news-inner
clock09:15 calendar-gray 11 Sentyabr 2014 view-gray1301 dəfə oxunub
view-gray1301 dəfə oxunub

Milyonerin yatağındakı aktrisa

Ketrin Hepbern 12 may 1907-ci ildə anadan olub. Bir çox pərəstişkarları onun təvəllüdünün 8 noyabr 1909-cu il olduğunu zənn edirlər. Ketrinin saxta təvəllüd götürməsinin səbəbi ailə faciəsi ilə bağlıdır.

İmkanlı ailədə doğulan Ketrinin anası böyük şüşə fabrikini çalışdıran sahibkarların nəslindən idi. Atası Amerikanın ən məşhur cərrahlarından idi. Həm də cinsi xəstəliklərin müalicəsində uğur qazanmış qabaqcıl həkim hesab olunurdu.

Ketrinin 16 yaşı olanda onun özündən iki yaş balaca qardaşı Tom faciəvi şəkildə qətlə yetirilir. Qardaşını cansız vəziyyətdə görən insanların birincisi Ketrin olur. Bu səbəbdən o, psixoloji sarsıntı keçirir, insanlardan təcrid olunub, özünə qapanır. Daha sonra ölən qardaşının təvəllüdünü özünə götürüb, məhz onun ad günlərini öz ad günü kimi qeyd etməyə başlayır.

Qızıl medal laureatı

Ketrin çox yaxşı təhsil alan aktrisa idi. O, 1928-ci ildə “Brin Mor” kollecini bitirir. Bununla yanaşı bir neçə xarici dili də mükəmməl şəkildə öyrənir. Hələ kollec illərindən onun idmana böyük həvəsi vardı. Fiqurlu konki sürmə yarışında isə qızıl medala sahib olur.

Fəlsəfə və tarix üzrə magistr dərəcəsi aldıqdan sonra 19 yaşlı Ketrin aktrisa olmaq qərarına gəlir. Atası əvvəlcə bu qərara sərt yanaşsa da, sonradan onu Baltimora yola salmaq üçün əlli dollar cib xərcliyi verməkdən boyun qaçırmır. Teatrların birində işləməyə başlayan Ketrinin ilk rolu uğurlu alınır.

Teatrdan qovulma

Teatr mövsümünün sonunda Ketrin Nyu-Yorka gedir və məşhur teatr müəllimi Frensis Robinson-Daffdan dərslər almağa başlayır. Müəlliminin etimadını qazanan Ketrin həm də ona aktrisa Eleonore Duzeni xatırladır.

Bir müddət sonra isə rejissor Edvin Knopf Ketrinə təklif edir ki, “Böyük göl” tamaşasında dublyor kimi iştirak etsin. Bir neçə məşqdən sonra isə, həmin rol birbaşa Ketrin üçün təsdiq olunur. Lakin, tamaşa uğurlu nəticə əldə etmir. Və premyeradan sonra onu teatrdan qovurlar. Lakin, bu, onu qarşısına qoyduğu məqsəddən uzaqlaşdırmır. O, heç bir ruh düşkünlüyü yaşamır. Tezliklə başqa bir teatrda qoyulmuş tamaşaya dəvət olunur. Lakin, həmin tamaşanın məşqləri də cəmi səkkiz gün davam edir.

1928-ci ildə Ketrin Ladlou Oqden Smitlə ailə həyatı qurur. Onların ailə həyatı o qədər uzunömürlü olmur. Ketrinin maraqları ilə hesablaşmayan Smit həm də çox qısqanc olduğundan 6 il sonra boşanırlar. Növbəti il o, “Qild” teatrında “Kəndin yay ayları” və “Meteor” tamaşalarında iştirak edir. Onun qeyri-adi görünüşü və davranışı, nadir səs diapazonu ilk olaraq tamaşaçıları heyrətə salıb qorxutmağa başlasa da, sonralar hamı bu füsunkar aktrisanın heyranına çevrilir.

Hollivudun tanınmış prodüserlərindən olan Devid Selznik Ketrini ilk dəfə görəndə onu qətiyyən bəyənmir. Əynində diqqəti cəlb etməyən geyimlə və adicə sandalla dayanan iyirmi beş yaşlı Hepbern onda ikrah hissi yaradır. O, Ketrini ifritəyə bənzətsə də, filmin rejssoru Corc Kryukerin təkidi ilə onun “Billin boşanması” filminə çəkilməsinə razı olur. Ketrinin tərəf müqabili isə Con Barrimor olur. Film həddindən artıq uğurlu olur. Və gözlənilməz səs-küy yaradır.

