"Tehran" serialının israilli prodüseri otel otağında ölü tapıldı

Dana Eden

Dana Eden

16 fevral 2026
# 16:00

“Tehran” serialının prodüseri Dana Eden serialın dördüncü mövsümünün Yunanıstanda davam edən çəkilişləri zamanı vəfat edib.

Kulis.az xəbər verir ki, onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Dana Edenin Şula Şpiqel ilə birlikdə təsis etdiyi "Shula and Donna Productions" şirkəti isə hadisənin siyasi motivli olması ilə bağlı yayılan şayiələri təkzib edib. Şirkətin yaydığı açıqlamada bildirilir ki, ölümün cinayət və ya milli motivli olması barədə iddialar əsassızdır.

Dana Eden İsrailin ən tanınmış prodüserlərindən biri idi. O, ölkənin media və siyasi cameəsində geniş nüfuza malik olub. “Tehran” serialının istehsal olunduğu İsrailin ictimai yayımçısı da bəyanat yayaraq kədərini ifadə edib.

Qurum Edeni İsrail televiziya sənayesinin aparıcı simalarından və bir çox mühüm layihələrin yaradılmasında əsas fiqurlardan biri kimi xarakterizə edib.

Qeyd olunub ki, “Tehran” serialının dördüncü mövsümü hazırda Yunanıstanda çəkilir və bu, mürəkkəb və genişmiqyaslı bir layihədir. Dana Eden çəkiliş prosesinə şəxsən nəzarət etmək üçün Yunanıstana gedibmiş. Onun peşəkarlığı, prinsipial mövqeyi və yaradıcılığa bağlılığı İsrail Yayım Korporasiyasında dərin iz qoyub.

İsrailin mədəniyyət naziri Miki Zohar da sosial şəbəkə hesabında başsağlığı paylaşaraq Dana Edeni İsrail televiziya sənayesinin əsas prodüserlərindən biri adlandırıb. Nazir bildirib ki, o, İsrail hekayələrini beynəlxalq platformalara istedad və cəsarətlə daşıyıb.

“Tehran” serialı Mossad agenti Tamarın (Niv Sultan İranın nüvə silahı əldə etməsinin qarşısını almaq cəhdlərindən bəhs edir. Hadisələr əsasən İranda cərəyan etsə də, çəkilişlər Yunanıstanda aparılır və dialoqların böyük hissəsi fars dilindədir. Serialın üçüncü mövsümü yanvar ayında "Apple TV+" platformasında yayımlanmağa başlayıb. Bildirilir ki, süjet xəttinin İranda son illər baş verən real hadisələrlə oxşarlığı səbəbindən mövsümün yayımı müəyyən qədər gecikdirilmişdi.

Yunanıstan polisi Dana Edenin ölümü ilə bağlı araşdırma aparır və hadisədə hər hansı şübhəli məqamın olub-olmadığını yoxlayır.

# 946 dəfə oxunub

Oxşar xəbərlər

AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlandı

AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlandı

11:46 4 iyul 2026
"Moana 3" gəlir: Dueyn Conson milyonların gözlədiyi xəbəri açıqladı

"Moana 3" gəlir: Dueyn Conson milyonların gözlədiyi xəbəri açıqladı

11:00 4 iyul 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:10 4 iyul 2026
Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

10:00 4 iyul 2026
Süni intellekt Hollivudu ələ keçirir? - Cudi Fosterdən "F1" filminə sərt tənqid

Süni intellekt Hollivudu ələ keçirir? - Cudi Fosterdən "F1" filminə sərt tənqid

14:45 3 iyul 2026
"YouTube"un qorxu fenomeni böyük ekranda

"YouTube"un qorxu fenomeni böyük ekranda

13:52 3 iyul 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər