Qadınlarla əylənmək bizə nə öyrədir?

Qadınlarla əylənmək bizə nə öyrədir?
3 aprel 2019
# 10:28

Pəncərəsiz divarla üzbəüz oturub kitab yazan, 78 kitab müəllifi S.Moem gözlərini əbədi yummaşıdan öncə demişdi:

“Ölmək - darıxdırıcı və nizamsız işdir. Mənim sizə tövsiyəm – heç vaxt bu işlə məşğul olmayın.”

Ədəbiyyatımız pessimizm xəstəliyindən zəifləyərək əldən düşüb. Azərbaycan ədəbiyyatı, poeziyası ağlaşma üzərində qurulub. Ciddi fikirlər, pafoslu mövzular, ayrılıqlar, sevgilər, “əlvida”lar…

Əsərlərdə sarkazm, ironiya, yumor çatışmır. Axı yaşadığımız gün təkcə gecədən ibarət deyil. Bunun günəşli sabahları var.

İnsanların əksəriyyəti bütün dünyanı sevir, amma qonşularına nifrət edirlər demişdi Entoni de Mello "Tanrı nə vaxt gülür"də...

Azərbaycan oxucusuna elə gəlir ki, yazıçı, şair ancaq dərd içində yoğrulur. B.Vahabzadə də deyirdi ki, dərd olmasa yazmaq olmaz. Nə üçün olmasın? Qorxaq, ağlağan, yazıq olmaq olar? Amma gülərək, sevinərək yazmaq olmaz?

İnsan yalnız axtarışda olanda xoşbəxt olur. Səyahət edərkən və ya hər hansı bir fikri axtararkən. Acından günorta duran yaradıcı adam əlbəttə pessimist olacaq, səyahət edə bilməyəcək, gözəllərin əhatəsində olmayacaq, bir sözlə heç nə yarada bilməyəcək. Ədəbi yarış təşkil edib öz tanışını qalib etməklə ədəbiyyat inkişaf edə bilməz. Ədəbiyyat tanışlığı sevmir. Ədəbiyyatın qohumu olmur.

Slava Se “Santexnik, onun pişiyi, arvadı və digər təfərrüatlar” adlı əsərində yazır ki, bir insanı qayınanası ilə birgə çıxılmaz vəziyyətə salsan, onda həmin adamın içindən sosiopat, qatil və manyak çıxa bilər. Necə sərbəst, azad düşüncə ortaya qoyur. Sıxılmırsan, darıxmırsan, əksinə dodağın qaçır. Yumorla insan məlumatı daha tez qavrayır. Ona görə lətifələr unudulmur və həmişə aktualdır.

L.Tolstoyun şəkillərdəki ciddiliyinə aldanmayın. Adam günlər görüb. Gecələr qumar oynayıb siqaret çəkib, içib, qadınlarla əylənib və məhz ona görə möhtəşəm, ciddi fikirlərin sahibidir. Sadaladıqlarımın mənasız olduğunu anlamaq üçün onları yaşamalı idi. Həmçinin F.Dostoyevski, G.Mopassan, O.Balzak və sairə və ilaxır. Yaradıcı adam əsas ciddi ideyasını nümayiş etdirməməli, bir az paxıl olmalıdır. Ciddi fikirlər tez oğurlanır.

Nə Ə.Nesinimiz var, nə M.Zadornovumuz, nə də V.Allenimiz. Gözəllik deyil, gülüş dünyanı xilas edəcək. Yumorla izah olunan fikir insana daha dərin təsir edir. M.Zadornovu Amerikaya ona görə buraxmadılar ki, çıxışında nəhəng Amerikanı yumorla göyə qaldırıb yerə çırpdı. Ədəbiyyat dövlətdirsə, yumor onun siyasətidir. Siyasəti olmayan dövlət məhv olacaq. Ciddi fikirləri yumor arxasında gizlətməklə onları daha şirin, daha əzəmətli, daha oxunaqlı etmək olar.

Kitab təqdimatlarının əksəriyyətində eşitdiyim bir cümlə olur:


“O qədər yazasan ki, vərəqlər bitsin.”

Bəs yazıçı nə vaxt yaşasın? Çox yazmaq uğur əlaməti deyil. Nobel laueratı Mo Yan qısa hekayələr yazmırdımı?

Və ya rəssam üçün deyirlər:

“Sanki ölümü təsvir edib.”

Çünki yaşamadı, aclıqdan ölüm gözlərinə insan şəklində göründü.

Təlxək, axmaq sözləri ilə yumorist, satirik sözlərini səhv salmaq fəlakətdir. Axmaq zarafat ölümə gətirib çıxara bilər. İntelektual yumor səni zirvələrə qaldırar. Düşmənini zəiflədər.

İstərdim yaxın gələcəkdə yumoristik , xüsusən də intellektual yumor janrında kitablar yazılsın. Lazımdır, vacibdir, əhəmiyyətlidir. Axı, hər dəfə üzü üstə palçığa yıxılanda gileylənmək olmaz. Bir dəfə də üz kremi olduğunu düşünüb gülümsə...

# 4044 dəfə oxunub

Oxşar xəbərlər

Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
#
#
# # #