Qabil Abbasoğlunun doğum gününə...

Qabil Abbasoğlunun doğum gününə...
16 dekabr 2014
# 11:09

Yazmaq və danışmaq ayrı-ayrı qabiliyyətdir. Və mütəxəssislərin çoxu bu düşüncədədir ki, uğurlu qələm adamı danışdığını yaza bilən, ən azı düşüncəsi, danışığı və yazısı arasındakı məsafəni mümkün qədər qısaldandır.

Bu yaxınlarda ad gününü qeyd eləyən dəyərli şairimiz Ramiz Rövşənin məşhur bir fikri var: deyir, ürəklə əl arasında nə qədər uzun yol var imiş? Düşündüyümüzün çox az qismi gəlib qələmə və varağa çıxa bilir. Bu mənada ürəklə dil arasında da məsafə çox uzaqdır.

Dəyərli dostumuz, tanınmış jurnalist Qabil Abbasoğlunun yumora bələnmiş unikal müşahidələri, bu müşahidələri asanlıqla sözə çevirmək qabiliyyəti adamda həsəd doğurur. Bu müşahidələrin, bu ifadələrin yazı versiyasından da Qabil müəllimin səsi gəlir, fərqli nəfəsi hiss olunur.

Məncə, qeyd etdiyim qabiliyyət təcrübə və mütaliə ilə yaranmır, sadəcə cilalanır. Ölkənin ən böyük və məşhur internet portallarından birinə uğurla rəhbərlik edə bilməsi də zəngin təcrübə ilə yanaşı, müşahidə və ifadə edə bilmək bacarığındandır.

Hərdən düşünürəm ki, Azərbaycanın son 20 ildəki jurnalistika mühitini Qabil Abbasoğlu kimi bilən, ordakı onlarla məşhur imzanı və simanı Qabil Abbasoğlu kimi dəqiq tanıyan ola bilməz. Bilmirəm, nə vaxtsa belə bir memuar yazacaq ya yox, amma sözarası yada saldığı ağlamalı və gülməli əhvalatlar, gərgin situasiyalar, tarixi məqamlar yazılmağa və oxunmağa layiqdir.

Qardaş Türkiyənin bir çox dəyərlərini heç bir tərəddüd etmədən nümunə kimi qəbul etmək olar. Bunlardan biri də Qabil Abbasoğlu kimi zəngin insanlara “Xocam” deyə müraciət olunmasıdır. Biz nədənsə belə müraciətlərdən çəkinirik. Sanki, xançalımızın qaşı düşəcək. Halbuki ustad jurnalist bu sözü çoxdan haqq edib. Ən azı müxtəlif zamanlarda rəhbərlik etdiyi media orqanlarının göz önündəki uğuruna görə... Onlarla maraqlı imza tapıb Azərbaycan jurnalistikasına tanıtdığına görə...

Şəxsən mən, Qabil bəydə tamamilə izah edə bilmədiyim bir doğmalıq duymuşam həmişə. Görünüşündə də, səsində də, təbəssümündə də, danışığında da, yazılarında da! Hətta adamı danlayanda da bu səmimiyyət itmir. Qəti şəkildə əminəm ki, bütün iş rəsmiyyətinə rəğmən onda bu yaxınlığı-doğmalığı çoxları hiss edir. Üstəlik sadəlik və qarşısındakı insanı daim yüksəkdə tutmaq şakəri...

Bu gün xocamızın 46 yaşı tamam olur...

Kulisçilər adından Qabil bəyi qutlayır, ona can sağlığı arzulayıram! O ki, qaldı uğura... Qabil Abbasoğlu bunu həmişə əldə edəcək. Çünki onsuz yaşaya bilməz! Məşədi İbad demiş, bir növ adətkərdir!

Var ol, dəyərli insan!

# 909 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #