Hans Xristian Andersen mükafatının qalibi açıqlandı

Hans Xristian Andersen mükafatının qalibi açıqlandı
18 aprel 2026
# 12:20

"Ayı ovuna gedirik" (We're Going on a Bear Hunt) və "Şokoladlı keks" (Chocolate Cake) kimi kitabları ilə tanınan şair və yazıçı Maykl Rozen uşaq ədəbiyyatına verdiyi töhfələrə görə 2026-cı il Hans Xristian Andersen mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, o, Eleonor Farkon, Aidan Çembers və Devid Almonddan sonra bu mükafatı qazanan dördüncü britaniyalı olub.

Emosional dərinlik və uşaqların dili

Hər iki ildən bir qalibləri elan edən Beynəlxalq Uşaq Kitabları Şurasının (IBBY) bəyanatında bildirib:

"Onun poeziya, roman və qeyri-bədii əsərləri uşaqları ədəbiyyata dəvət edir, onlarda empatiya hissini oyadır və tarix, ailə, itki, kimlik və cəmiyyət kimi mövzularda müzakirələrə yol açır".

Şura həmçinin illüstrasiya üzrə Andersen mükafatının qalibini də açıqlayıb. Bu mükafatı "uşaqlar üçün illüstrasiya imkanlarını genişləndirən unikal vizual dil və yüksək bədii keyfiyyət nümayiş etdirən" çinli rəssam Say Qao qazanıb.

"Brexit"in yaratdığı problem və xoşbəxt sonluq

Mükafatların elan edildiyi Bolonya Uşaq Kitabları Yarmarkasına gedən Rozen gözlənilməz halla qarşılaşıb. O, "Brexit"dən sonrakı pasport qaydalarına görə təyyarəyə buraxılmayıb və rəsmi mərasimi qaçırıb. Qaydalara əsasən, Böyük Britaniya vətəndaşlarının pasportları Aİ-yə giriş tarixindən ən çoxu 10 il əvvəl verilməli və gediş günündə ən azı 3 aylıq etibarlılıq müddəti qalmalıdır.

Yazıçı "X" hesabında bu vəziyyəti ironiya ilə paylaşıb:

"Pasportumun verilmə tarixi 2016-cı ilin martı olduğu üçün Stansteddən Bolonyaya uçan təyyarəyə buraxılmadım. Bitmə tarixi 2026-cı ilin avqustudur, amma qayda verilmə tarixindən hesablanan 10 ildir. "Brexit"in daha bir faydası".

Lakin hadisənin sonu əsl kitablardakı kimi xoşbəxt sonluqla bitib. Rozen mətbuata açıqlamasında deyib:

"Evə qayıtdım və ilk zənglərdən biri italiyalı bir xanımdan gəldi, o mənə Hans Xristian Andersen mükafatını qazandığımı dedi".

Qeyd edək ki, Maykl Rozen 44 fərqli ölkədən 78 namizəd arasından seçilib. Seçim zamanı onun yazılarının xüsusi bədii keyfiyyəti, uşaqların baxış bucağından hadisələri görmə və onların marağını artırma bacarığı əsas götürülüb.

Mükafatlandırma mərasimi bu ilin avqust ayında Ottavada keçiriləcək.

# 383 dəfə oxunub

Oxşar xəbərlər

Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi keçirildi

Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi keçirildi

16:09 11 may 2026
Aygün Kazımovanın məşhur mahnısı "Avroviziya"da

Aygün Kazımovanın məşhur mahnısı "Avroviziya"da

16:02 11 may 2026
Sem Nil xərçəngə qalib gəldi: "Artıq yeni filmdə çəkilməyin vaxtıdır"

Sem Nil xərçəngə qalib gəldi: "Artıq yeni filmdə çəkilməyin vaxtıdır"

14:40 11 may 2026
"The Beatles"in sonuncu dəfə çıxış etdiyi bina nəhəng sərgi məkanına çevrilir

"The Beatles"in sonuncu dəfə çıxış etdiyi bina nəhəng sərgi məkanına çevrilir

12:56 11 may 2026
Rənglərin imperatoru, impressionistlərin qənimi

Rənglərin imperatoru, impressionistlərin qənimi

11:30 11 may 2026
Güllələrə sinə gərən təbəssüm: Üsyanın və sevginin peyğəmbəri Bob Marli

Güllələrə sinə gərən təbəssüm: Üsyanın və sevginin peyğəmbəri Bob Marli

10:20 11 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər