust 2019
“İt gəzdirən xanım” tamaşası yenidən nümayiş olunacaq
16:37 23 Avqust 2019
Tələbəsinə aşiq olan, 20 Yanvarda adamları ölümdən qurtaran aktyor – Maraqlı faktlar
15:45 23 Avqust 2019
Oğru adlandırılan şair danışdı: “Olur belə şeylər"
15:07 23 Avqust 2019
Yaqub Zurufçu: “Ququşun “Ayrılıq" mahnısı seksual səslənir” – Müsahibə
14:58 23 Avqust 2019
İlqar Əlfioğlu yeni verilişdə - Anons
14:20 23 Avqust 2019
Şəhriyar Del Gerani: “Firudin Qurbansoy falıma baxdı...”
13:30 23 Avqust 2019