writer1

Sevda Sultanova

Məqalə sayı

815
clock11:48 calendar-gray 02 Oktyabr 2014 view-gray2666 dəfə oxunub
view-gray2666 dəfə oxunub

Komadakı qızla yatan sanitar

Azərbaycan ədəbiyyatında, incəsənətində klişeyə çevrilmiş “filan əsər səmimidir” fikri bədii məhsulun analizində dəyərə çevrilib.

Amma bizim bədii əsərə verdiyimiz “səmimiyyət” dəyəri ilə qərb təfəkküründəki səmimiyyət anlayışı arasında fərq var.

Çox məşhur rejissorlar ustad dərslərində ilk növbədə əhvalatın səmimi nəql edilməsini önə çəkir. Onlar “səmimi olmalıdır” deyəndə bədii ölçü gözləmədən, hansısa estetik prinsipləri, ifadə formalarını vecinə almadan duyğularını ağ kağıza, lentə, əhvalatı necə gəldi, nəzarətsiz-filansız tökməyi nəzərdə tutmur. Söhbət uyğun ifadə formalarından, fərqli interpretasiyadan, tamaşaçını ona inandırmaqdan gedir.

İnterpretasiya dedim, Pedro Almodovarın “Onunla danış” filmi yadıma düşdü. Rejissorun sözlərinə görə o, süjeti gerçək həyatda baş vermiş bir neçə hadisədən götürüb. Nyu-York xəstəxanalarından birində 9 il koma vəziyyətində yatan qızla sanitar intim əlaqədə olub və xəstə ondan hamilə qalıb. O, uşağı komada olanda dünyaya gətirib. Hamı onu ittiham edəndə rejissor filmində hadisəyə tamamilə fərqli rakurs təklif edib. Əhvalatı zorakılıqla yox, sevgi motivləri ilə əvəzləyib.

***

Saspensi, həyəcanı sevənlər üçün Amerika rejissoru Robert Oldrçin “Bebi Ceynlə nə baş verib” (1962) psixoloji trillerini izləməyi tövsiyə edirəm. Amerikalı yazıçı Henri Farrelin eyni adlı novellası əsasında ekranlaşdırılan film iki aktrisa bacının amansız rəqabətindən bəhs edir. Baş rolları Hollivudun əfsanəsi və həyatda bir-birini sevməyən aktrisaları Bett Devis və Coan Krouford ifa edir.

Rejissor aktrisalara ekranda biri-birindən əvəz çıxmaq üçün şans verib. Çəkiliş zamanı Devis obrazından istifadə edərək Krouforda elə mökəm zərbə vurur ki, qadın yaralanır. Kroufordun filmdəki “bacısı” isə onu döşəmə ilə sürüyəndə donunun cibinə ağır şeylər doldurur və nəticədə Devisin belində uzun müddət ağrılar olmuşdu.

Devis qrim və kostyumlarla yaxşı işləyirdi və bu vasitələrlə personajın vəziyyətini verirdi.

Rolunun inandırıcı olması üçün onunla xüsusi qrim qrupu işləyib. Onun obrazı şən olanda uşaq kimi görünürdü, əsəbi olanda isə üzündəki qırışlar çoxalırdı.

Yeri gəlmişkən, “Küləklə sovrulanlar” filmində Melani Hamilton rolunun ifaçısı Oliviya de Xevillendin, bacısı, digər məşhur Hollivud aktrisası Coan Fonteynlə rəqabəti qədər güclü olub ki, bacılar münasibətlərini kəsiblər.

***

Baxdığım filmlər arasında məni ən çox təsirləndirən fransız rejissoru Loran Kantenin “Sinif” (2008) filmi oldu. Kannda “Qızıl palma budağı” alan “Sinif”də sənədli kinonun metodlarından istifadə edilib: müşahidə, intervyü, əl kamerası ilə çəkiliş, “gizli kamera” effekti. Daha çox qapalı məkanda çəkilən film yazıçı, ssenarist Fransua Beqodonun “Divarlar arasında” avtobioqrafik romanı əsasında ekranlaşdırılıb.

Əsər Paris məktəblərindən birində fransız dili və ədəbiyyatı müəllimi işləyən Beqodonun təcrübəsini bölüşür.

Baş rolu da yazıçı özü oynayır. Müəllim və şagirdlər arasındakı gərgin dialoqlar, çətin vəziyyətlər iki saat boyunca adamı həyəcanda saxlayır. Müxtəlif ailələrdən gələn, müxtəlif millətləri təmsil edən yeniyetmələrin qısa şəkildə ailələri, daxili dünyası ilə tanış oluruq.

Fransua ideal sovet müəllimin alternativ ideal müəllim obrazıdır.

Məncə, “Sinif” bizim müəllimlər üçün uyğun, əhəmiyyətli təcrübə verəcək tədris vəsaitidir.

***

Karl Dreyerin “Janna Darkın iztirbaları” (1928) dramında baş rolu oynayan aktrisa Rene Falkonettinin ifası dünya kinosunda ən yaxşı aktyor oyunu kimi qiymətləndirilir.

Mənə elə gəlir ki, bu obrazı yenidən yalnız ingilis aktyor məktəbinin yetirmələrindən biri Kristen Skott Tomas (“Acı ay”, “İngilis pasiyenti” ) ifa edə bilər.

Aktrisanın baş rolu oynadığı, 2008-ci il Fransa istehsalı “Mən səni çoxdan elə sevirdim” (rejissor: Filip Klodel) ənənəvi rejissor işidir. Nəql edilən əhvalat isə adam mütəəssir edir.

Kiçik yaşlı xəstə oğlunun əzablarına dözməyərək onu öldürən qadın uzun müddət həbsdə yatır. Qohumları ondan üz döndərir. Həbsdən çıxandan sonra yeni həyata uyğunlaşmaq onun üçün çətin olur.

K. Skott Tomas obrazının ağrısını, dramını, faciəsini bütün əhvalat boyu susqunluğuyla, gözləri ilə ifadə edir. Onun haqlı olub-olmadığını müəyyənləşdirmədən belə ağrısı adama sirayət edir. Rejissorun mesajı aydındır: insanı dinləmədən, hadisənin mahiyyətinə varmadan onu ittiham etmək doğru deyil. Həmişə şans vermək lazımdır insana.

***

İzlədiyim filmlərdən alman rejissoru Maks Ophülsün “Karusel” (1950) ekran işini xüsusi qeyd etmək istəyirəm. Film avstriyalı yazıçı Artur Şnitslerin “Yallı” pyesinin əsasında çəkilib.

Hadisələr XIX əsr Vyanasında baş verir. Təhkiyəçi hər dəfə karuseli fırladanda yeni sevgi əhvalatı danışır. Karusel yer kürəsini simvolizə edir və sonsuzluq anlamına gəlir. Təhkiyəçi hadisələrə müdaxilə edir, obrazları görüşdürür, gah qarson, gah faytonçu, gah qonşu qismində peyda olur.

Burda postmodern-metafiction fəndindənistifadə edilir, təhkiyəçi əhvalatlar boyu özünü yada salır, hadisələrin qurama olduğunu xatırladır, qəhrəmanlarla dialoqa girir və süjetdə personaj kimi iştirak edir.

Bu filmi izləyəndən sonra düşündüm ki, milli kinomuz görəsən, dünya kinosunun hansı mərhələsindədir? XX əsrin əvvəlində, yoxsa?

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Şəhid generaldan roman yazılacaq
16:30 15 İyul 2020
Bəhram Bağırzadədən xəbər var
15:44 15 İyul 2020
Həmişə ana söyüşü söyən Çexov: son nəfəsdə dediyi müəmmalı söz nə idi? - Qeyri-adi faktlar
15:02 15 İyul 2020
Aktyor ölümlə təhdid olunur
14:17 15 İyul 2020
Facebookda müharibə aparanlar – Oğuz yazır...
13:25 15 İyul 2020
Anar müharibədən danışdı: “Ziyalı sözünə ehtiyac var”
12:46 15 İyul 2020
Məşhur aktyor koronovirusdan vəfat etdi
12:13 15 İyul 2020
Azərbaycanlı şairdən yeni qələbə marşı – Mətn
11:31 15 İyul 2020
Xəyyam Mirzəzadənin həyat yoldaşı vəfat edib
10:58 15 İyul 2020
Əsgərlərlə birlikdə dağa odun daşıyan, öz hesabına kazarma tikdirən, evini şəhid ailəsinə bağışlayan komandir
10:14 15 İyul 2020
XVI əsrdə yaşamış Azərbaycan şairinin şeirlər toplusu tapılıb
10:01 15 İyul 2020
Bu yazıçılar müharibədə iştirak ediblər - Siyahı
09:00 15 İyul 2020
Sorrentino Maradona haqda film çəkir
18:52 14 İyul 2020
İtkin düşən aktrisanın cəsədi tapıldı
18:12 14 İyul 2020
Etimad Başkeçidin səs-küylü hekayəsi: Veyil dərəsi
17:33 14 İyul 2020
Adını duaya çevirib Tanrıya pıçıldamaq...
16:52 14 İyul 2020
Məşhur aktyor koronavirusdan öldü
16:21 14 İyul 2020
Dünya gözlərinlə mənim aramda keçir... – Adonisin şeirləri
15:39 14 İyul 2020
Con Travoltaya ağır itki
15:00 14 İyul 2020
Türkiyəli yazıçı vəfat etdi
14:21 14 İyul 2020