Cinsi azlıqları alçatmaqla kütlə yığan KVN-çilər

Cinsi azlıqları alçatmaqla kütlə yığan KVN-çilər
15 aprel 2019
# 11:38

“KVN Parni iz Baku” teatrının dünən internetə yerləşdirilən sonuncu konsertinə baxdım.

Həmişə onları maraqla izləmişəm və bəzən primitiv, bəzən bayağı səhnəcikləri ilə yanaşı çox yüksək səviyyəli, cəsarətli, orijinal, usta işlərini də görmüşəm. Bu konsert bundan əvvəlkindən - “TV-yə giriş qadağandır”dan yaxşı olmasa da hər halda maraqlı nömrələri vardı. Xüsusən istirahətə gedən cütlüklərə yol polisi təhdidi...

Ümumən “KVN Parni iz Baku” teatrında başa düşmədiyim bir neçə nüans var, onları qısaca qeyd edib fikirlərimi bölüşmək istəyirəm.

Birincisi, konsertin ssenaristlərinin və əsas da Tahir İmanovun cinsi azlıqlara təhqiramiz, alçaldıcı, aşağılayıcı münasibəti, yersiz, kütlə zəkalı istehzasıdır. Misal üçün, az-çox intellekti olan səhnə adamı Samir Bağırovu, Samiraldonu dönüb-dönüb niyə alçaltsın ki? Bu nə deməkdir? Gülüş naminəmi? Ucuz yol deyilmi və səviyyəli tamaşaçıda gülüşdən çox təəssüf duyğusu yaratmırmı?

Hazırki əsas şəkil

İkincisi, Tahir İmanovun televiziya sevgisidir. Sirr deyil ki, bu gün televiziyaların özünün yaxşı verilişləri daha çox “yutub”da izlənilir. “KVN”-çilərin də baxış sayı yaxşıdır. Hər hansı sənət adamlarını və onların konsertlərini verib-verməmək isə televiziyanın öz işidir. Məncə, burda qadağadan söhbət gedə bilməz. İstəmirəm. Seçim mənim deyilmi? Tahir İmanovun o qədər də baxılmayan Azərbaycan efirinə niyə bu qədər ciddi ehtiyacı olsun ki? Üstəlik, o efirdən pul-para qazanmaq imkanı yoxdursa... Baxan onsuz da “yutub”da baxacaq və reytinq də teatrın öz “yutub” kanalına gələcək.

Üçüncüsü, “KVN”-çilərirn müdrik ədasıdır. Birdən görürsən, ekran qaraldı, aktyorlardan biri lağ elədikləri AzTV-nin əyalət şairləri kimi uzaqlara baxıb gözlərini qıydı və başladı ağıllı-ağıllı danışmağa. Ay nə bilim böyük Üzeyiri dinləmirlər, balaca Üzeyirə baxırlar, bizi Rusiyada Kərim Kərimovla tanımırlar və s. Əvvəllər onların məşhur Məzi obrazı da belə yorucu, ürək sıxan monoloqlar söyləyirdi. Yəqin teatrın yaradıcı kollektivi bilməmiş deyil ki, bu cür mesajlar bədii versiyonda təqdim edilməli, mətnin içində əriməli, çörək undan bişir həqiqəti belə açıq, lüt və xüsusi bəlağətlə deyilməməlidir. Axı başqa səhnəciklərdə sosial problemlərin bədii həllini görürük. Elə adını çəkdiyim yol polisi səhnəciyində olduğu kimi...

Sonda Tahir İmanovun fəaliyyətini yüksək qiymətləndirdiyimi yazmalıyam. O, zamanın xarakterini müəyyən edən və ona uyğun addım atan adamdır. Bu cür insanlara hamımız dəstək olmalıyıq. Eləcə də Fərda, Elmədddin, hətta getdikcə daha çox bayağılığa yuvarlanan “Bu şəhərdə” layihəsi...

Reallıq bunu tələb edir.

Həmişə danışmaq asan, iş görmək çətin olub.

Şərif

# 7949 dəfə oxunub

Oxşar xəbərlər

Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
Vida məktubu

Vida məktubu

16:30 25 iyul 2024
Çöpçülük ilahi vergidir, yoxsa fırıldaq?

Çöpçülük ilahi vergidir, yoxsa fırıldaq?

15:00 25 iyul 2024
# # #