İlk OSKAR

1933-cü ildə Ketrin “Utrennaya slava” filminə çəkilir. Həmin film Ketrinə ilk “Oskar” mükafatını qazandırır. Rəsmi dəvətlərdən və mərasimlərdən xoşu gəlməyən aktrisa mükafatı almaq üçün dəvət olunan mərasimə getməsə də, bu mükafat onun ürəyincə olur. Bir müddət sonra film “Venesiya film festivalı”nda da ən yaxşı qadın roluna görə Ketrinə mükafat qazandırır.

1935-ci ildə Ketrin ikinci “Oskar” mükafatını “Alisa Adams” filminə görə alır. Bundan sonra o, iki illik yaradıcılığını dondurmaq istəyində olduğunu bildirir. Lakin, məşhur “Küləklə sovrulanlar” filmində çəkilmək üçün Hepbern çox çalışsa da buna nail ola bilmir. Və həmin filmə Vivyen Li çəkilir.

Ayrılıq hədiyyəsi...

Həmin vaxtlar amerikalı milyarder Hovard Xyuzla sevgi münasibəti olan Ketrin həm həyatının, həm də kino karyerasının ən yaxşı dövrlərini yaşayır. Hovardla xeyli vaxt birlikdə olurlar. Hovard ona təyyarə sürməyi öyrədir, onunla dünyanın müxtəlif şəhərlərinə gəzintiyə çıxır. Ketrinə bahalı daş-qaşlar almaqdan yorulmur. Xyuz Ketrinə o qədər bənd olur ki, ona evlənmək təkilifi etməyə hazırlaşır. Tezliklə “Modern Screen” jurnalınının üz qabığını onların fotoları və bu cür sərlövhə bəzəyir: “Amerikalı qəhrəman Ketrin Hepbern ilə evlənəcəkmi?”

Çox-çox sonralar aktrisa özünün həyatını əks etdirən “Mən” kitabında bu sözləri yazır: “Hovard və mən qəribə cütlük idik. O, bir çox kişilərdən üstün səviyyədə dururdu, mən də qadınlardan. Bizim ikimizin də xarakterinə məşhur olmaq üçün vəhşi arzu hakim idi.”

Həmin ərəfədə dramaturq Fil Barri məxsusi olaraq Ketrin üçün “Fladelfiya tarixi” adlı ssenari yazır. Ssenarini oxumaq arzusunda olan Ketrin iki hissədən razı qalsa da, sonuncu hissənin dəyişdirilməsini xahiş edir. Barri üçüncü hissəni yenidən yazır və tamaşa hazırlanır. “Qild” teatrında Robert Sinklerin rejissorluğu ilə tamaşa hazırlanır. 1939-cu ilin fevralında həmin tamaşanın premyerası baş tutur və tamaşa uğur gətirir. Tamaşa teatrın özündə 415 dəfə, Amerikanın başqa teatrlarına qastrol səfərlərində 254 dəfə təqdim olunur. Həmin tamaşadan əldə olunan gəlir məhz o dövrdə tənəzzülə uğrayan “Qild” teatrını xilas edir. Tezliklə kinokompaniyalar həmin tamaşanın ekranlaşdırılması üçün istənilən məbləği təklif etməyə başlayırlar. Və əsər ekranlaşdırılır. Həmin filmin bütün haqlarını Hovard Xyuz satın alaraq Ketrin Hepbernə ayrılıq hədiyyəsi kimi bağışlayır. Həmin film 1941-ci ildə Ketrinə növbəti “Oskar” mükafatını qazandırır.

Hər kəsin maraq dairəsində olan cütlük ayrılsalar da, ömrünün son günlərinə qədər dost münasibətlərini qoruyub saxlamağa müyəssər olurlar.

Ölüm uzun bir yuxudur...

1941-ci ildə Ketrin həyatının ən böyük məhəbbəti Spenser Treysi ilə qarşılaşır. Onların tanışlığı “İlin qadını” filminin çəkilişləri zamanı baş tutur. Həmin vaxtı Treysi artıq Amerikanın ən məşhur aktyorlarından biri idi. Treysinin ailəsi İrlandiyadan mühacirət etmiş insanlar olur.

Ketrin ilə tanışlıqdan sonra ona bağlanan Treysi qısa müddətdə ürəyini aktrisaya açır və müsbət cavab alır. Lakin, arvadı Luiza ondan ayrılmır.

Beləliklə həmin ildən Hollivudun ən uzunömürlü və romantik cütlüklərindən birinin sevgi münasibətləri başlanır. Treysinin sevgisi Ketrini tamamilə dəyişir. Onları münasibəti 27 il davam edir.

Ketrin yazırdı: “Mən Spenseri nə vaxt sevdim? Xatırlamıram. Mənə elə gəlir ki, “İlin qadını” filminin ilk çəkiliş günlərindən mən ona bənd oldum. Başa düşdüm ki, ona qarşı qoymaq imkanım yoxdur. Onunla tanışlıqdan sonra mənim daimi xudbinliyimdən əsər-əlamət qalmadı.”

Ketrin və Treysi bir çox filmlərdə gözəl tərəf-müqabili olurlar. Onlar birlikdə “İlin qadını”, “Odun qorunması”, “Sevgisiz”, “Dəniz otu”, “Pet və Mayk” və s. filmlərə çəkilirlər.

1957-ci ildə rejissor Stenli Kramer Xepberndən xahiş edir ki, çəkəcəyi “Tap görüm, şam yeməyinə bizə kim gələcək” filmindəki baş rolu ifa etsin. Həmin ərəfədə Treysi yorğun və halsız olsa da Ketrinlə həmin filmə çəkilməyə razılıq verir. Film on iki nominasiyada “Oskar” mükafatına layiq görülür. Treysi və Ketrinin isə son filmləri olur. Belə ki, 1967-ci ildə Treysi dünyasını dəyişir.

Treysinin dəfnindən sonra o, yenidən kinoya geri dönür və özünün ən yaxşı rollarından birini - Eleonora Akvitanskaya obrazını yaradıb növbəti “Oskarı”, 1982-ci ildə isə “Qızıl göl” filmi ilə 4-cü “Oksar”ını qazanır.

Treysinin ölümündən sonra onun həyatında başqa bir şəxs olmur. O, öz məhəbbətinə ömrünün son günlərinə qədər sadiq qalır. 1983-cü ildə Treysinin arvadı Luizanın ölümündən sonra Ketrin Treysi ilə olan münasibətlərinin gizlin tərəflərini yazdığı memuarla mətbuata sızdırır.

60 ildən artıq davam edən kino karyerasında aktrisa 52-dən artıq filmə çəkilmişdir.

85 yaşında televiziya proqramlarının birinə verdiyi müsahibədə aktrisa deyirdi: “Mən ölümdən qorxmuram. Bu, yəqin ki, uzun bir yuxudur. Əsas odur ki, sən oyaq olduğun həyatı necə yaşamısan”.

Ömrünün son günlərini aktrisa demensiya xəstəliyindən əziyyət çəkir.

Ketrin Hepbern 2003-cü il 29 iyunda 96 yaşında dünyasını dəyişir. 1 iyulda isə “Brodvey” teatrında onun dəfni ilə əlaqədar məşəl yandırılır.

Oxşar xəbərlər

Xəbər lenti

Milli Kitabxanadan 30 min manatlıq jest
17:40 29 Mart 2020
Filmlərin yayımı və nümayişi qaydalarına dəyişiklik edilib
17:01 29 Mart 2020
Şəfiqə Məmmədova ordenlə təltif edilib
15:45 29 Mart 2020
Komada olanda Alim Qasımovu onun yanına niyə çağırdılar? - Müğənni Şəfa haqqında maraqlı faktlar
15:00 29 Mart 2020
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
14:15 29 Mart 2020
Spirtlə dəstəmaz almaq zamanı
13:31 29 Mart 2020
Mərhum Xalq artistinin qonşusu: "Binamızın problemini bircə təbəssümlə həll etdi"
12:30 29 Mart 2020
Dünyanın ən qədim şeiri - 4 min yaşlı mətn
11:41 29 Mart 2020
AzTV-dən evdə darıxanlara sürpriz
11:03 29 Mart 2020
Şərif Ağayarın hekayəsi: “Şeqlov üsulu”
09:30 29 Mart 2020
Xalq şairi vəfat etdi
08:05 29 Mart 2020
Bob Dilan 8 il sonra sükutu pozdu
18:07 28 Mart 2020
Pandemiya günlərinin Təpəgözü
17:33 28 Mart 2020
Gənc şair karantindən şeir yazdı: Mənə kölgəni göndər
16:41 28 Mart 2020
Özünə gizli toy eləyən, içkiyə qurşanıb ailəsini atan, yataqdan videosu yayılan reper – Maraqlı faktlar
15:40 28 Mart 2020
Anar Nağılbazın ən çox istifadə etdiyi söyüş
15:04 28 Mart 2020
Tanınmış müğənnidən cəsarətli addım: "Bir-birimizə dəstək olaq"
14:50 28 Mart 2020
Şahbaz Xuduoğlu: "Kitab sifariş edən daha çox yaşlılardır"
13:17 28 Mart 2020
Seymur Baycandan yeni yazı - Bu əcinnə gərək mənim qarşıma çıxaydı?
12:23 28 Mart 2020
Nazirlik televiziya kanallarına filmlərlə bağlı müraciət etdi
11:28 28 Mart 2020