Təyyarədəki Təhminə

Təyyarədəki Təhminə
19 sentyabr 2014
# 10:30

...Bəzən. Kəpənəklərin arxasınca gedirsən, ayağının altındakı bənövşələrdən xəbərsiz. Zaman keçdikcə, yaş artıqca yeni səyahətlər istəyəcəksən. Əslində hər uçuşda yeni bir başlanğıcın olduğunu düşünəcəksən. Sabah İstanbula yola düşürəm. Artıq, səyahət həyəcanım məni istədiyi kimi idarə edir. Uçuş zamanı böyük şəhərlərin balaca şəhər olduğuna baxmaq, görmək yox sadəcə baxmaq, buludları, yağış damcılarını seyr etmək insana xüsusi zövq verir. Bəzən mənə elə gəlir mən yağışın içindən yox, yağış mənim daxilimdən keçir. Nədənsə İstanbula səyahət etdiyim zaman təyyarədə “Təhminə” filmini izləməyi sevirəm. Filmdə də Zaur İstanbula səyahət edir. Acı bir həqiqəti anlayır ki, insan hara gedir, getsin içindəki balaca körpə ondan xəbərsiz çantanı hazırlayıb. Məndən xəbərsiz çantasını yığdığı üçün o xoşbəxtdir...

Pierre Loti təpəsini yenidən görmək sevgisi ilə təyyarədə ətrafı seyr edirdim. Ağlımda Sezan Aksunun “Mənimlə ol” məndə zəncirlərə sığmayan dəli sevda var sözlərini xatırlayıram. Uşaqlıqda ən böyük arzum rəssam olmaq olub. Fırçalara və rənglərə , rənglərdəki sehrli, sonsuz ətirlərə içimdə bir heyranlıq var idi. Balaca körpənin ətrindən ayrılmayacaq qədər xoş bir ətir. Rəssam olsaydım fırçalarım və boylarım yanımda olacaqdı. Vaqif İbrahimoğlunun sözü olmasın amma və lakin. Bir tablo üçün çəkiləcək sonsuz bir mənzərə var bu təyyarədə.

Etiraf edim ki, xoşbəxtlik şəhərinə sevgim Orxan Pamukun əsərlərindən sonra yaranıb. Orxan İstanbulun hər küçəsini hiss edərək yazırdı. Bəzən o küçələrdən keçmək, Orxan Pamukun nə demək istədiyini anlamağa istəyirsən. Bəzən elə təsvirlər olur ki, onu sevməyə məcbur yox, məhkumsan. Bu həyatda yaşamağa məhkum olduğumuz kimi. Təyyarədə bu dəfə başqa şəhərlərə səyahət edəcəyimi düşündüm. Atatürkün Yalovaya olan sevgisinin səbəblərini bilmək üçün o şəhərə getmək var idi planımda. Yalova mənim öz kəndim deməsində mütləq bir səbəb var idi. Qədimi, məğrur, qarışıq, uca dağları, yaşlı çinarlarla əhatə olunun Bursanın xəyalı ilə artıq Atatürk Hava Limanında idim. Saat 10:20. Dostum bizi hava limanından almağa gələcəkdi. Bir az ümidim yox idi. İşləri çox olurdu, həmişə harasa tələsirdi. Bəzən məktublara belə çox gec cavab yazırdı. İstanbulun ən hündür binalarından birində məskunlaşan dostum bizi qarşıladı. Bəzən düşünürdüm o niyə buralara qədər gəlib çıxıb. Bir həqiqət var idi. O, insanlardan qaçıb, gizlənmək yaşamaq üçün bu mərtəbəni seçmişdi. 37 mərtəbə...

İnsanlardan qaçdığı bir zaman da hələ də bizim dostluğumuz davam edirdi. Onun gəlişinə çox sevindim. İstanbulun Cihangir küçəsini xatırladım. Onunla Firuzağa məscidinin yanında tanış olmuşdum. Birdən o illər gözlərim önündə canlandı. O zamanda onun vicdanlı, ədalətli, həssas bir olduğunu düşünmüşdüm. Hava limanından Taksimə doğru yola düşdük. Bəs mənim bal dodağım haradadır? Məktəbdə oxuduğum zamandan onun cizgiləri ağlımda bir iz buraxmışdır. Balaca bir qutuda, şirin bir qadını xəbər aparıcısı kimi görmək insana başqa bir duyğu verirdi. Əslində duruşu və dodaqları diqqətimi daha çox çəkirdi. Xəbərlərə baxıb, həyətə uşaqlarla oynamağa gedirdim. Hər valan götürüb, badminton oyununa başlayanda ağlımda o qadın canlanırdı. Axşamlar uşaqlıq rəfiqəm Pərvinlə küçədə gəzəndə o qadını yenidən efirdə görmək istəyirdim. Dostum asta-asta deyir: Nigar çatdıq buda sizin Taksim. Nigar burada lap sizin ikinci vətəniniz olub. Otel axtarışına başladıq. Birdən ruh halim qarışdı. Əlimizdə çamadanlar, Elmadağın arxa küçələri, otel axtarışı davam edir. Arada anam nəsə soruşur. Sükutu pozur. Sükutu pozduğu üçün içimdən, öz vətənimdən uzaqlaşırdım. Əslində Bakıdan uzaqlaşdığım üçün xoşbəxt idim. Sabah bal dodağı görməli idim. Ona bir gül almağı planlaşdırdım. Sadəcə bir gül, göy gül almaq istəyirdim. Axtardım. Tapdım. Küçük Yalıda o qadını qara paltarda, göy sırğalarda gördüyümü yaxşı xatırlayıram. Uşaqlıqdan o qadını həyatda görmək istəyirdim...

# 2223 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #