Yağış altında tanqo oynamadığını xatırlayacaqsan

Yağış altında tanqo oynamadığını xatırlayacaqsan
19 avqust 2014
# 15:34

Şəbnəm

Bir gün yuxudan oyanacaqsan ki, 75 yaşın var…

***

Komfort zonana sığınıb sevdiyin işlə məşğul olmağa cəsarət etmədiyini,

- Həyatının sevgisini qüruruna qurban verdiyini,

- Yağış altında heç vaxt tanqo oynamadığını anlayacaqsan.

***

Başqalarının xoşuna gəlmək üçün heç vaxt özün olmadığını,

- Binanın başına çıxıb səsin gəldiyi qədər qışqırmadığını,

- Səni vaxtilə üzən böyük problemlərin əslində nə qədər kiçik olduğunu,

- Sevdiyin insanlara onları nə qədər çox sevdiyini yetərincə demədiyini başa düşəcəksən.

***

Paraşütün açılmayacağından qorxub hoppanmadığın dağ başını,

- Soyuq olduğu üçün çimmədiyin dənizləri,

- İsti olduğu üçün saatlarla çıxmadığın yatağı,

- Televizor qarşısında boş yerə keçirdiyin saatları,

- Yetərincə qucaqlamadığın dostları,

- Öyrənməyə vaxt tapmadığın pianinonu,

- Düşüncələrini həmişə çox ciddiyə aldığın qonşuları,

- Tənbəllik edib getmədiyin yığıncaqları xatırlayacaqsan.

***

Üzmədiyin okeanları,

- Səyahət etmədiyin ölkələri,

- Yazmadığın kitabı,

- Tanış olmadığın insanları,

- Dadına baxmadığın yeməkləri

- Yazmadığın ad günü kartlarını,

- Nə cür keçdiyini hiss etmədiyin günləri,

- Öyrənmədiyin rəqsləri düşünəcəksən…

***

Bu düşüncələr sənin ürəyini parçalayacaq.

Bunun baş verməsinə imkan vermə!

# 2893 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
# # #