news-inner
clock09:30 calendar-gray 27 Sentyabr 2014 view-gray5325 dəfə oxunub
view-gray5325 dəfə oxunub

Kişi ilə qadının yataqdakı faciəsi

Kulis.az “Baxılası 50 film” layihəsində fransız “Yeni dalğa”sının nümayəndələrindən biriAlen Renenin (1922-2014) “Hirosima – sevgim mənim” filmini təqdim edir.

Alen Rene hələ uşaqlıqdan kino ilə maraqlanıb. 14 yaşında həvəskar kamera ilə ilk qısametrajlı filmini çəkir. Eyni zamanda foto sənəti, fəlsəfə və ədəbiyyata böyük maraq göstərir.

Kinematoqrafiya İnstitutunu bitirən rejissor Almaniyada teatrda çalışır.

Onun rejissor kimi debütü “Van Qoq” (1947) adlı qısametrajlı sənədli filmi oldu.

Reneyə dünya şöhrətini fransız yazıçılarının yeni roman məktəbi ilə uğurlu əməkdaşlığı gətirdi. 1959-cu ildə Marqaret Dyürasın ssenari əsasında çəkdiyi “Hirosima-sevgim mənim” və 1961-ci ildə Alen Rob Qriyenin ssenarisini ekranlaşdırır, “Keçən il Marienbadedə” filmini çəkir.

Rejissor məhsuldar olmasına baxmayaraq, daha çox üç filminə-“Gecə və duman”, “ Keçən il Marienbadedə”, “Hirosima-sevgim mənim” filmlərinə görə tanınıb. İki dəfə Jan Viqo mükafatına layiq görülüb.

“Gecə və duman” (1955) qısametrajlı sənədli filmi tarixçi Anri Mişelin təşəbbüsü ilə lentə alınıb.

Sənədli kinonun inkişafında əsas nöqtələrdən sayılan film konslager dustaqlarından bəhs edir.

Bu film Fransada kolleclərin tarix dərsliyinə salınıb.

İndini və keçmişi əks etdirən ağ-qara və rəngli kadrlar növbələşir, Osevnsimin xarabalıqları nümayiş olunur, nasist ideologiyasının yayılması təsvir edilir.

Venesiya festivalında “Qızıl Şir” alan “Keçən il Marienbadedə” (1961) dramının maraqlı nəql strukturu var, burda uydurma ilə gerçəklik arasında sərhədi müəyyənləşdirmək çətindir.

Qədim qəsrdə gənc kişi və qadın qarşılaşır. Kişi qadını inandırmağa çalışır ki, onlar ötən il Marienbadedə rastlaşıblar və aralarında müəyyən münasibət yaranıb. Qadın isə əksini deyir. Belə təəssürat yaranır ki, qadın nəyisə xatırlamağa başlayır, dərinlikdə hansısa sirr gizlənir. Amma bu, əhvalatda təsdiqini tapmır.

Rene fleşbeklərdən istifadə edir, eyni dialoqlar və hadisələr qəsrin müxtəlif yerlərində baş verir.

Kadrarxası səsdən, boş dəhlizlərin təkrar çəkilməsindən istifadə edir.

Alen Rob Qriye bu əməkdaşlıq haqda deyir: “Alen Reneylə əməkdaşlığımız ona görə alındı ki, əvvəldə əsas istiqamətləri eyni görürdük, film isə bütünlüklə ən son detala kimi total arxitekturada olduğu kimidir. Mənim yazdığım ola bilsin, eynilə onun beynində də olub, onun çəkiliş prosesində əlavə etdiyi detallar isə mənim yaza biləcəyim şeylərdir. Kifayət qədər paradoksaldır, amma konsepsiyaların identikliyi sayəsində biz bir-birimizdən ayrı işləməyi bacardıq”.

Rob Qriye ssenarini məkana, aktyorların jestinə və kameranın hərəkətinə kimi detallı yazıb. Rene isə ssenarini dəqiq çəkib. Yalnız qaçılmaz olan minimal dəyişikliklər edib. Çəkilişdə iştirak etməyən Rob Qriye sonradan filmi izləyəndə deyib ki, o, bunu eynilə belə görürdü. Sonralar Rob Qriye ssenarini roman kimi yayımladı.

Filmin vizual həllini müəyyənləşdirəndə Rene deyib ki, o, səssiz kinonun üslubunda çəkib. Səssiz kinonun üslubu eyni zamanda süni poza alan mehmanxana müştərilərinin manerasında da hiss olunur, sanki onlar zamanda donublar və özlərini təbii aparmırlar.

Filmlərində Əlcəzair, nüvə silahının fəsadları, Fransanın İkinci Dünya Müharibəsində işğalı kimi siyasi məsələləri araşdıran rejissor “Keçən il Marienbadedə” əsərində əsasən üslubi məsələlərin həllinə önəm verib.

Yazıçı və rejissor Adonis Kira “Kinoda sürrealizm” kitabında filmi total triumf adlandırıb. Onun fikrincə, ətraf mühitin çoxmənalılığı və motivlərin qeyri-müəyyənliyi sürrealizmin araşdırdığı məsələlərdir.

Bəzi tənqidçilərə görə isə bu, onun ən pis filmlərindən biridir.

Kino tənqidçisi Polin Kael filmi yüksək moda, yalan və buz sarayı haqda eksperimental, insanlar üçün olmayan şənliksiz gecə adlandırıb.

Tənqidçilərin bir qisminə görə, film Orfey və Evridika mifinin versiyasıdır.

Pasiyentlə psixoanalitik arasındakı münasibət qadının şüurunda baş verir.

Əhvalatın atmosferi yuxugörməni xatırladır, onun strukturunu təkrarlanan yuxunun analogiyası kimi qəbul etmək olar.

“Myüriel və ya qayıdış zamanı” (1963) dramı keçmiş sevgililərin görüşündən danışır.

Renenin işləri arasında tanınan filmlərindən biri- “Müharibə bitib” (1966) Franko İspaniyasından bəhs edir.

Kannda Qran Pri alan “Mənim amerikalı əmim” (1980) lentinin süjeti fransız alimi Anri Labornin ideyaları əsasındadır. Əhvalatda üç insanın həyatı psixoloji baxımdan təsvir edilir: toxuculuq müəssisənin rəhbəri olmuş kəndli, aktrisa olmaq üçün ailəsini tərk edən qadın, burjua ailəsindən olan siyasətçi.

“Siz hələ heç nə görməmsiz” (2012 ) dramında dostları məşhur dramaturq Antuan Dantakın son arzusunu yerinə yetirmək üçün onun villasına yığışırlar. Nə vaxtsa onun “Evridika” tamaşasında oynayan aktyorlar bir araya gəlib, gənc truppanın ifasında bu əsərə baxır. Paralel olaraq onlar da tamaşanı oynayır.

“Sevmək, içmək və oxumaq” (2014) Renenin son ekran işidir. O, bu layihəni xəstə olanda yataqda işləyib.

Son filmi Renenin ölüm haqda mükaliməsidir. İngilis dramaturqu Alan Eykbornun pyesi əsasında çəkilən film xəstəlikdən öləcəyini bilən insanın dramıdır.

Alen Rene 2014-cü ildə vəfat edib.

“Baxılası 50 film” layihəsində rejissorun “Hirosima-sevgim mənim” (1959) ilk bədii filmini təqdim edirik.

Süjet: İkinci dünya müharibəsindən sonrakı Yaponiya. İkinci Dünya Müharibəsinin və nüvə fəlakətinin ağrılarını yaddaşlarında daşıyan fransız aktrisası Riva ilə yapon arxitektoru Okada qarşılaşır. Gecəni birlikdə keçirən qadın və kişi keçmişlə bağlı travmalardan azad ola bilmirlər.

İndi və keçmişin qırılmaz əlaqəsi, təsəvvürdən reallığa sərbəst keçid, poetik assosiativ gedişlər, novator kino dilində yenilik oldu.

Sevgi səhnələri Hirosima faciəsi ilə növbələşir. Sevgi və iztirab motivləri eyni anda verilir. Kadrarxası mətndə atom qəzası və sevgi motivi dialoqlarda qarışır. Onlar müharibədən sağ çıxsalar da, ağrıları içlərində gəzdirirlər.

Ssenarini yazmaq Fransuaza Saqana təklif olunsa da, o, imtina etdi və nəticədə ssenarini M.Dyüras yazdı.


Rene ekzistensial dramı haqda deyir: “Əgər Hirosimanı diaqramın köməyi ilə göstərsək, musiqili partiturada kvartet formaya yaxınlıq görərik: mövzular, başlanğıc mövzuda variasiyalar, təkrarlar, geriyə dönüş. Film oyun qaydalarını qəbul eləməyən adamlar üçün dözülməz ola bilər”.

Rejissor filmin pessimist traktovkasına qarşı idi: “Hirosima həyatın mümkünsüzlüyü duyğusuna aparmır. İztirab çəkən insanlar göstərilirsə, bu, o demək deyil ki, pessimistdir. Həyat həmişə gözəl deyil, amma hər halda qəhrəmanlarımın yaşadığı 48 saat on illik xoşbəxtliyə dəyər, əslində isə bu, sadəcə letargiyadır. Ən dəhşətlisi boş həyat, mövcud olmamaqdır”.

Oxşar xəbərlər

Xəbər lenti

Harri Potter onlayn təqdim edildi
14:15 03 Aprel 2020
Lağ-lağı ovqatı insanları tərk etmir – Qorxmaz Quliyev...
13:31 03 Aprel 2020
Bakıda uşaqlar üçün virtual sərgi
12:41 03 Aprel 2020
Koronavirusun bizə öyrətdiyi üç hikmət – Şərif Ağayar yazır...
12:03 03 Aprel 2020
“Baba, yaxın gəlmə!” - Kənddə karantin günləri - Ayxan Ayvaz yazır...
11:46 03 Aprel 2020
İTV "Aprel döyüşləri" barədə filmi efirə niyə buraxmadı?
11:18 03 Aprel 2020
Beynəlxalq Buker Mükafatının qısa siyahısı açıqlandı
10:45 03 Aprel 2020
Xalq artisti bir aylıq əmək haqqını fonda bağışladı
10:29 03 Aprel 2020
Aygün Kazımovadan 103 yaşlı nənəyə sürpriz
10:00 03 Aprel 2020
Ata-anasının çırağını söndürdü - Bircənin romanı
09:00 03 Aprel 2020
Kaliforniya Universitetinin professoru: “Azərbaycan həkimlərinə inanın!” – Sual-Cavab
06:25 03 Aprel 2020
Atatürkü “təhqir edən”, ölkədən qaçarkən öldürülən məşhur yazıçı – Həyat Hekayəti
21:00 02 Aprel 2020
Xalq artisti həmkarlarını tənqid atəşinə tutdu: "Belə şeyləri cılız görürəm"
18:51 02 Aprel 2020
Koronavirusa qeyri-adi münasibət - Fotolar
18:45 02 Aprel 2020
Görünmür qəlbinə taxdığın üzük - Yeni sevgi şeirləri
17:57 02 Aprel 2020
Bəhram Bağırzadə evdən müsabiqə keçirəcək
17:02 02 Aprel 2020
Bakıda onlayn sərgi
16:21 02 Aprel 2020
“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları təqdim edilib
15:42 02 Aprel 2020
Koronavirus xəstələrinin kimliyi niyə açıqlanmır? - Psixoloqla aktual müsahibə
15:03 02 Aprel 2020
Məşhur rəssam vəfat etdi
14:42 02 Aprel 2020