Ölənə "nə görüb?" deməyək

Ölənə "nə görüb?" deməyək
1 oktyabr 2013
# 15:20

Jalə MÜTƏLLİMOVA

Nə kin duyur, nə nifrət anlayır, nə xəyanət görür, nə dünyanın nahaqqına, ədalətsizliyinə şahid olur! İrad, təhqir, tənqid! Hər şeydən uzaq olur. Bircə səs gəlir qulağına: Tupp... Tupp... Tupp...

Ən gözəl musiqi əsərini dinləyir: Bir qəlbin döyüntüsünü!
Ən gözəl səsi duyur: Qəlb səsini!
Ən böyük sevgi etirafını eşidir!

Doğulur! Ölümə gedən yolu başlayır: Ömrü!...
Körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik - ölümə aparan yolun dörd dayanacağı...
Sonra yorulur, bezir. Labirintdə dolaşır! Bütün yaşamadıqlarını yaşamaq istəyir...

Tələsir! Darıxır! Bitsin - deyir, bitmir! Bezdim dediyi an - qocalığı gəlir! Sonun bir addımlığı. Sonra ahıllıq! Bir filmin sonu kimi, son!
Bu da bu, yaşandı, bitdi deyir adam... Bitirmi?... Onu bilmirik!

Bəzən "nə gördü, tez getdi!" deyirlər. Razılaşa bilmirəm. Çünki 7 yaşında, ölən olur, hər şeyi görür: sevgini, xəyanəti, haqqı, nahaqqı, tənqidi, təhqiri, ölümü də... Ölənə "nə görüb?" deməyək. Hamının görmək istədiyi eyni deyil çünki. Mən gördüyümü başqası görməyibsə bu ona yaşamadı deməyə əsas deyil. Hər kəs görmək istədiyi qədər görür, istədiyi qədər arzulayır,
bacardığı kimi yaşayır. Heç nə görməyən varsa belə, bu, ona düşən ömür payıdır: "Heç nə görməmək!...

Hərdən də mənə elə gəlir ki, insan elə doğulana qədər yaşayır. 9 ay! O da anasının bətnində. Ora da bir dünyadı. Qədrini bu dünyaya gələndə bilir adam. Bu dünyadan bezəndə, ölür. Bəlkə də yenidən doğulmağın adıdı ölüm. Ən son yaşantıdır! Ən son ehtirasdı, tələbdi, yaşamaq istəyidi insanın. Başqa dünyada yaşamaq ehtirasıdır, borclu olmamaq istəyidir! Çünki ömrə bir də, insana verilən əmanət, borc deyirlər. Əzrayıl gələ... Hesabı deyə... Ödəyə, gedə adam...

# 2025 dəfə oxunub

Oxşar xəbərlər

Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
Vida məktubu

Vida məktubu

16:30 25 iyul 2024
Çöpçülük ilahi vergidir, yoxsa fırıldaq?

Çöpçülük ilahi vergidir, yoxsa fırıldaq?

15:00 25 iyul 2024
# # #