news-inner
clock08:30 calendar-gray 30 Sentyabr 2014 view-gray3808 dəfə oxunub
view-gray3808 dəfə oxunub

60 il döyüşən yapon əsgərləri

7 dekabr 1941-ci ildə yaponlar Pirl-Harbora hücum etdilər. Bununla da yaponların Böyük Şərqi-Asiya müharibəsi adlandırdıqları müharibə başladı. Müharibə 2 sentyabr 1945-ci ildə Yaponiyanın qeyd-şərtsiz kapitulyasiya aktının imzalamasıyla bitdi. Amma bir neçə yapon əsgəri bundan xəbərsiz oldu... Onlar müharibədən sonra hələ uzun illər vuruşdular.

Zibillikdə cənnət və ya Klondayk

1944-cü il 14 oktyabr tarixində sıravi əsgər İto Masaşi ilə kapral İroki Manakava təsadüfən öz bölüklərindən geri qaldılar. Bir neçə dəqiqə sonra onlar güclü atəş səsi eşitdilər - yoldaşları pusquya düşmüşdülər. Masaşi və Manakava sürünə-sürünə təhlükəli yeri tərk elədilər. Onların çoxillik sərgərdanlıqları belə başlandı.

Əsgərlərin qida ehtiyatları bitəndə onlar həşəratların sürfələri, ilanlar və başqa ekzotik yeməklərlə qidalanmağa məcbur oldular. Əsgərlər yerli sakinlər və ya düşmən qüvvələrin hissələrinin əhatəsində idilər. Buna görə də Masaşi və Manakava cəngəlliklərdə gizlənməyə məcbur idilər.

Masaşi sonralar deyirdi: "Biz əmin idik ki, generallarımız taktiki gediş edərək geri çəkiliblər, gün gələcək onlar əlavə qüvvə ilə geri qayıdacaqlar. Biz arada ocaq qalayırdıq, amma bu təhlükəli idi, çünki yerimizi öyrənə bilirdilər. Mən əmin idim ki, öz borcumuzu yerinə yetirmək üçün, mübarizəni davam etdirmək üçün sağ qalmalıyıq. Biz yalnız təsadüf nəticəsində sağ qaldıq, çünki Amerikanın tərk edilmiş təyyarə bazasına rast gəldik".

Bu tərk edilmiş baza itkin əsgərlər üçün əsl cənnət və ya Klondayk oldu. Amerikalılar çoxlu yemək və müxtəlif əşyalar qoyub getmişdilər. Yapon əsgərlər konserv bankalarından qab-qacaq, parçalardan isə geyim düzəldirdilər. Amma bu geyim onları tropik leysanlardan xilas etmirdi. Masaşi və Manakava hər il mövsümi yağışlar zamanı düz iki ay öz sığınacaqlarından çıxmır və yalnız qurbağa və sürfələrlə qidalanırdılar.

Onlar bir dəfə möhkəm dalaşdılar, Manakava çıxıb getdi. Masaşi xatırlayır: "O gedəndən sonra, mən var qüvvəmlə qışqırmaq istədim. Mən bilirdim ki, təkcə sağ qala biləyəcəm. Bir neçə gün cəngəliyi axtardım, nəhayət Manakavanı tapdım. Biz qucaqlaşaraq and içdik ki, daha heç vaxt ayrılmayacağıq".

Siçovul və qurbağalardan ibarət nahar

Yapon əsgərlərinin tərki-dünya həyatı yalnız 16 il sonra başa çatdı… Bir dəfə səhər Manakava ova getdi və sonra qayıtmadı. Masaşi bərk narahat oldu: "Mən bilirdim ki, onsuz sağ qalmayacağam. Bütün cəngəlliyi axtardım. Təsadüfən Manakavanın çantasına və səndəllərinə rast gəldim. Əmin idim ki, amerikalılar onu tutublar. Bu vaxt başımın üstündən bir təyyarə uçdu. Dərhal geriyə, cəngəlliklərə qaçdım. Mən ölməyə hazır idim, amma təslim olmağa yox. Dağa dırmaşıb, mən orada gözləyən dörd amerikalını gördüm.

Manakava da onların arasında idi. Mən onu əvvəlcə tanıya bilmədim. Üzü tərtəmiz qırxılmışdı. O dedi ki, meşədə bu adamlara rast gəlib. Onlar da təslim olmağa çağırıblar. Mən ondan eşitdim ki, müharibə çoxdan bitib. Amma buna həqiqətən inanmaq üçün mənə bir neçə ay lazım oldu. Mənə Yaponiyada qəbrimin şəkilini göstərdilər. Abidənin üstünə yazılmışdı ki, mən döyüşdə həlak olmuşam. Bunu anlamaq dəhşətli dərəcədə çətin idi. Bütün cavanlığım boş yerə getmişdi. Həmin axşam mən yaxşı qızdırılmış hamamda çimdim və uzun illərdən sonra ilk dəfə təmiz yorğan-döşəkdə yatdım. Əla idi!"

Bu yeganə hadisə deyil. Bəzi əsgərlər cəngəlliklərdə daha uzun müddət qalıblar. İmperator ordusunun serjantı Şoiçi İkoi amerikalıların hücumu zamanı cəngəllikdə gizlənir. O, ancaq qurbağa və siçovullarla qidalanaraq 28 il cəngəllikdə yaşayası olur!

"Mən o qədər müddəti tamamilə tək qalmışdım. Bir dəfə yaşadığım yerə girmiş ilanı çığıraraq qovmaq istədim, amma qışqırıq yerinə sadəcə ciyildəyə bildim. Mənim səs tellərim o qədər fəaliyyətsiz qalmışdılar ki, işləmirdilər. Bundan sonra mən hər gün ucadan mahnılar zümzümə edərək və ya dua oxuyaraq səsimi məşq elətdirməyə başladım ".

Onu yalnız 1972-ci ilin yanvarında təsadüfən aşkar etdilər. İkoinin artır 58 yaşı vardı. Onun nə atom bombalarından, nə də Yaponiyanın kapitulyasiyasından xəbəri vardı. O mənasız yerə uzun illər sürgündə qaldığını anlayanda üzüqoylu yerə düşüb hönkür-hönkür ağladı.

Şərəf kodeksi

Daha sonra, 1974-cü ildə Filippinin ucqar Lubanq adasında 52 yaşlı leytenant Xiroo Onoda aşkar edildi. Uzun illər əvvəl Onoda və onun yoldaşı Kinşiki Kozuka Filippin patrul dəstəsini amerikalı əsgərlər hesab edərək onlara pusqu qururlar. Kozuka həlak olur, Onoda isə cəngəlliyə qaçır.

O burada otuz ilini tərki-dünyalıqla keçirir. Onoda Yaponiya hökuməti tərəfindən cəngəllikdə qalmış əsgərlərin tapılması üçün yaradılmış ekspedisiya tərəfindən tapılır.

Müharibənin bitdiyinə Onodanı inandırmaq üçün hətta onun keçmiş komandirini tapıb gətirməyə məcbur olurlar. O, başqa heç kəsə inanmaq istəmirdi. Onodanın xahişi ilə 1945-ci ildə adada basdırdığı samuray qılıncını da özü ilə götürməsinə icazə verilir.

Onoda müharibənin bitdiyini öyrəndikdə o qədər heyrətlənir ki, ona uzun müddətli psixoterapevtik müalicə tətbiq etmək lazım gəlir. O deyirdi: "Mən bilirəm ki, meşələrdə hələ çox yoldaşım gizlənir. Mən onların yerlərini də bilirəm. Amma onlar mənim çağırışıma hay verməyəcəklər, elə biləcəklər düşmənə təslim olmuşam. Təəssüf ki, onlar elə orda da öləcəklər.”

Psixoterapiya kursundan sonra Onoda Yaponiyaya gətirilir. Burada qoca valideynləri ilə görüşür. Onun atası deyirdi: “Mən səninlə fəxr edirəm. Sən əsl döyüşçü kimi hərəkət elədin...”

Bir il sonra İkinci dünya müharibəsi başlayanda könüllü olaraq yapon ordusuna yazılmış tayvanlı Li Kuanq Xvey tapılır. O okean yaxınlığındakı cəngəllikdə Tayvan tərzində tikilmiş komada yaşayırdı. O, ucu itilənmiş bambukdan hazırlanmış mizrağın köməyi ilə gecələr tutduğu balıqla qidalanırdı. Tayvanlı polislərin müşayiət etdiyi axtarış ekspedisiyasının üzvlərinin ayaqlarına atılaraq onu öldürmələri üçün yalvarırdı. Çünki könüllü təslim olmağı imperatorun şərəfini təhqir etmək kimi başa düşürdü.

2005-ci ildə Filippinin Mindanao adasında 1945-ci ildə yox olmuş 87 yaşlı leytenant İosio Yamakave və 83 yaşlı yefreytor Sudzuki Nakauti tapılır. Onlar 60 il öz savaşlarını aparmışdılar… Yapon hakimiyyəti əmindir ki, cəngəlliklərdə İkinci Dünya müharibəsində iştirak etmiş hələ çox əsgər gizlənir. Onların axtarışları davam edir.

Əlbəttə, bir çox avropalı və amerikalılara bu insanların meşədə yaşamasını, təslim olmaq üçün rəqibin hissələrini axtarmamaqlarını anlamaq çətindi. Amma Yaponiyada onların davranışı təəccübə səbəb olmur. Bu əsgərlər öz imperatorlarına o qədər sadiqdirlər ki, əsir düşməkdənsə cəngəlliklərdə məhrumiyyət dolu həyat yaşamağı üstün tuturlar.

Bu yaponlar – özlərinin şərəf kodeksi ilə yaşayan cəsur döyüşçü-samurayların nəsilləridir. Onların devizi komandirə qeyd-şərtsiz tabe olmaqdır. Əsir düşmək onlar gözlərində ən böyük biabırçılıqdır. Buna görə də bu damğa ilə yaşamaq istəmirlər. İkinci Dünya Müharibəsi dövrünün yapon əsgərinin düşüncə tərzi bu cür idi. Bu insanları necə qəbul eləməyimizdən asılı olmayaraq onların şərəf kodeksləri istənilən halda hörmətəlayiqdir.

Oxşar xəbərlər

Xəbər lenti

Filmimiz Parisdə nümayiş olundu
18:49 19 Oktyabr 2020
Rəssamlar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:11 19 Oktyabr 2020
Niyə inşa edilmişdi, üstündən kimlər keçdi? - Xudafərin körpüsü
17:28 19 Oktyabr 2020
Azərbaycanlı yazıçı koronavirusa yoluxdu
16:52 19 Oktyabr 2020
Az qalıbdır, Qarabağı qucmağa - Ordumuz haqda şeirlər
16:07 19 Oktyabr 2020
Məşhur meyxanaçılar Qarabağa klip çəkdi - Video
15:28 19 Oktyabr 2020
Atalığı onu zorla diləndirdi, əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı
14:51 19 Oktyabr 2020
Zamin Hacı Füzulinin azad edilməsindən danışdı: “Sürpriz oldu”
14:10 19 Oktyabr 2020
Şərif Ağayarın romanı Fransada çap olundu
13:30 19 Oktyabr 2020
Cəbhəyə şəkil çəkdirməyə gedən məşhurlar
12:44 19 Oktyabr 2020
Türk ulduzlardan Azərbaycana qardaş dəstəyi: “Hər zaman yanınızdayıq”
12:10 19 Oktyabr 2020
Qadınlar ağlaya-ağlaya bizdən imdad diləyir - Tolstoyun qızı erməni vəhşiliyindən yazır
11:20 19 Oktyabr 2020
Məşhur rus yazıçısı vəfat edib
10:45 19 Oktyabr 2020
Nuri Bilge Ceylanın filminə 470 min avroluq dəstək
10:02 19 Oktyabr 2020
Rus aktyor: “Rusiya TV-ləri erməniləri müdafiə edən yalanlar danışır” – Müsahibə
08:58 19 Oktyabr 2020
Azərbaycan bayrağı – Günün şeiri
11:03 18 Oktyabr 2020
Dostu üzünə durdu, şərlənərək həbs olundu, yaddaşını itirdi... - Məşhur yazıçımızdan maraqlı faktlar
16:30 17 Oktyabr 2020
Şərqli atanı cəzalandıran olacaqmı?
15:33 17 Oktyabr 2020
Dağlar buludlardan uca olardı - Rayonu azad olunan şairdən şeir
14:36 17 Oktyabr 2020
Anası Füzulidə, atası Bakıda dəfn olunan aktyor: "Onları qovuşduracağam"
13:51 17 Oktyabr 2020